Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-338/2025 05.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Şəxs nümayəndəsi X1 iştirakı ilə, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 430.4-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs barəsində İXM-in 430.4-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Həmin protokola əsasən Şəxs 16.700 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, həmin vəsait hesabına alınan malları ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta xx.xx.2024-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Şəxs nümayəndəsi X2 bildirmişdir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs barəsində İXM-in 430.4-cü maddəsi ilə xx.xx.2024-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Binəqədi rayon məhkəməsinə göndərilmişdir. Şəxs MMC ilə Türkiyə Respublikasında yerləşən “SRL X5 X6 Şti” şirkəti arasında xx.xx.2022-ci il tarixdə 10.500 ABŞ dolları dəyərində malların alınması ilə bağlı alğı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin dəyəri bank vasitəsilə xx.xx.2022-ci il tarixdə Türkiyə Respublikasında yerləşən “SRL X5 X6 Şti” şirkətinin hesabına köçürülmüşdür. Bundan əlavə iki şirkət arasında xx.xx.2022-ci il tarixdə 16.700 ABŞ dolları dəyərində malların alınması ilə bağlı alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin dəyəri bank vasitəsilə xx.xx.2022-ci il tarixdə Türkiyə Respublikasında yerləşən “SRL X5 X6 Şti” şirkətinin hesabına köçürülmüşdür. “SRL X5 X6 Şti” şirkəti tərəfindən hər iki müqavilədə nəzərdə tutulmuş mallar bir dəfəyə Azərbaycan Respublikasına Şəxs MMC-nin ünvanına göndərilmiş və görə gömrük bəyannaməsi verilmişdir. Lakin hər iki müqavilə üzrə nəzərdə tutulmuş mallar bir dəfəyə göndərildiyinə görə və bir gömrük bəyannaməsi tərtib edildiyinə görə bank tərəfindən Mərkəzi Banka müraciət olunaraq Şəxs MMC tərəfindən “SRL X5 X6 Şti” şirkətinin hesabına köçürülmüş 16.700 ABŞ dolları məbləğində vəsaitin hesabına alınmış malların 2 il ərzində idxal olunmadığı və ya həmin məbləğin geri qaytarılmadığı bildirilmişdir. Lakin xx.xx.2022-ci il tarixli köçürmə ərizəsində qeyd edilən vəsait hesabına alınmış materiallar Şəxs MMC-nin ünvanına göndərilmişdir. Bununla bağlı Bakı Baş Gömrük idarəsinə müraciət olunmuş və 16.700 ABŞ dolları məbləğində vəsaitin hesabına alınmış malların ölkəyə idxal edilməsi ilə bağlı tərtib edilmiş gömrük bəyannaməsi xx.xx.2025-ci il tarixdə banka təqdim edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs barəsində İXM-in 430.4-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol əsassızdır. Qeyd edilənləri nəzərə alaraq Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, Şəxs MMC ilə “SRL X5 X6 Şti” şirkəti arasında dəyəri 10.500 ABŞ dolları olan alğı-satqı müqaviləsı bağlanmışdır. xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, Şəxs MMC ilə “SRL X5 X6 Şti” şirkəti arasında dəyəri 16.700 ABŞ dolları olan alğı-satqı müqaviləsı bağlanmışdır. xx.xx.2022-ci il tarixli köçürmə haqqında sənəddən görünür ki, Şəxs tərəfindən "xxxx" ASC-də olan hesabdan 16.700 ABŞ dolları məbləğində pul vəsaiti ilə xx.xx.2022-ci il tarixli müqavilə əsasında köçürülmüşdür. xx.xx.2022-ci il tarixli köçürmə haqqında sənəddən görünür ki, Şəxs tərəfindən "xxxx" ASC-də olan hesabdan 10.500 ABŞ dolları məbləğində pul vəsaiti ilə xx.xx.2022-ci il tarixli müqavilə əsasında köçürülmüşdür. xx.xx.2022-ci il tarixli, **********7929 nömrəli gömrük bəyannaməsindən görünür ki, Şəxs tərəfindən “SRL X5 X6 Şti” şirkətinin hesabına köçürülmüş hesabdan 27.200 ABŞ dolları məbləğində pul vəsaitinin hesabına alınmış malları ölkəyə idxal olunmuşdur. xx.xx.2022-ci il tarixli, **********7929 nömrəli gömrük bəyannaməsindən görünür ki, Şəxs tərəfindən “SRL X5 X6 Şti” şirkətinin hesabına köçürülmüş hesabdan 16.700 ABŞ dolları məbləğində pul vəsaitinin hesabına alınmış malları ölkəyə idxal olunmuşdur. "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına göndərilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Şəxs tərəfindən 16.700 ABŞ dolları məbləğində olan vəsait bank hesabından Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş, lakin ödəniş aparıldığı gündən iki il müddətində malların ölkəyə idxalını təsdiq edən sənədlər banka təqdim edilməmişdir. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Şəxs MMC (VÖEN: **********) tərəfindən xx.xx.2022-ci il tarixində “SRL X4 X6 " şirkətinin xeyrinə aparılmış 16700 USD (on altı min yeddi yüz ABŞ dollan) avans ödənişi xx.xx.2025-ci il tarixində təqdim olunmuş **********7929 nömrəli gömrük bəyannaməsi ilə tam bağlanılmışdır. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs əməlində İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs tərəfindən "xxxx" ASC-də olan hesabdan köçürülmüş 16.700 ABŞ dolları məbləğində olan vəsait hesabına alınan mallar Azərbaycan Respublikasına idxal edilmiş, həmin gömrük bəyannaməsi düzgün tərtib edilməmiş, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli müqavilələr əsasında göndərilmiş mallara dair bir gömrük bəyannməsi tərtib edildiyindən, "xxxx" ASC tərəfindən 16.700 ABŞ dolları məbləğində olan vəsait hesabına alınmış malların idxal edilməməsi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət olunmuşdur. İXM-in 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Göründüyü kimi, Şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-də olan hesabdan köçürülmüş 16.700 ABŞ dolları məbləğində vəsait hesabına alınmış mallar “SRL X5 X6 Şti” şirkəti tərəfindən Azərbaycan Respublikasına göndərilmişdir. Bu isə onu göstərir ki, xx.xx.2024-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Şəxs əməlində inzibati xəta tərkibi yoxdur. Qeyd olunan hallar iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş materiallarla öz təsdiqini tapır. Ona görə də, məhkəmə Şəxs əməlində İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmaması səbəbi ilə onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 dekabr 2019-cu il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xətanı törədən şəxsin təqsirini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 430.4-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-338/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-338/2025
05.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver