Məhkəmə qərarları › İş №3(001)-3381/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3381/2020

29.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3381/2020 29.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Şikayət vermiş şəxs X2 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş MN №0290513 saylı, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: X4 Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə şikayət ilə müraciət edərək Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş MN №0290513 saylı, xx.xx.2020-ci il tarixli inzibatı tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X4 şikayətini onunla əsaslandırmışdır ki, xx xxxxx 2020-ci il tarixdə yaşadığı binada mənzili tərk edərək zibil atmaq üçün düşmüş, zibili atıb geri qayıtdıqda polis əməkdaşları tərəfindən saxlanılmış və karantin rejimi qaydalarını pozduğu bildirilmişdir. Lakin o, zibil atmaq üçün çıxdığını və mənzilinə qayıtdığını bildirsə də, əhəmiyyət verilməmiş və barəsində xx.xx.2020-ci il tarixdə ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında xx xxxxx 2020-ci il tarixdə AR DİN Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən onun AR İXM-nin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi və 100 manat məbləğində cərimə edilməsi barədə qərar qəbul edilmişdir. Bu qərar tamamilə qeyri-qanuni, əsassız və qanunvericliyin tələblərinin pozulması şəraitində qəbul edilmişdir. Belə ki, o, yuxarıda qeyd etdiyi kimi zibil atmaq üçün çıxmış və həmin vaxtlar zibil atılması üçün heç bir qadağa mövcud olmamışdır. Binanın girişinə çatmağa bir neçə metr məsafə qalmış onu saxlamışlar və əməlində heç bir inzibati xəta törədilməsi mövcud olmasına baxmayaraq barəsində protokol tərtib edilmişdir. O, həmin gün 102 xidmət mərkəzinə bu barədə şikayətini bildirmiş, araşdırılacağı bildirilsə də heç bir araşdırma aparılmamışdır. Lakin Polis Bölməsi tərəfindən də araşdırma aparılmadan və qeyd etdiyi amil nəzərə alınmadan qərar qəbul edilmişdir. O, əsassız olaraq inzibati məsuliyyətə cəlb edilmişdir. Bu qərar tamamilə əsassızdır, araşdırılmadan çıxarılmışdır və onun əməlində AR İXM-nin 211-ci maddəsinin tərkibi olmadığı halda inzibati məsuliyyətə cəlb edilmişdir. Qeyd olunanlardan da görünür ki, onun əməlində inzibati xəta törədilməsi halı mövcud olmamış, qanunvericliyin tələblərini kobud şəkildə pozaraq belə bir əsassız qərar qəbul edilmişdir . Qərar ona göndərilməmiş və o, qərarı almamışdır. Qərar çıxarılması barədə məlumatı Binəqədi rayon İcra və Probasiya Şöbəsi tərəfindən ona icraata başlamaq haqqında qərar göndərilərkən almışdır. Halbuki İXM-nin 15-ci fəslində qərarın çıxarılması qaydaları təsbit edilmişdir və bu qaydalara əməl edilməmişdir. Nə protokol, nə də qərar qanunvericliyin tələbləri çərçivəsində qəbul edilməmişdir. Qərarın ona verilməsini 5-ci Polis Bölməsindən tələb etsə də verilməmiş və o, icra şöbəsinə gedərək xx xxxxxxx 2020-ci il tarixdə qərarın surətini almışdır. Ona görə də şikayət vermə müddəti onun qərarın surətini əldə etdiyi gün - xx xxxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Barəsində qəbul edilmiş qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətin baxılmasında iştirak etməsi üçün Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə məhkəmənin yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, nümayəndə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, habelə məhkəmə iclasının təxirə salınmasına dair vəsatət verməmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən X4 şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci PB-nin polis kapitanı Nəsibov Araz tərəfindən qəbul edilən MN №0290513 saylı, xx.xx.2020-ci il tarixli qərardan görünür ki, X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilməsi qərara alınmışdır. Qərardan həmçinin görünür ki, X4 xx.xx.2020-ci il tarixində A.Kunanbayev 3 ünvanında icazəsiz evdən çıxaraq karantin rejimini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 2 aprel tarixli 124 nömrəli qərarına əsasən x xxxxx 2020-ci il saat 00:00-dan xx xxx 2020-ci il saat 00:00-dək ölkə ərazisində Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunmuşdur. Həmin qərarın 1.5-ci maddəsinə əsasən bu Qərarın 1.4-cü bəndinə göstərilən şəxslər yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməlidirlər (SMS məlumatlar ödənişsizdir). SMS məlumatın mətnində 3 indeksdən biri və şəxsin şəxsiyyətini təsdiq edən məlumat qeyd edilməlidir. 1.5-ci maddənin 1.5.2-ci bəndinə əsasən 2 rəqəmi - ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini tərk etmək üçün icazə 2 saat müddətinə gündə 1 dəfə verilməsi müəyyən edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq inzibati xətanın törədilməsini inkar edər hər hansı bir sübut müəyyən etmədiyindən, Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci PB-nin MN №0290513 saylı, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarını haqlı olaraq qəbul edir. Belə ki, Azərbaycan Respublikası ərazisində yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməsinin tətbiq olunduğu vaxt, X1 icazə almadan küçədə olduğu üçün barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, X3 Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyini və Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci PB-nin MN №0290513 saylı, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvi üçün hər hansı əsas olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-131, 133-136-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X2 Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci PB-nin MN seriyalı ******* saylı, xx.xx.2020-ci il tarixli qərarından verdiyi şikayət təmin edilməsin. Qərardan 10 gün müddətində Bakı Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar