Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3387/2020 27.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Şikayət vermiş şəxs X2 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsi tərəfindən tərtib edilmiş MN №0291324 saylı, xx.xx.2019-cu il tarixli inzibati tənbeh vermə qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: X4 Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsi tərəfindən tərtib edilmiş MN №0291324 saylı, xx.xx.2019-cu il tarixli inzibati tənbeh vermə qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. L.H.Əliyeva həmçinin ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə vəsatətlə müraciət edərək şikayət etmək müddətinin ötürülməsini üzrlü hesab edərək müddətin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, xx xxxxxx 2019-cu il tarixdə xx xxxxxxx 2010-cu il təvəllüdlü oğlu, Əlizadə Yusuf Rövşən oğlunu bəzi qeyri-etik hərəkətlərinə görə yüngülcə tənbeh etmək qərarına gəlmiş, belə ki, uşağın atası ilə uzun müddətdir ki, ayrılmışlar və uşaq onunla yaşayır. Həmin ərəfələrdə təhsil aldığı 100 saylı orta məktəbin direktoru ona zəng edərək məktəbə çağırmış və o, məktəbə gedərkən məlum olmuşdur ki, uşaq sinif yoldaşlarının çantasından pul və s. əşyalar oğurlayırmış və digər valideynlər uşağın bu məktəbdən xaric edilməsi üçün ərizə vermişlər. Bununla bağlı o uşağa öyüd-nəsihət vermiş, onu başa salmaq istəmiş və ona qulaq asmadığı üçün itələmiş, uşağa fiziki zor tətbiq etməmiş və döyməmiş, heç bir xəsarət yetirməmişdir. Keçmiş qaynanası aralarında gərgin münasibətlər səbəbindən Daxili işlər Nazirliyinin 102 xidmətinə zəng vuraraq şikayət etmişdir. Bununla bağlı Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşları gələrək ondan izahat almışlar. Bundan sonra uşağa telefon və televizora baxmağa qadağa qoyduğu üçün uşaq qışqıraraq ondan qaçmağa başlamış və o da arxasınca gedərək parkda ona çatmış və parkda gəzişən polis əməkdaşlarını gördükdə uşağa təsir etmək üçün polis əməkdaşlarına guya ondan şikayətini bildirmiş, uşağın atası da parka gələrək onu günahlandırmışdır. O, bir ana kimi uşağının gələcəyindən narahat olaraq törətdiyi əməlin yaxşı əməl olmamasını başa salmağa çalışmış və uşağını döyməmişdir. İki gün sonra o 4-cü Polis Şöbəsinə dəvət edilmiş və əsassız olaraq, onun uşağı döyməyisi barədə hər hansı bir sübut olmadan barəsində MN ******* nömrəli, xx xxxxxx 2019-cu il tarixli və MN ******* nömrəli, xx xxxxxx 2019-cu il tarixli protokollar tərtib edilmişdir. Onun AR İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyi qeyd edilmişdir. Qanunvericliyin tələbləri kobud şəkildə pozularaq polis əməkdaşları tərəfindən uşağın qanuni nümayəndəsinin, psixoloqun iştirakı təmin edilmədən dərs vaxtı uşağı dərsdən ayıraraq izahatını almışlar. xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsi-nin 4-cü Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rahib Mirzəyev tərəfindən MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və onun AR İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyinə görə 300 manat inzibati cərimə tənbeh növü tətbiq edilməsi qərara alınmışdır. Qərarı qəbul edən vəzifəli şəxs tərəfindən imza edilməmişdir. Bu qərar tamamilə qeyri-qanuni və əsassızdır, qanunvericliyin tələblərinin pozulması şəraitində qəbul edilmişdir. Belə ki, o yuxarıda qeyd etdiyi kimi onun əməlində heç bir inzibati xəta törədilməsi mövcud olmasına baxmayaraq barəsində protokol tərtib edilmişdir. Lakin Polis Şöbəsi tərəfindən də araşdırma aparılmadan, protokolların qanunauyğun tərtib edilibedilməməsi və digər hallar ətraflı araşdırılmadan və qeyd etdiyi amil nəzərə alınmadan onun inzibati tənbeh verilməsi barədə qərar qəbul edilmişdir. Bu qərar tamamilə əsassızdır, araşdırılmadan çıxarılmışdır və onun əməlində AR İXM-nin 157-ci maddəsinin tərkibi olmadığı halda inzibati məsuliyyətə cəlb edilmişdir. Həmçinin barəsində bir gündə iki protokol tərtib edilmiş və bu protokollar əsasında qərarlar qəbul edilmişdir. xx xxxxxx 2019cu il tarixdə MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. AR İXM-nin 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Davam edən inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunur. Göründüyü kimi onun əməlində inzibati xəta törədilməsi və xətanın törədilməsinin davam etməməsinə baxmayaraq iki dəfə inzibati məsuliyyətə cəlb edilmişdir. Göstərilənlərə əsasən məhkəmədən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsi tərəfindən tərtib edilmiş MN №0291324 saylı, xx.xx.2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayətin baxılmasında iştirak etməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinə məhkəmənin yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, nümayəndə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, habelə məhkəmə iclasının təxirə salınmasına dair vəsatət verməmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən X4 şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinin MN №0291324 saylı, xx.xx.2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış fiziki şəxs X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, 300 (üç yüz) manat miqdarında cərimə edilməsi qərara alınmışdır. İş materiallarında olan Binəqədi Rayon Məhkəməsinin 3(001)-3386/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4cü Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rahib X1 barəsində qəbul etdiyi xx.xx.2019-cu il tarixli, MN ******* saylı qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan X3 tərəfindən yazılmış ərizədən görünür ki, onun X4 barəsində şikayəti yoxdur və gələcəkdə də şikayət və tələbi olmayacaqdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur.. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, X2 şikayəti təmin edilərək inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş qərar ləğv edilməlidir. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu İXM ilə nəzərdə tutulmuş qadada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. AR İXM-nin 8.2-ci maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Hesab edirəm ki, iş materialları ilə X2 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibini müəyyən edən heç bir sübut yoxdur. Belə ki, polis tərəfindən araşdırma aprılarkən şahid inzibati xətanın şahidi olmuş şəxslərin dairəsi müəyyən edilməmiş, onların izahatları alınmamışdır, iş üzrə məhkəmə tibb ekspertizası keçirilməmişdir. Bundan başqa tərtib edilmiş inzibati xəta haqqında qərar onu tərtib edən şəxs tərəfindən imzalanmamışdır və eyni inzibati xətaya dair X5 barəsində Bakı şəhər Binəqədi rayon Pİ-nin 4-cü PŞ-si tərəfindən xx.xx.2019-cu il tarixli MN ******* saylı qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin tələblərinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respubliksası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsində qeyd olunur ki, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İXM-nin 135.1.2-ci maddəsinə əsasən səlahiyyətli orqanın gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmadıqda iş üzrə qəbul edilmiş qərarın ləğv edilməsi haqqında qərar qəbul edilir. Qəbul edilmiş qərarların qanuniliyini və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayaraq hesab edirəm ki, şikayətin təmin edilməsi haqqında qərar qəbul edilməlidir. Məhkəmə iş materiallarını araşdırıb proses iştirakçısını dinləyib belə qənaətə gəlir ki, X2 Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında qərardan şikayət vermə müddəti üzrlü səbəbdən buraxıldığından şikayət məhkəmənin icraatına qəbul edilərək baxılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X2 şikayəti təmin edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsi tərəfindən tərtib edilmiş MN №0291324 saylı, xx.xx.2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-131, 133-136-cı maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şikayət təmin edilsin. X2 inzibati məsuliyyətə cəlb olunmasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsi tərəfindən tərtib edilmiş MN №0291324 saylı, xx.xx.2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. İş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №3(001)-3387/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3387/2020
27.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver