Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3387/2022 05.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, X1 iclas katibliyi ilə Şəxs barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-2598/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə təyin edilmiş nəqliyyat vasitəsini idarə etmə hüququnun 6 ay müddətə məhdudlaşdırılması inzibati tənbehdən azad edilməsi barədə Bakı şəhəri Suraxanı rayonu Polis İdarəsindən daxil olmuş ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2021-ci il tarixli, İXP ******* saylı protokola əsasən xx.xx.2021-ci il tarixli qərar üzrə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsində təqsirli bilinib cərimə edilmişdir. Həmin protokol üzrə qəbul edilmiş qərarı icra etmədiyi üçün onun barəsində İXM-nin 529.3-cü maddəsi ilə xx.xx.2021-ci il tarixli, İXP ******* saylı protokol tərtib edilmişdir ki, o, əvvəllər barəsində tərtib edilmiş yuxarıda göstərilən həmin qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Bununla da o, İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədiyindən Bakı şəhəri Suraxanı rayonu Polis İdarəsi tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-2598/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına xitam verilməsi xahiş edilmişdir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsə və protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)- 2598/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən Şəxs İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsi tərəfindən göndərilmiş xx.xx.2021-ci il tarixli, İXP ******* saylı protokol geri qaytarılmışdır. Azərbaycan Respublikası İXM-nin 152.5-ci maddəsinə əsasən barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməyə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar çıxarılmış şəxs inzibati cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədikdə, bu qərara onu qəbul etmiş məhkəmə tərəfindən həmin şəxsin vəsatəti əsasında xitam verilir. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, inzibati xəta törətməyə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar olmadığından, Şəxs barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)- 2598/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə təyin edilmiş nəqliyyat vasitəsini idarə etmə hüququnun 6 ay müddətə məhdudlaşdırılması inzibati tənbehdən azad edilməsi barədə Bakı şəhəri Suraxanı rayonu Polis İdarəsindən daxil olmuş ərizəsi rədd edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-2598/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə təyin edilmiş nəqliyyat vasitəsini idarə etmə hüququnun 6 ay müddətə məhdudlaşdırılması inzibati tənbehdən azad edilməsi barədə Bakı şəhəri Suraxanı rayonu Polis İdarəsindən daxil olmuş ərizəsi rədd edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №3(001)-3387/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3387/2022
05.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver