Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3423/2023 26.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs "xxxx" MMC-in nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC, AZ1108, Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi ev 108 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon X4 Şöbəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tərtib edilmiş İXP seriyalı № ******* saylı xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokola əsasən, cəmiyyət xx.xx.2022-ci il tarixdə qəbul edilmiş sorğuya əsasən mülkiyyətində olan nəqliyyat vasitəsilə inzibati xəta törətmiş fiziki şəxs barəsində məlumatı qanunla müəyyən edilmiş müddətdə göndərməmişdir. İşə baxılmasının yeri və müddətinin vaxtında bildirilməsinə baxmayaraq Bakı şəhəri Yasamal rayon X4 Şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə baxılmasının yeri və müddətinin Bakı şəhəri Yasamal rayon X4 Şöbəsinə vaxtında bildirilməsi barədə işdə məlumat olduğunu və işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmadığını nəzərə alıb, işə Bakı şəhəri Yasamal rayon X4 Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs "xxxx" MMC-in nümayəndəsi X2 müddət keçdiyinə görə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə müəyyən edilmiş inzibati xətanı törətməkdə təqsirli bilinməli, həmin Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən hüquqi şəxs Şəxs MMC-yə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati təhbeh təyin edilməməli, hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış icraata xitam verilməlidir. İşdə olan DİN-in DYP WEB portalından çıxarışdan görünür ki, hüquqi şəxs Şəxs MMC mülkiyyətində olan “Otoyol M24.9 Avtobus” markalı **-TB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü xx.xx.2021-ci il, saat 14:36-da Ağsu Ağdaş yolu Bərgüşad giriş Ucar ist. hərəkətdə olarkən Azərbaycan Respublikası İXM-in 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İşdə olan bildirişdən və onun ünvan sahibinə xx.xx.2022-ci il tarixdə rəsmi qaydada təqdim edilməsini təsdiq edən qəbzdən görünür ki, Bakı şəhəri Yasamal rayon Polis İdarəsi hüquqi şəxs Şəxs MMC-yə müraciət edərək, mülkiyyətində olan “Otoyol M24.9 Avtobus” markalı **-TB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın sorğu daxil olduğu vaxtdan 5 gün müddətində təqdim edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə görə Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. İşin müəyyən edilmiş mübahisəsiz hallarına və qanunvericiliyin sadalanmış normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, lakin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. İşin müəyyən edilmiş hallarından göründüyü kimi hüquqi şəxs Şəxs MMC xx.xx.2022-ci il il tarixli sorğuya 5 gün müddətində cavab verməməklə inzibati xəta törətmiş, həmin inzibati xətanın müddətə görə axımı xx.xx.2022-ci il tarixdən başlanmışdır. Belə olan halda aydın olur ki, inzibati xətanın törədildiyi gündən bir il keçmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1-ci maddəsinə görə aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir:.... 53.1.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir:... 106.1.4. işin icraatını rədd edən hallar mövcuddurmu. Təsvir edilənlərə əsasən məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs MMC barəsində tərtib edilmiş İXP seriyalı № ******* saylı xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol üzrə inzibati xətanın törədildiyi gündən bir il keçdiyindən bu, işin icraatını rədd edən haldır və buna görə də başlanmış icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 53, 106 və 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin, həmin Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən hüquqi şəxs Şəxs MMC-yə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati təhbeh tətbiq edilməsin. Hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. HAKİM Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-3423/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3423/2023
26.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver