Məhkəmə qərarları › İş №3(001)-3417/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3417/2023

28.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3417/2023 28.08.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Binəqədi RPİ-in 6-cı PB-in sahə inspektoru, polis mayoru X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx xxxx 1991-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi, Nurlu yaşayış massivi fəri evdə yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Binəqədi rayonu Sumqayıt şossesi döngə 1 ünvanda polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Qeyd olunanlara əsasən Şəxs barəsində Bakı şəhəri Binəqədi RPİ-in 6-cı PB-in sahə inspektoru, polis mayoru X2 tərəfindən MN seriyalı № ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-in 6-cı PB-in sahə inspektoru, polis mayoru X2 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, həmin protokol 6-cı PB-in əməliyyat müvəkkili V.Cavadovun raportu əsasında tərtib edilmişdir. Belə ki, 26 avqust 2023-cü ildə saat 23 radələrində 6-cı PB-in əməliyyat müvəkkili V.Cavadov Şəxs yolda görmüş, özünü şübhəli apardığı üçün ona yaxınlanmış, lakin Şəxs qaçıb getmişdir. Baş vermiş hadisə barədə raportla bölmə rəhbərliyinə müraciət edilmiş və həmin raport əsasında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, 26 avqust 2023-cü ildə saat 23 radələrində yaşadağı evdən çölə çıxarkən 2 nəfər polis əməkdaşının qapının qabağında dayandığını görmüşdür. Həmin şəxslər ona yaxınlaşmış və zorla əlindən qolundan tutaraq avtomobilə əyləşdirmişlər. Bu zaman səs-küyə ailə üzvləri və qonşular çıxmış, lakin polis əməkdaşları əhəmiyyət verməyərək onu 6-cı PB-yə gətirmişlər. Polis əməkdaşlarına heç bir müqavimət göstərməmişdir. 2 gün PB-də saxlanıldıqdan sonra isə məhkəməyə gətirilmişdir. Əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb hesab edir ki, inzibati xəta hadisəsi olmadığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilmədir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Binəqədi RPİ-in 6-cı PB-in CA üzrə əməliyyat müvəkkili V.Cavadovun yazdığı xx.xx.2023-cü il tarixli Raportdan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Bakı şəhəri Binəqədi rayonu Sumqayıt şossesi döngə 1 ünvanda polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. İnzibati qaydada tutma haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 23:00-da Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə inzibati qaydada tutulmuşdur. Bakı şəhəri Binəqədi RPİ-in 6-cı PB-in sahə inspektoru, polis mayoru X2 tərəfindən tərtib edilmiş MN seriyalı № ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsilə protokol tərtib edilmişdir. Məhkəmə qeyd edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi kifayətedici aydınlıqla sübuta yetirilmir. Belə ki, məhkəmədə inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-in 6-cı PB-in sahə inspektoru, polis mayoru X2 bildirmişdir ki, 26 avqust 2023-cü ildə saat 23 radələrində 6-cı PB-in əməliyyat müvəkkili V.Cavadov Şəxs yolda görmüş, özünü şübhəli apardığı üçün ona yaxınlanmış, lakin Şəxs qaçıb getmişdir. Protokol tərtib etmiş şəxsin bildirdikləri məhkəmədə Şəxs tərəfindən təsdiq edilməsə belə, işin faktiki halının protokol tərtib etmiş şəxsin bildirdiyi kimi olması halında belə Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkibi yoxdur. Azərbaycan Respublikası İXM-in 8-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs istinad edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlinə inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə baxışı zamanı Şəxs tərəfindən polisin qanunu tələbinə qəsdən tabesizlik göstərməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs)inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Bakı şəhəri Binəqədi RPİ-in 6-cı PB-in sahə inspektoru, polis mayoru X2 tərəfindən Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsilə tərtib edilmiş MN seriyalı №1817374 nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Bakı şəhəri Binəqədi RPİ-in 6-cı PB-in sahə inspektoru, polis mayoru X2 tərəfindən Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsilə tərtib edilmiş MN seriyalı №1817374 nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar