Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3380/2020 22.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1978-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Azərbaycan Universitetində təchizat şöbəsinin müdir müavini vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətaları törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər BPİ Dövlət X2 daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi Rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs xx.xx.2020-ci il tarixdə saat 08:40-da «Nissan Sunny» minik markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etmişdir. Bununla əlaqədar olaraq Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair İnzibati xəta haqqında İXP №3506217 saylı protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər BPİ Dövlət X4 inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, idarənin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə, idarənin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Məhkəmə iclasında iştirak edən Şəxs izahatında bildirmişdir ki, o, xx.xx.2020-ci il tarixdə YPX əməkdaşları tərəfindən saxlanmışdır. Həmin vaxt o, spirtli içki qəbul etməsə də, gecə saatlarında spirtli içki qəbul etdiyini, həmin vaxta spirtli içkinin təsirinin qalacağını bilmədiyini, əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli İXP №3506217 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs sərxoş vəziyyətdə avtomaşını idarə etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər BPİ Dövlət X3 bilavasitə tabe olan YPX Alayının 7-ci tağımının YPX inspektoru polis serjantı X1 tərəfindən tərtib edilmiş Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında İXP ******* saylı protokoldan görünür ki, Şəxs özü dünən gecə saatlarında spirtli içki qəbul etdiyni etiraf etmiş və bir daha belə hallara yol verməyəcəyinə söz vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Şəxs əməlindən peşman olmasını, bir daha oxşar hallara yol verməyəcəyini bildirməsini məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Şəxs cəzasını ağırlaşdıran halların olması müəyyən edilməmişdir. Hesab edirəm ki, Şəxs xx.xx.2020-ci il tarixdə «Nissan Sunny» minik markalı, **- NX-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsini sərxoş halda idarə etdiyi üçün onun barəsində İXM-nin 333.1-ci maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №3(001)-3380/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3380/2020
22.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver