Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3408/2022 19.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, şikayət vermiş şəxs X5, şikayət vermiş şəxsin nümayəndəsi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X2, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin nümayəndəsi X3 iştirakları ilə, X5 inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X9 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək, inzibati xəta haqqında icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 4500 manat inzibati cərimə tənbeh növü tətbiq edilməsi barədə Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX tərəfindən xx.xx.2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərar xx.xx.2022-ci il tarixdə ona təqdim edilmişdir. İşin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmadan əsassız yerə barəsində inzibati tənbeh tətbiq edilmişdir. Belə ki, o, ünvan 1 ünvanında yerləşən tikinti obyektində xx.xx.2022-ci il tarixdə saat 11:30-da X1 əmək və ya mülki müqavilə olmadan hər hansı işin yerinə yetirilməsinə cəlb etməmiş və bununla da təqsirli bilindiyi inzibati xətanı törətməmişdir. Nəcməddin Quliyev Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Ağentliliyi monitorinqi zamanı və yoxlama aktı tərtib olunanda onunla əmək müqaviləsi bağlanmışdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X9 şikayət ərizəsini müdafiə edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X5 nümayəndəsi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X10 şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək, X4 ilə bağlanmış əmək müqaviləsinin xx.xx.2022-ci il tarixdə saat 11:27-də qüvvəyə mindiyini, həmin vaxta kimi Nəcməddin Quliyevin ünvan 1 ünvanında yerləşən tikinti obyektində heç bir işlə məşğul olmadığını, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin əməkdaşları tərəfindən yoxlama aparılarkən, yəni saat 11:30-da artıq müqavilənin qüvvəyə mindiyini bidirmişdir. Odur ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin nümayəndəsi X6 bildirmişdir ki, ünvan 1 ünvanında xx.xx.2022-ci il tarixdə X4 əmək müqaviləsi və ya mülki hüquqi müqavilə olmadan işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Belə ki, X4 ilə bağlanmış əmək müqaviləsi xx.xx.2022-ci il tarixdə, saat 11:27-də qüvvəyə minmiş və bu barədə MMC-yə elektron qaydada məlumat göndərilmişdir. Lakin buna baxmayaraq X4 işə saat 09:00-da gəlmiş və tikinti gedən ərazidə olmuşdur. Bu isə onu göstərir ki, yoxlama aparılmamışdan qabaq əmək müqaviləsi qüvvəyə minmədən Nəcməddin Quliyev əmək fəaliyyətinə başlanılmışdır. Ona görə də, X4 əmək müqaviləsi qüvvəyə minmədən işə cəlb etmiş X9 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti 17 oktyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Deyilənlərin nəzərə alınaraq məhkəmədən şikayətin təmin olunmamasını, qərarın qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid X4 bildirmişdir ki, X9 onun atasıdır. xx.xx.2022-ci il tarixdə atası ona ünvan 1 ünvanında yerləşən tikintiyə getməsini, onunla əmək müqaviləsi bağlanacağını və bundan sonra orada işə başlamasını demişdir. O, xx.xx.2022-ci il tarixdə saat 09-10 radələrində qeyd edilən ünvana getmiş, onunla bağlanmış əmək müqaviləsi saat 11:27-də rəsmi olaraq qüvvəyə minmiş və o, işə başlamışdır. X8 Xidmətinin əməkdaşları səhər saatlarında qeyd edilən tikintiyə gələrkən o, işləməmiş müqavilənin qüvvəyə minməsini gözləmişdir. Bundan əlavə X8 Xidmətinin əməkdaşları tərəfindən qeyd edilən ünvanda yoxlamanın saat 11:30-dan saat 13:05-dək keçirilməsi qeyd edilmiş, lakin həmin vaxt yəni saat 11:27-dən artıq onunla bağlanmış əmək müqaviləsi qüvvədə olmuşdur. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X9 tərəfindən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslər işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş, nəticədə o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 4500 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 00260 saylı yoxlama aktından aydın olur ki, yoxlama müddəti xx.xx.2022-ci il tarixdə, saat 11:30dan 13:05-dək olmuşdur. Tikinti ərazisində 23 şəxs yoxlanılmış, "xxxx" MMC tərəfindən 21 şəxslə əmək müqaviləsi bağlanılmış, 2 nəfər şəxsin əmək müqaviləsi və ya mülki (xidməti) müqavilə olmadan işə cəlb edildiyi müəyyən edilmişdir. Əmək müqaviləsi bildirişinin qeydə alınması və bu barədə işəgötürənə elektron qaydada göndərilən məlumatdan göründüyü kimi X9 ilə X4 arasında olan əmək müqaviləsi xx.xx.2022-ci il tarixdə, saat 11:27-də qüvvəyə minmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, şikayəti və iş materiallarını tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq hesab edir ki, X9 barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi X9 ilə X4 arasında xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlanılmışdır. Əmək müqaviləsi bildirişinin qeydə alınması və bu barədə işəgötürənə elektron qaydada göndərilən məlumatdan göründüyü kimi tərəflər arasında olan əmək müqaviləsi xx.xx.2022-ci il tarixdə, saat 11:27-də qüvvəyə minmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 00260 saylı yoxlama aktından aydın olur ki, yoxlama müddəti xx.xx.2022-ci il tarixdə, saat 11.30dan saat 13:05-dək həyata keçirilmişdir. Yəni xx.xx.2022-ci il tarixdə, saat 11.30-da yoxlama aparılarkən X9 ilə X4 arasında əmək müqaviləsi bağlanılmış, həmin müqavilə saat 11:27-də artıq qüvvəyə minmişdir. Qanunvericiliyin normalarında da əks olunduğu kimi əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Bundan başqa X4 xx.xx.2022-ci il tarixdə, saat 09.00-da işə başlamasını sübut edən sənədlər məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 3-cü maddəsinin 5-1 əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır. 7-ci maddəsinin 2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1 -ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır.- 2-1. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsindən göründüyü kimi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, X7 tərəfindən verilmiş şikayət təmin edilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 128-134-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X7 tərəfindən verilmiş şikayət təmin edilsin. X7 barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-3408/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3408/2022
19.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver