Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3418/2023 28.08.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hüseynov Xəyal Nemət oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin polis sahə rəisi, polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2001-ci il tarixdə Azərbaycan Respublikası, Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkumluğu olmamış, işləməyən, Xocalı şəhərində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi RPİnin 6-cı PB-dən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxıb, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Şəxs İXM 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin polis sahə rəisi, polis kapitanı X3 izahat verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə DİN-in 102 xidmətindən Binəqədi RPİ-nin 6-cı PB-nə məlumat daxil olmuşdur. Məlumatda polis əməkdaşlarının xidmət apararkən **-LP-*** dövlət qeydiyyat nişanlı, VAZ 21007 markalı avtomobildə konstruksiya dəyişikliyi aşkar etmələri, avtomobili mühafizə olunan duracağa aparan zaman avtomobilin sahibinin yolu kəsərək polis əməkdaşlarına mane olduğu, polis əməkdaşları həmin şəxsi saxlayarkən dostunun maşını qaçırması qeyd olunmuşdur. Növbədə olan polis əməkdaşları tərəfindən avtomobil saxlanılaraq mühafizə olunan duaracağa yerləşdirilmişdir. Şəxs Binəqədi RPİ-nin 6-cı PBnə gətirilərək izahatı alınmış və barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə 3 gündür tanıdığı qonşusu Vüqar adlı şəxsin idarə etdiyi, həmin şəxsə məxsus olan VAZ 2107 markalı avtomobili yol polisi əməkdaşları saxladığı üçün onlara yaxınlaşaraq hadisənin baş vermə sxemini soruşmuş, taksiyə minərək Vüqarın dostları ilə avtomobilin mühafizə olunan duaracağa aparılmasını izləmiş və polis əməkdaşlarına maneçilik törədərək avtomobili mühafizə olunan duracağa aparmalarına mane olmuşdur. Avtomobili özü yox Vüqarın tanımadığı dostlarından biri idarə edərək qaçırmışdır. Onun təkidlərinə baxmayaraq həmin şəxs avtomobili Yasamal rayonu ərazisinə sürmüş, avtomobili orada saxlayaraq qaçmış, özü isə avtomobilin içərisində polis əməkdaşlarını gözləmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən Bakı şəhəri, Binəqədi rayonu 6-cı PB-nə aparılaraq barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hazırda törətdiyi inzibati xətadan səmimi paşmanlıq hissi keçirməsini, həmçinin 2-ci Qarabağ müharibəsində iştirak edərək “Vətən müharibəsi iştirakçısı” və “Ağdamın azad olunmasına görə” medalları ilə təltif edildiyini bildirərək, barəsində daha yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin yol patrul xidmətinin inspektoru, polis serjantı X4 ifadə verərək bildirmişdir ki, Zərifə Əliyeva parkının yaxınlığında xx.xx.2023-cü il tarixdə VAZ 2107 markalı avtomobilə konstruksiya dəyişikliyi ilə əlaqədar olaraq saxla əmri verildi. Avtomobildə plyonka olması səbəbindən kimin idarə etməsi görünməsə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs avtomobildə əyləşməmiş, hadisə yerinə sonradan gəlmişdir. Onun yanındakı polis avtomobilin mühafizə duaracağına aparılmasını təmin etmək istəyərkən Eldar və Seymur adlı şəxslər avtomobili qaçırmağa cəhd göstərərək hadisə yerindən uzaqlaşdılar, daha sonra Yasamal rayonu, “Günəş” Petrolun arxa tərəflərində avtomobil saxlanılmışdır. Məhkəmədə ona verilmiş suallar cavab olaraq Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin yol patrul xidmətinin inspektoru, polis serjantı X4 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi hadisə yerində əvvəlcədən piyada vəziyyətdə görmədiyini, onun hadisə yerinə sonradan gəldiyini, hadisədən sonra “TikTok” sosial şəbəkəsinə avtomobilin videosunun yerləşdirildiyi, həmin videonun şərhlər bölməsində hadisə ilə bağlı gülünc və məzğərəedici ifadələr işlədildiyini bildirmişdir. Məhkəmə iclasında şahid Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin yol patrul xidmətinin inspektoru X5 ifadə verərək bildirmişdir ki, Zərifə Əliyeva parkının yaxınlığında xx.xx.2023-cü il tarixdə VAZ 2107 markalı avtomobilə konstruksiya dəyişikliyi ilə əlaqədar olaraq saxla əmri verildi. Avtomobilin sahibi Vüqar adlı şəxs olsa da, onun dostu idarə edirdi. Avtomobilin duracağa aparılmasını təmin edərkən avtomobilin sahibi Vüqar adlı şəxs özünü doğrayacağını bildirərək polis əməkdaşlarına hədə-qorxu gəldi. Məhkəmədə ona verilmiş suallar cavab olaraq Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin yol patrul xidmətinin inspektoru, polis serjantı X4 Məhkəmə iclasında videogörüntülərə baxış keçirilmiş, İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli Binəqədi RPİ-nin 6-cı PB-nin rəisinə ünvanlanmış raportdan görünür ki, Şəxs Binəqədi RPİ-nin 6-cı PB-də polisin qanuni tələbinə qəsdən tabe olmayaraq nalayiq ifadələr işlətmişdir. xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs polisin qanuni tələblərinə tabe olmayaraq, İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. xx.xx.2023-cü il tarixli, AZA 019101 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 05:00-da inzibati qaydada tutulmuşdur. xx.xx.2023-cü il tarixli, AZA 007887 nömrəli şəxsi axtarış və fiziki şəxsdə olan əşyaları yoxlama protokolundan görünür ki, Şəxs üzərində hər hansı bir əşya aşkar edilməmişdir. İ-37585 nömrəli vəsiqənin surətindən görünür ki, Şəxs “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. İ-4353 nömrəli vəsiqənin surətindən görünür ki, Şəxs “Ağdamın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, həmçinin inzibati xəta haqqında iş materialları nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində Binəqədi RPİnin 6-cı PB tərəfindən İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları və məhkəmə iclasında toplanmış sübutlarla tam sübuta yetirilmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə İXM-in 32-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs Şəxs əməlindən səmimi peşmanlıq hissi keçirməsini, Vətən Müharibəsi iştirakçısı olmasını və medallarla təltif edilməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, Şəxs şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, yol polisi əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq avtomobilin qaçırılmasını, Şəxs avtomobilin qaçırılmasına köməklik göstərdiyini, avtomobilin qaçırılması ilə bağlı videogörüntülərin “Tik-Tok” sosial şəbəkəsində yayıldığını, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq, ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə Şəxs Vətən Müharibəsi iştirakçısı olmasını və medallarla təltif edilməsini nəzərə alaraq ona maddənin sanksiyasında nəzərdə tutulmuş 1 ay müddətinə inzibati həbsin müddətinin minimumu həddində tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 07 (yeddi) gün müddətinə inzibati həbs edilsin. Şəxs məhkəmə iclas zalından həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 28 avqust 2023-cü il tarixdən saat 05:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Mərkəzinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-3418/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3418/2023
28.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver