Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-3378/2022 29.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, hakim Rzayev Abbas Əhəd oğlu, X7 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs (borclu) Şəxs müdafiəçiləri - Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X1 və Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs (borclu) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru X13 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında materiala Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdim: Bakı şəhəri Binəqədi rayon icra Şöbəsinin böyük icra məmuru X13 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Şəxs inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokola baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İnzibati xəta haqqında xx.xx.2022-ci il tarixli, MN ******* saylı protokola əsasən məlum olur ki, iş üzrə borclu Şəxs tərəfindən 25 800 manat tələbkar X5, 1 900 manat məbləğində pul isə digər icra sənədi üzrə tələbkar X6 ödənilməmişdir.Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4981/2021 saylı, xx.xx.2021-ci il tarixli və Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-147/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədləri borcllu tərəfindən tam icra edilməmişdir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəçisi X2 bildirdi ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)- 147/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə qalan borc, yəni 1900 manat məbləğində pul tələbkara ödənilmişdir və həmin qəbz iş materiallarına əlavə edilməsi üçün məhkəməyə təqdim edilmişdir.Lakin Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 4981/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarına izah verilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinə müraciət edilmiş, hal-hazırda həmin qərara izah verilməsi ilə bağlı ərizə məhkəmənin icraatındadır.Belə olan halda müdafiəçi hesab edir ki, Şəxs barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edilməsi qanunsuz və əsassızdır.Buna görə də, həmin protokolun geri qaytarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin vəkili X12 digər müdafiəçi Kamran Ələkbərovun çıxışında göstərdiyi xüsusatları təsdiq edərək Şəxs barəsində tərtib edilmiş protokolun geri qaytarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilmiş tələbkarlar X8, X9 və icra məmuru Asəm Əhmədov məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.Buna görə də, məhkəmə onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin (borclunun) müdafiəçilərinin çıxışlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edirəm ki, inzibati xəta haqqında protokol və ona dair sənədlər natamam olduğuna görə icra şöbəsinə geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzə əsasən məlum olur ki, Şəxs tərəfindən tələbkar X6 qalan borc, yəni 1 900 manat məbləğində borc ödənilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. “İcra haqqında” Qanunun 44.1-ci maddəsinə əsasən məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi.Bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. «İcra haqqında» Qanun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzürsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. İXM-nin 100.1-ci maddəsinə əsasən Bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir.İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: protokolun tərtib edildiyi tarix və yer; protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar, inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər;inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar.Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmçinin, İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxs tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş sənədlər natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə qaytarılması barədə qərardad qəbul edilir.İcra haqqında qanun tələblərinə görə birinci növbədə borcluya icra sənədinin könüllü ödəməsi barədə bildiriş göndərməli, borclunu icra şöbəsinə dəvət edərək icra olunmalı olan icra sənədinin məzmunu və icra olunmasının hüquqi nəticələrini ona izah etməli, bu barədə ondan izahat almalı, yalnız görülən tədbirlər nəticə vermədikdə məcburi icra tədbirlərini tətbiq etməlidir. Hesab edirəm ki, iş materialları natamam olduğuna görə geyri qaytarılmalıdır.Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzə əsasən məlum olur ki, tələbkar X3 hesabına borclu tərəfindən qalıq borcu, yəni 1 900 manat borc tam ödənilməklə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-147/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi tam icra olunmuşdur.Bundan başqa, digər icra sənədi ilə bağlı isə borclu tərəf Bakı Apellyasiya Məhkəməsinə ərizə ilə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4981/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarına izah verilməsini xahiş etmişdir.Həmin ərizə Bakı Apellyasiya Məhkəməsinin icraatındadır.Bununla da aydın olur ki, icra məmuru Asəm Əhmədov bir icra sənədi üzrə borcun ödənilməsini dəqiqləşdirmədən, həmçinin digər 2(103)-4981/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarına izah verilməsinin nəticəsini gözləmədən inzibati xəta haqqında protokol tərtib etmişdir.Belə olan halda hesab edirəm ki, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Binəqədi Rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər natamam olduğuna görə, onu tərtib edən orqana qaytarılmalıdır. Həmçinin, hesab edirəm ki, Şəxsnə göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X10 məhkəmədə iştirak etdiyi 5 saata görə 30 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6cı maddəsini rəhbər tutaraq, Qərara aldım : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2022-ci il tarixli, MN № ******* saylı protokol ona əlavə edilmiş sənədlərlə birlikdə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə geri qaytarılsın. Borclu Şəxsnə göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X10 məhkəmədə iştirak etdiyi 5 saata görə 30 (otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-3378/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-3378/2022
29.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver