Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3421/2022 01.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının X1 Bakı Regional Bölməsinin nümayəndəsi X2 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 544.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikasının X1 Bakı regional bölməsindən daxil olmuş xx.xx.2022ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs xx.xx.2022-ci il tarixdə X1 Bakı regional bölməsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi ŞTQ, Binəqədi qəsəbəsi ünvanında yerləşən “Happy” marketində xx.xx.2022-ci il tarixli, YPK/0396-22 nömrəli qərara əsasən plandankənar yoxlamanın aparılması üçün zəruri şərait yaratmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəfə məlumat verilməsinə baxmayaraq, Şəxs hazırkı məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbi barədə məlumat verməmiş və işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Məhkəmə, İXM-in 112.1.4-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının X1 Bakı Regional Bölməsinin nümayəndəsi X3 izahatında bildirmişdir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestr”nin xx.xx.2022-ci il tarixli KY221843327 nömrəli Çıxarışına və Azərbaycan Respublikasının X1 Bakı regional bölməsinin xx.xx.2022-ci il tarixli YPK/0396-22 nömrəli yoxlamanın aparılması haqqında qərarına əsasən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi ŞTQ, Binəqədi qəsəbəsi ünvanında yerləşən “Happy” marketdə (VÖEN: **********) 31 oktyabr - 02 noyabr (3 iş günü) 2022-ci il tarixlərində plandankənar yoxlama həyata keçirilməsi nəzərdə tutulmuşdur. Plandankənar yoxlamanın həyata keçirilməsi məqsədilə əməkdaşlarla birlikdə xx.xx.2022-ci il tarixində qeyd olunan ünvana baxış keçirmiş, sahibkar və səlahiyyətli nümayəndəsinin olmadığı üçün yoxlama aparmaq mümkün olmamışdır. Bununla bağlı yoxlanılan sahibkarın səlahiyyətli nümayəndəsinin üzürlü səbəblərdən yoxlamada iştirak edə bilməməsindən yoxlamanın davam etdirilməsi mümkün olmadığı üçün “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 18.2.4-cü maddəsinə əsasən yoxlama xx.xx.2022-ci il tarixinədək dayandırılmışdır. Yoxlamanın dayandırılması ilə bağlı sahibkara xx.xx.2022-ci il tarixli 23/1/QN-10583 nömrəli məktub göndərilmişdir. Plandankənar yoxlamanın davam etdirilməsi məqsədilə xx.xx.2022-ci il tarixində “Happy” marketdə təkarar baxış keçirilən zaman müəssisənin rəhbəri Şəxs müəssisədə olmadığı müəyyən edilmişdir. Sahibkarın və ya yoxlamada iştirak etmək üçün səlahiyyətli nümayəndəsinin iştirakının təmin edilməməsinə görə “Happy” marketdə yoxlama aparmaq mümkün olmamışdır. Bununla əlaqədar olaraq sahibkar barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsini ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokol əsasında Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestr”nin xx.xx.2022-ci il tarixli KY221843327 nömrəli Çıxarışına və Azərbaycan Respublikasının X1 Bakı regional bölməsinin xx.xx.2022-ci il tarixli YPK/0396-22 nömrəli yoxlamanın aparılması haqqında qərarından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi ŞTQ, Binəqədi qəsəbəsi ünvanında yerləşən “Happy” marketdə (VÖEN: **********) 31 oktyabr - 02 noyabr (3 iş günü) 2022-ci il tarixlərində plandankənar yoxlama həyata keçirilməsi nəzərdə tutulmuşdur. xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli aktdan görünür ki, qeyd olunan tarixlərdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi ŞTQ, Binəqədi qəsəbəsi ünvanında yerləşən “Happy” marketə Azərbaycan Respublikasının X1 Bakı Regional Bölməsinin əməkdaşları tərəfindən baxış keçirilmiş, lakin sahibkar və səlahiyyətli nümayəndəsinin olmadığı üçün yoxlama aparmaq mümkün olmamışdır. xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi ŞTQ, Binəqədi qəsəbəsi ünvanında yerləşən “Happy” marketdə X1 Bakı regional bölməsinin əməkdaşları tərəfindən plandankənar yoxlamanın aparılması üçün zəruri şərait yaradılmamışdır. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 544.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 544.1-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 544.1-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri tərəfindən qanuna uyğun yoxlamaların və digər nəzarət tədbirlərinin keçirilməsinə maneçilik törədilməsinə və ya həmin məqsədlə səlahiyyətli şəxslərin yoxlama yerinə buraxılmamasına, yaxud həmin şəxslərin qanuni tələblərinin yerinə yetirilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə - fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, Azərbaycan Respublikası İXMnin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, onun barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 3000 (üç min) manat məbləğində cərimə edilsin. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mahirə Kərimova
Məhkəmə qərarları › İş №3(001)-3421/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3421/2022
01.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver