Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3413/2023 02.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Şikayət verən X2 iştirakı ilə, X2 Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsinin inzibati tənbeh vermə haqqında TP seriyalı № ******* saylı, xx.xx.2023-cü il tarixli qərarından verdiyi şikayətə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən X4 məhkəməyə müraciət edərək, Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsinin inzibati tənbeh vermə haqqında TP seriyalı № ******* saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X4 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası DİN Baş X7 İdarəsinin TP ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən Azərbaycan Respublikası İXM-in 342.5-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 50 (əlli) manat cərimə edilmişdir ondan ötrü ki, xx.xx.2023-cü il tarixdə saat 13:57-də “Wolkswagen Jetta” minik markalı **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobili bufersiz idarə etmişdir. Buna görə yol patrul inspektoru tərəfindən dayandırılmış və avtomobil duracağa aparılmışdır. Halbuki, qanunda avtomobili bufersiz idarə etmək İXM-in 342.5-ci maddəsinin məsuliyyətini yaratmır və buna görə nəqliyyat vasitəsinin duracağa yerləşdirilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsinə məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə şikayətə Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: TP seriyalı № ******* saylı, xx.xx.2023-cü il tarixli İnzibati Tənbeh vermə haqqında Qərardan görünür ki, Bakı şəhər X7 İdarəsinin inspektoru polis mayoru X1 “Wolkswagen Jetta” minik markalı **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 Azərbaycan Respublikası İXM-in 342.5-ci maddəsi ilə təqsirli bililib 50 (əlli) manat cərimə edilməsi barədə qərar qəbul etmişdir ondan ötrü ki, F.E.Əliyev xx.xx.2023-cü il tarixdə saat 13:57-də Binəqədi rayonu Əhməd Rəcəbli küçəsində konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsini istismar etmişdir. İşin hallarının tam və hərtərəfli araşdırılması üçün Azərbaycan Respublikası DİN Baş X7 İdarəsinə sorğu verilmiş, sözügedən inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsi üçün əsas olmuş sübutlar tələb edilmişdir. Azərbaycan Respublikası DİN Baş X7 İdarəsindən məhkəməyə təqdim edilmiş fotoşəkillərdən görünür ki, X4 “Wolkswagen Jetta” minik markalı **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2023-cü il tarixdə saat 13:57-də Binəqədi rayonu Əhməd Rəcəbli küçəsində bufersiz idarə etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinə görə xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə əlli manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” qanunun Nəqliyyat vasitələrinin nasazlıqlarının siyahısını tənzimləyən 1 saylı Əlavəsinə görə Konstruksiyanın digər ünsürləri aşağıdakılar hesab olunur: 1)Nəqliyyat vasitəsinin konstruksiyasında nəzərdə tutulmuş arxanı göstərən güzgü, şüşə olmadıqda. 2)Səs siqnalı işləmədikdə. 3)Sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəffaflığını korlayan, yol hərəkəti iştirakçılarını zədələmək, təhlükəsi yaradan əlavə əşyalar qoyulduqda və ya şüşələrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydanı pozmaqla örtüklər (pərdə, jalüz və ya plyonka) çəkildikdə. 4)Konstruksiyada nəzərdə tutulmuş kuzov və ya kabinə qapılarının qıfılları, yük platforması bortlarının cəftələri, sistern boğazının və yanacaq bakı tıxacının cəftələri, sürücünün oturacağının vəziyyətini nizamlayan mexanizm, qəza çıxış yerləri və onları hərəkətə gətirən qurğular, qapıları idarə edən ötürücü, spidometr, ilin mövsümi şəraitlərindən asılı olaraq şüşəqızdıran və havaüfürən işləmədikdə. 4-1)bu Qanunun 6-1-ci maddəsində nəzərdə tutulmuş daşımaları həyata keçirən nəqliyyat vasitələrində taxoqraf olmadıqda, habelə taxoqrafın yoxlanmasına dair müvafiq möhür vurulmadıqda (taxoqrafın yoxlanması haqqında şəhadətnamə olmadığı halda), yaxud taxoqrafın yoxlanma müddəti bitdikdə və ya plomblanması pozulduqda, tamamilə və ya hər hansı funksiyası işləmədikdə. 5)Konstruksiyada nəzərdə tutulmuş arxa mühafizə qurğusu, palçıqdan qoruyan fartuklar və brızqoviklər olmadıqda. 6)Yedəkçinin və qoşquların ilişmə-dartı və ilişmə-dayaq qurğuları nasaz olduqda, habelə onların konstruksiyalarında nəzərdə tutulmuş sığorta trosları (zəncirlər) olmadıqda və ya nasaz olduqda. Motosikletin çərçivəsi ilə yanqoşqunun çərçivəsi birləşən yerdə lüft olduqda. 7)Aşağıdakılar olmadıqda:avtobusda, minik və yük daşıyan avtomobillərində, təkərli traktorda- ilk tibbi yardım qutusu, odsöndürən, qəza dayanma nişanı (yanıb-sönən qırmızı fənər); icazə verilmiş maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərində və icazə verilmiş maksimum kütləsi 5 tondan çox olan avtobuslarda diyirlənməyə qarşı dayaqlar (azı ikisi); yanqoşqulu motosikletdə - ilk tibbi yardım qutusu, qəza dayanma nişanı (yanıb-sönən qırmızı fənər). 8)Operativ və xüsusi xidmətlərə məxsus olmayan nəqliyyat vasitələrində dövlət standartlarında nəzərdə tutulmuş işartılı mayakcıqlardan, səs çaları növbə ilə dəyişən səs siqnallarından və rəng qrafikası sxemlərindən istifadə olunduqda. 9)Təhlükəsizlik kəmərləri nəqliyyat vasitələrinin konstruksiyasında nəzərdə tutulduğu halda belə kəmərlər olmadıqda və ya onlar kəmərləri yararsız olduqda. 10)Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının standartın tələblərinə cavab vermədikdə. Dövlət qeydiyyat nişanlarının rəqəmləri və hərfləri yük daşıyan avtomobillərinin, qoşquların (minik avtomobillərinin və motosikletlərin qoşqularından başqa) və avtobusların (xüsusi kiçik avtobuslardan başqa) kuzovunun arxa divarında təkrar və rəqəmlərin hündürlüyü ən azı 300 mm, eni azı 120 mm, cizginin qalınlığı 30 mm, hərflərin ölçüsü rəqəmlərin 2/3-si qədər olunmadıqda, tramvay və trolleybuslarda müvafiq idarələrin verdikləri verdikləri dövlət qeydiyyat nişanları yazılmadıqda. 11)Motosikletdə konstruksiyada nəzərdə tutulmuş təhlükəsizlik qövsü olmadıqda.12) Motosikletlərin və mopedlərin yəhərində əyləşmiş sərnişin üçün onların konstruksiyasında nəzərdə tutulmuş köndələn əl tutacaqları və ayaqaltılar olmadıqda. 13) Tormoz sistemlərinin, sükan idarəsinin, digər qovşaq və aqreqatların müəyyənləşdirilmiş tələblərə uyğun gələn əlavə elementləri konstruksiyada nəzərdə tutulduğu halda, qurulmadıqda nasazlıq aradan qaldırılır. Göründüyü kimi minik avtomobilinin buferi qanunda konstruksiyanın digər ünsürü kimi nəzərdə tutulmamışdır və bu mənada minik avtomobilinin bufersiz idarə edilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinin tərkibini yaratmır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, X2 Azərbaycan Respublikası İXM-in 342.5-ci maddəsində təqsirli olması sübuta yetirilmədiyindən onun həmin maddə təqsirli bilinib cərimə edilməsi qanuni və əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs)inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-in 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1-ci və 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Təsvir edilənlərə yekun vuraraq məhkəmə hesab edir ki, X2 Baş X6 İdarəsinin inzibati tənbeh vermə haqqında TP seriyalı № ******* saylı, xx.xx.2023-cü il tarixli qərarından verdiyi şikayət əsaslı olduğundan təmin edilməli, həmin qərar ləğv edilərək iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsinin inzibati tənbeh vermə haqqında TP seriyalı № ******* saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin və həmin iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-3413/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3413/2023
02.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver