Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3375/2023 12.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Bakı şəhər Statistika İdarəsinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs: Şəxs QSC, AZ1116, Bakı şəhəri, Binəqədi rayonu, F.Məlikov, 7 MKR, ev 29 A, mənzil 93 VÖEN **********, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhər Statistika İdarəsi tərəfindən hüquqi şəxs Şəxs QSC barəsində tərtib edilmiş 17 avqust 2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokola əsasən, cəmiyyət 2023-cü ilin (aylıq) 4-əmək rəsmi statistika hesabatını iyul ayı üzrə 2023-cü ilin avqust ayının 15-dək təqdim etməmişdir. Məhkəmə iclasında Bakı şəhər Statistika İdarəsinin etibarnamə üzrə nümayəndəsi X2 inzibati xəta haqqında protokolu müdafiə edərək, hüquqi şəxs Şəxs QSC-in inzibati tənbeh edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmış hüquqi şəxs Şəxs QSC nümayəndəsinin məhkəmədə iştirakını təmin etməmişdir. Məhkəmə inzibati xəta haqqında protokola hüquqi şəxs Şəxs QSC-in nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs QSC tərəfindən inzibati xəta törədilməsi müəyyən edildiyindən hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, işdə olan Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında reyestrdən çıxarışdan görünür ki, Şəxs QSC xx.xx.2018-ci ildə dövlət qeydiyyatına alınmışdır, hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, F.Məlikov, 7 MKR, ev 29 A, mənzil 93-dür. VÖEN **********. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 23 noyabr 2000-ci il tarixli kollegiya qərarı ilə təsdiq edilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 30 noyabr 2000-ci ildə qeydiyyatdan keçirilmiş “Azərbaycan Respublikasında statistik məlumatların verilməsi qaydaları haqqında” Əsasnamənin - 4-cü bəndinə əsasən məxfi saxlanılmaqla kommersiya sirrini özündə əks etdirən məlumatlar da daxil olmaqla, statistik məlumatlar dövlət statistika orqanlarına və statistik müşahidə blanklarında nəzərdə tutulmuş digər ünvanlara müəyyən olunmuş qaydada və vaxtda haqqı ödənilmədən təqdim edilir. 6-cı bəndinə əsasən müəssisələr, idarələr, təşkilatlar, birliklər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün dövlət statistika hesabatının təqdim edilməsi tarixi onun aidiyyəti üzrə faktiki verildiyi gün və ya rabitə müəssisəsinin ştempelində göstərilmiş göndərmə tarixi hesab edilir. 7-ci bəndinə əsasən bir sutkaya qədər davam edən gecikmə dövlət statistika hesabatının təqdim edilməsi müddətinin pozulması, bir sutkadan çox davam edən gecikmə isə onun təqdim edilməməsi sayılır. 9-cu bəndinə əsasən statistik məlumatı imzalayan rəhbər və digər vəzifəli şəxslər, habelə fiziki şəxslər statistika müşahidələrinin, habelə uçot vahidlərinin dövlət reyestrinin aparılması üçün zəruri olan məlumatları təqdim etməməyə görə, yaxud vaxtında təqdim etməməyə və ya həmin məlumatları təhrif etməyə görə qanunvericiliklə müəyyən olunmuş qaydada inzibati məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 25 fevral 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş (aylıq) 4-əmək rəsmi statistika hesabatını avqust ayının 15-dək rayonun statistika orqanına və ya elektron formada real vaxt rejimində təqdim etməlidirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsinə görə statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. İşin müəyyən edilmiş mübahisəsiz hallarına və qanunvericiliyin sadalanmış normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs QSC aylıq 4əmək nömrəli rəsmi statistik hesabatı vaxtında təqdim etməməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Eyni Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.2-ci maddəsinə görə inzibati cərimə manatla və ya digər meyarlarla ifadə oluna bilər. Məhkəmə sözügedən Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxs Şəxs QSC barəsində inzibati tənbeh tətbiq edərkən, inzibati xətanın xarakterini və qanunda göstərilmiş digər halları (inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar) nəzərə alır. Məhkəmə hüquqi şəxs Şəxs QSC-in məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: İnzibati xəta törətmiş hüquqi şəxs Şəxs QSC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğdə cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. HAKİM Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-3375/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3375/2023
12.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver