Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3395/2022 16.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X4 iclas katibliyi, X1 iştirakı ilə X1 Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı PB-si tərəfindən qəbul edilmiş MN ******* saylı, xx.xx.2022-ci il tarixli qərarından verdiyi şikayətə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: X2 Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı PB tərəfindən qəbul edilmiş MN ******* saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən 200 manat məbləğində cərimə olunması barədə qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi şikayətində göstərmişdir ki, onun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Binəqədi Rayon Polis İdarəsi 06-cı Polis Bölməsinin sahə rəisi X9 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 290.1.4-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında MN ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında qərar qəbul edilmişdir.O, həmin inzibati xəta haqqında qərar əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 290.1.4-cü maddəsi ilə təhbeh edilərək 200 (iki yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. O hesab edir ki, qərar əsassız və ədalətsiz qəbul edilmişdir, buna görə də ləğv edilməlidir.Belə ki, o, xx.xx.2022-ci il tarixində gecə saat 01:35də itini məhlədə gəzdirməyə çıxartmışdır.Ancaq həmin an itinə çilov və buruntaq taxmışdır.Lakin buna baxmayaraq Binəqədi Rayon Polis İdarəsi 06cı Polis Bölməsinin sahə rəisi X9 tərəfindən əsassız olaraq cərimə edilmişdir. Bundan əlavə iti iri it deyil, gecə saatlarında isə həmin ərazidə hər hənsı ictimai qayda tərəfindən pozulmamışdı, küçədə ondan başqa heç kim yox idi. İti buruntaqsız olmamışdı, olsa idi belə heç kəs üçün təhlükə yaratmayacaqdı.Çünki o, evinin qarşısında olmuş və həmin ərazi ümumi küçə deyil, dalan küçəsidir.Lakin buna baxmayaraq polis əməkdaşı əsassız olaraq onu cərimə etmişdir.Bundan əlavə inzibati xəta haqqında protokol tərtib edilərkən polis əməkdaşı tərəfindən qanunvericiliyin bir sıra tələbləri pozulmaqla protokol tərtib edilmişdir.Belə ki, protokolda protokolun tərtib edildiyi yer, fərdi identifikasiya nömrəsi, qeydiyyat olduğu və yaşadığı ünvan, inzibati xətanın törədildiyi yer (əgər törətmişəmsə), vaxt və bu xətanın mahiyyəti, izahatı(izahatı alınmayıb), inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar və sübütlar göstərilməmiş, qanunun tələblərinə riayət edilməmişdir.Qərar ona elan edilməmiş, sürəti isə bu günədək ona təqdim olunmamışdır. Şikayətçi yuxarıda göstərilənəlri nəzərə alaraq Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı PB-si tərəfindən qəbul edilmiş MN ******* saylı, xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən X2 bildirmişdir ki, gecə saatları olduğundan və itini ümumi küçədə deyil, evinin qarşısında gəzdirdiyindən itinə buruntaq taxmamışdır.O, itini gəzdirərkən həmin vaxt həyətdə heç kəs olmamışdır.Buna görə də, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı PB-si tərəfindən qəbul edilmiş MN ******* saylı, xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İnzibati orqan Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-PB inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin protokolu tərtib edən İdarənin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirəsalınması haqqında vəsatət verməmişdir.Buna görə də, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən İdarənin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Məhkəmə şikayətçini dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət rədd edilməlidir. Belə ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı PB-nin əməkdaşı X6 tərəfindən qəbul edilmiş MN ******* saylı, xx.xx.2022-ci il tarixli qərara əsasən məlum olur ki, X5 Azərbaycan Respublikası İXM-nin 290.1.4-cü maddəsinə əsasən 200 manat cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 290.1.4-cü maddəsinə əsasən itlərin cilovsuz, iri itlərin isə həmçinin buruntaqsız ümumi məhəllələrdə və ya küçələrdə gəzdirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 61.1.6-cı maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xətalar haqqında iş üzrə qərardan şikayət vermək hüququna malikdir. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzürlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə hesab edir ki, şikayət rədd edilməlidir.Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı PB-nin əməkdaşı X6 tərəfindən qəbul edilmiş MN ******* saylı, xx.xx.2022-ci il tarixli qərar əsasında araşdırma zamanı X5 tərəfindən qanunun qeyd edilən tələblərinə tam əməl olunmadığı müəyyən olunmuş, Azərbaycan Respublikası İXM-nin 290.1.4-cü maddəsininin tələbləri pozulmuş, qəbul edilmiş qərar düzgün olmuşdur.Belə ki, şikayətçi məhkəmə iclası zamanı verdiyi izahatında da həqiqətən də itinə buruntaq taxmadığını etiraf etmişdir.Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 290.1.4-cü maddəsinə əsasən itlərin cilovsuz, iri itlərin isə həmçinin buruntaqsız ümumi məhəllələrdə və ya küçələrdə gəzdirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir.Həmçinin, şikayətçi həmin inzibati qərarın qanunsuz olması barədə heç bir tutarlı səbəb göstərməmiş, yalnız gecə saatları olduğundan həyətdə heç kəsin olmadığını əsas gətirərək heç kəs üçün təhlükə yaratmayacağını bildirmişdir.Lakin nəzərə alınmalıdır ki, həmin itin buruntaqsız gəzdirilməsi ətrafdakı insanlar üçün (xüsusən də uşaqlar üçün) təhlükə törədir.Həmçinin, nəzərə alınmalıdır ki, qanunun bu tələbi digər vətəndaşların, xüsusilə uşaqların təhlükəsizliyi ilə bağlıdır. Belə ki, son zamanlar Bakı şəhərində itlərin cilovsuz, iri itlərin isə həmçinin buruntaqsız gəzdirilməsi nəticəsində digər vətəndaşların və xüsusən də uşaqların itlər tərəfindən hücuma məruz qalması və yaralanması halları artmışdır ki, bu da həmin sahədə qanunvericiliyin tələblərinə daha ciddi şəkildə riayət edilməsini zəruri edir.Belə ki, Azərbaycan Respublikası İXM-nin 290.1.4-cü maddəsinə əsasən itlərin cilovsuz, iri itlərin isə həmçinin buruntaqsız ümumi məhəllələrdə və ya küçələrdə gəzdirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir.Buna görə də, məhkəmə hesab edir ki, X1 Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı PB-si tərəfindən qəbul edilmiş MN ******* saylı, xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayət əsassız olduğundan rədd edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 128 və 130-cu maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı PB-si tərəfindən qəbul edilmiş MN ******* saylı, xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayət rədd edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-3395/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3395/2022
16.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver