Məhkəmə qərarları › İş №3(001)-3411/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3411/2023

22.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3411/2023 22.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, şikayət vermiş şəxs X4 nümayəndəsi Bakı şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X6 iştirakı ilə, X4 inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X4 nümayəndəsi Bakı şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X14 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsalandırılmışdır ki, X2 Xiao Qinglə xx.xx.2021-ci il tarixli 26/05AZ saylı alğı-satqı müqaviləsi bağlamış, həmin müqaviləyə əsasən X3 Xalq Respublikasının vətəndaşı X16 48800 ABŞ dolları (qırx səkkiz min səkkiz yüz dollar) pul vəsaitini bank yolu ilə köçürmüşdür. Pul vəsaiti köçürüldükdən sonra satıcının göndərməli olan malları istehsal edən zavod pandemiyaya görə bağlanmışdır. Zavod öz fəaliyyətinə başladıqdan sonra isə əvvəllər qəbul etdiyi sifarişləri xronoloji ardıcıllıqla təmin etməyə başlamışdır. Malların gecikməsi ilə əlaqədar olaraq dəfələrlə satıcı ilə əlaqə saxlanılmış və satıcı tərəfindən sifariş verilən malların Məmmədov Cavadxana cari ilin sonuna kimi təhvil veriləcəyi vəd edilmişdir. Həmçinin satıcı tərəfindən malların bir qismi göndərilmiş, sentyabr ayının sonunadək təhvil veriləcəkdir. X1 fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir və əsas fəaliyyəti Azərbaycan Respublikasında binaların tikintisində istifadə olunan daşların (mərmər, qranit və s) satışıdır. Bununla belə malların gecikməsi fors-major hallardan irəli gəlmiş, yəni xx.xx.2021-ci il tarixli 26/05AZ saylı alğısatqı müqaviləsinin icrası satıcı X17 tərəfindən pandemiya səbəbindən yubadılmışdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 7-ci bəndində də bu hal nəzərdə tutulmuşdur. Lakin bu hal aradan qalxdığı üçün müqavilə üzrə öhdəliklərini icra etməyə başlamış, malların bir qismi göndərilmiş, təzəlikcə isə 10584 ABŞ dolları (on min beş yüz səksən dörd dollar) dəyərində malların yeni hissəsi Azərbaycan çatdırılmaq üçün Çin Xalq Respublikasından göndərilmişdir. Bununla belə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 09 avqust 2023-cü il tarixli EP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar çıxarılmışdır. Qərar çıxarılan zaman X4 iştirakı təmin olunmamış, bu səbəbdən inzibati xətanın yaranmasına səbəb və əsas olan hallar obyektiv şəkildə araşdırılmamış, ümumiyyətlə müqavilə üzrə öhdəliklərin icrasının fors-major (pandemiyaya görə) hallara görə yubanması nəəzərə alınmamışdır. Göstərilənlərə əsasən X4 inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. Məhkəmə iclasında X4 nümayəndəsi X9 şikayəti müdafiə edib X4 inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2023-cü il tarixli EP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 48800 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2021-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 48800 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta xx.xx.2023-cü il tarixdə şəxsin qeyd olunan ünvanında törədilmişdir. X7 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 4880 ABŞ dolları məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2023-cü il tarixli məktubdan X17 tərəfindən X5 müraciət olunaraq pandemiya ilə əlaqədar fors-major halına görə xx.xx.2021-ci il tarixli 26/05 AZ saylı müqavilə əsasında göndərilməsi nəzərdə tutulan 48800 ABŞ dolları dəyərində malların göndərilməsi gecikmişdir. Lakin 20000 ABŞ dolları dəyərində olan mallar artıq zavoddan çıxmış, Azərbaycan Respublikasına göndərilmiş, qalan mallar isə 2 ay ərzində hissə-hissə göndəriləcəkdir. Məhkəmə, şikayət vermiş şəxsi dinləyib, şikayəti və iş materiallarını tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq hesab edir ki, X7 barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, X8 tərəfindən xx.xx.2021-ci il tarixdə ilə 48800 ABŞ dolları məbləğində olan vəsait xaricə köçürülmüş, lakin həmin vəsait hesabına alınmış mallar 2 il ərzində ölkəyə idxal edilməmiş, həmin malların idxal edilməməsinin səbəbi pandemiya rejiminə görə qoyulmuş məhdudiyyətlər olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 dekabr 2019-cu il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xətanı törədən şəxsin təqsirini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. Belə ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Göründüyü kimi, X7 tərəfindən xx.xx.2021-ci il tarixdə xaricə köçürülmüş 48800 ABŞ dolları məbləğində vəsait hesabına malların ölkəyə gec gətirilməsində X4 təqsiri müəyyən edilməmişdir. Qeyd olunan hallar iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş materiallarla öz təsdiqini tapır. Ona görə də, məhkəmə X4 əməlində İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta üzrə təqsiri müəyyən edilmədiyindən onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, X4 nümayəndəsi X9 tərəfindən verilmiş şikayət təmin edilməli, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 128-134-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X4 nümayəndəsi X9 tərəfindən verilmiş şikayət təmin edilsin. X7 barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar