Məhkəmə qərarları › İş №3(001)-3386/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3386/2020

04.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3386/2020 04.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X5 iclas katibliyi, X1 iştirakı ilə, X1 Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin xx.xx.2019-cu il tarixli, MN ******* saylı qərarından verdiyi şikayətə və buraxılmış prossesual müddətin bərpa edilməsinə dair vəsatətə Binəqədi Rayon Məhkəməsi binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: X3 Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin xx.xx.2019-cu il tarixli, MN ******* saylı qərarından şikayət vermiş və buraxılmış prossesual müddətin bərpa edilməsinə dair vəsatətlə məhkəməyə müraciət etmişdir. X3 şikayətini onunla əsaslandırmışdır ki, xx xxxxxx 2019-cu il tarixdə - xx xxxxxxx 2010-cu il təvəllüdlü oğlu, Əlizadə Yusuf Rövşən oğlunu bəzi qeyri-etik hərəkətlərinə görə yüngülcə tənbeh etmək qərarına gəlmişdir, belə ki, uşağın atası ilə uzun müddətdir ki, ayrılmışlar və uşaq onunla yaşayır.Belə ki, həmin ərəfələrdə təhsil aldığı 100 saylı orta məktəbin direktoru ona zəng edərək məktəbə çağırmışdır və o, məktəbə gedərkən məlum olmuşdur ki, uşaq sinif yoldaşlarının çantasından pul və s. əşyalar oğurlayırmış və digər valideynlər uşağın bu məktəbdən xaric edilməsi üçün ərizə vermişlər.Bununla bağlı o, uşağına öyüd-nəsihət vermiş , onu başa salmaq istəmiş və ona qulaq asmadığı üçün oxlovla onu yüngülcə itələmişdir.Halbuki, o, uşağa fiziki zor tətbiq etməmiş və onu döyməmişdir və ona heç bir xəsarət yetirməmişdir.Keçmiş qaynanası aralarında gərgin münasibətlər səbəbindən Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vuraraq ondan şikayət etmişdir. Şikayətçi göstərmişdir ki, bununla bağlı Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşları onun yaşadığı ünvana gələrək ondan izahat almışlar.Bundan sonra uşağa telefon və televizora baxmağa qadağa qoyduğu üçün uşaq qışqıraraq ondan qaçmağa başlamışdır və o, da arxasınca gedərək parkda ona çatmış və parkda gəzişən polis əməkdaşlarını gördükdə uşağa təsir etmək üçün polis əməkdaşlarına guya ondan şikayətini bildirmişdir, uşağın atası da parka gələrək onu günahlandırmışdır.Halbuki, o, bir ana kimi uşağının gələcəyindən narahat olaraq törətdiyi əməlin yaxşı əməl olmamasını başa salmağa çalışmış və uşağını döyməmişdir.Bundan iki gün sonra o, 4-cü Polis Şöbəsinə dəvət edilmiş və əsassız olaraq, onun uşağı döyməsi barədə hər hansı bir sübut olmadan barəsində MN ******* nomrəli, xx xxxxxx 2019-cu il tarixli və MN ******* nömrəli, xx xxxxxx 2019-cu tarixli protokollar tərtib edilmiş və həmin protokolda onun İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi qeyd olunmuşdur . Şikayətçi göstərmişdir ki, polis əməkdaşları qanunvericliyin tələblərini kobud şəkildə pozaraq uşağın qanuni nümayəndəsinin, psixoloqun iştirakı təmin edilmədən dərs vaxtı uşağı dərsdən ayıraraq onun izahatını almışlar.Bundan sonra, xx xxxxxx 2019-cu il tarixdə Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinin rəisi polis polkovnik-leytenantı Rahib Mirzəyev tərəfindən MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir və onun İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyinə görə 300 manat inzibati cərimə tənbeh növü tətbiq edilməsi qərara alınmışdır.Bundan başqa, qərar qəbul edən vəzifəli şəxs tərəfindən imza edilməmişdir.Buna görə də, o, hesab edir ki, həmin qərar tamamilə qeyri-qanuni və əsassızdır, qanunvericliyin tələblərinin pozulması şəraitində qəbul edilmişdir.Belə ki, o yuxarıda qeyd etdiyi kimi onun əməlində heç bir inzibati xəta törədilməsi mövcud olmasına baxmayaraq barəsində protokol tərtib edilmişdir.Lakin Polis Şöbəsi tərəfindən də araşdırma aparılmadan protokolların qanuna uyğun tərtib edilib-edilməməsi və digər hallar ətraflı araşdırılmadan və qeyd etdiyi amil nəzərə alınmadan ona inzibati tənbeh verilməsi barədə qərar qəbul edilmişdir.Həmçinin, onun barəsində bir gündə iki protokol tərtib edilmiş və bu protokollar əsasında qərarlar qəbul edilmişdir. xx xxxxxx 2019-cu il tarixdə MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir.Halbuki, İXM-nin 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz.Davam edən inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunur.Göründüyü kimi onun əməlində inzibati xəta törədilməsi və xətanın törədilməsinin davam etməməsinə baxmayaraq iki dəfə inzibati məsuliyyətə cəlb edilmişdir.İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.Qeyd olunanlardan da görünür ki, onun əməlində inzibati xəta törədilməsi halı mövcud olmamışdır, qanunvericliyin tələblərini kobud şəkildə pozaraq belə bir əsassız qərar qəbul etmişdir.Halbuki, İXM-nin 15-ci fəslində qərarın çıxarılması qaydaları təsbit edilmişdir və bu qaydalara əməl edilməmişdir. Nə protokol, nə də qərar qanunvericliyin tələbləri çərçivəsində qəbul edilməmişdir, ətraflı və obyektiv araşdırma aparıldıqdan sonra qərar çıxarılmalı idi. Bundan başqa, X3 prosessual müddətin bərpası barədə ərizəsini onunla əsaslandırmışdır ki, qərardan şikayəti gec verməyinin səbəbi Covid-19 virusu ilə əlaqədar məhkəmədə və digər orqanlarda karantin rejimi ilə bağlı olaraq müvəqqəti işləməməsi olmuşdur.Buna görə də, o, məhkəmədən prosessual müddətin barpa olunması barədə vəsatətin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında çıxış edən X3 yuxarıda göstərilənləri nəzərə alaraq şikayətinin təmin olunmasını və Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rahib Mirzəyevin onun barəsində qəbul etdiyi xx.xx.2019-cu il tarixli, MN ******* saylı saylı qərar ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Binəqədi rayon Polis İdarəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişdir.Buna görə də, məhkəmə İXM-nin 112.1.4-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçini dinləyib və iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-3739/2019 saylı xx.xx.2019-cu il tarixli qərarından məlum olur ki, X4 barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun tərtib edilmədiyindən geri qaytarılmışdır. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 61.1.6-cı maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xətalar haqqında iş üzrə qərardan şikayət vermək hüququna malikdir. Həmin məcəllənin 128.2.3-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin məcəllənin 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin məcəllənin 130.2-ci maddəsinə əsasən,Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin məcəllənin 130.3-cü maddəsinə əsasən, buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə hesab edir ki, şikayət verilməsi üçün prosessual müddət bərpa olunmalı, həmçinin inzibati xəta haqqında qərardan verilmiş şikayət təmin olunmalıdır.Belə ki, ilk olaraq müəyyən olunmuşdur ki, X6 Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi tərəfindən onun barəsində qəbul edilmiş xx.xx.2019-cu il tarixli MN ******* saylı qərarından vaxtında şikayət verə bilməməsi həmin qərarı rəsmi qaydada gec alması, həmçinin Covid-19 virusu ilə əlaqədar məhkəmədə və digər orqanlarda karantin rejimi ilə məhkəmələrin işləməməsi və bununla əlaqədar vaxtında məhkəməyə müraciət etməməsi ilə bağlı olmuşdur.Buna görə də, məhkəmə hesab edir ki, şikayət verilməsi üçün prosessual müddətin buraxılması üzürlü hesab edilərək bərpa olunmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, həmin inzibati qərar polis tərəfindən səahiyyət həddini aşmaqla qəbul edildiyindən ləğv edilməlidir.Belə ki,Azərbaycan Respublikasının İnzibati Xətalar Məçəlləsinin 40-ci maddəsinə müvafiq olaraq İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar (vəzifəli şəxslər) müəyyyən edilmişdir.40.0. İnzibati xətalar haqqında işlərə:40.0.1. rayon (şəhər) məhkəmələri;40.0.2. yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar (kollegial orqan); 40.0.3. müvafiq icra hakimiyyəti orqanları, Mərkəzi Bank, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (vəzifəli şəxslər) baxırlar. Azərbaycan Respublikasının İnzibati Xətalar Məçəlləsinin 43.1.-ci maddəsinə əsasən Rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157 - 188, 190, 191.1, 195.1, 196, 197, 204 - 208, 221, 227, 229, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 284.2, 286, 290.3, 296.2, 325.1, 326, 327.8, 332.4 - 332.7, 333, 334, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 339.2 - 339.5, 340.2, 341, 342.8, 342.9, 343, 349, 351, 353.5, 361, 363, 368 - 379, 381 - 383, 387-388- 1, 394.0.5 (açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394-1, 395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 395.1-1, 395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 398, 399, 401 - 404, 406 - 409, 410.3, 411-1.2, 412, 413, 428.7, 428.10, 431, 432.3, 438.2, 438.3, 441, 442, 443.1, 445-1, 448, 449, 451, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464 - 466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 479 - 481, 482.1, 496.2, 499.2, 502 - 504, 506 - 508, 510, 511, 513, 515 - 517, 517-1, 517-2, 520, 523, 525 - 535, 537.1, 538-1, 544.1, 547, 549, 550, 551 - 554, 558 - 561, 562.1, 562.2, 563.2, 567 - 569, 571, 573, 574, 590 - 592, 592-1, 594 - 596, 598 (vəkillərə və auditor xidməti göstərən şəxslərə münasibətdə), 599-602, 602-1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Azərbaycan Respublikasının İnzibati Xətalar Məçəlləsinin 43.3.-cü maddəsinə əsasən bu Məcəllənin 43.1-ci maddəsində göstərilən inzibati xətalar haqqında işlərə baxmaq hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmçinin səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) aid edildikdə, icraatında inzibati xətalar haqqında iş olan səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların və müsadirə olunmalı malların mövcudluğunu nəzərə alaraq, şəxs barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulan xəbərdarlıq və ya cərimə inzibati tənbeh tədbirlərindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2016-cı il Fərmanının 5-ci və 5.1-ci bəndinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.3-cü maddəsinə müvafiq olaraq müəyyən edilmişdir ki, həmin Məcəllənin 157, 209, 212.1, 212.4, 266.3, 266.4, 290.1.1 - 290.1.6, 290.2 (baxılması səlahiyyətlərinə aid edilmiş maddələr üzrə), 306, 322.0.2, 322.0.8, 323, 326-1, 327.1 - 327.7, 328 - 331, 332.1 - 332.3, 333.1, 334.1, 335.1 - 335.4, 336, 337.1 - 337.4, 338.1 - 338.6, 339.1, 339.1-1, 342.1.1 - 342.1.8, 342.1.11, 342.2 - 342.7, 343.1, 343.4, 344, 345, 347, 352.0.1, 352.0.3, 352.0.6, 352.0.11, 352.0.12, 353.1 - 353.4, 353.6, 354.0.7, 355 - 358, 428.5, 443.2, 457-1.1.1, 457-1.1.2, 457-1.2, 510, 513, 514, 517.0.1 - 517.0.6, 517.0.9 - 517.0.13, 520, 521, 523, 524, 563.1, 564, 565, 583 - 586, 588, 589, 590.1, 591 və 593-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır. Qeyd olunan normalardan göründüyü kimi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40 və 43-cü maddələrinə müvafiq olaraq həmin Məcəllənin 157-ci maddəsi ilə tərtib olunmuş inzibati xətalara dair materiala ilk olaraq müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi) tərəfindən baxılmalı və barəsində inzibati xətaya dair icraat aparılan şəxs barəsində həbslə əlaqədar olmayan inzibati tənbehin təyin edilməsi məqsədə müvafiq olmadıqda bu barədə qərar qəbul olunmaqla material baxılması üçün müvafiq məhkəməyə göndərilməlidir.Lakin polis orqanı qanunvericilin bu tələblərinə əməl etməmiş, baxılan iş üzrə inzibati xəta haqqında qərar qəbul etmişdir. Buna görə də, məhkəmə hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi, polis polkovnikleytenantı Rahib X2 barəsində qəbul etdiyi xx.xx.2019-cu il tarixli, MN ******* saylı saylı qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128- 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin olunsun. Buraxılmış prosessual müddət bərpa olunsun. Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi, polis polkovnikleytenantı Rahib X2 barəsində qəbul etdiyi xx.xx.2019-cu il tarixli, MN ******* saylı saylı qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində Binəqədi rayon Məhkəməsi vasitəsi ilə Bakı şəhər Apallyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim:Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar