Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-343/2021 25.01.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 barəsində tərtib edilmiş İXP ******* saylı inzibati xəta haqqında protokoldan şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM : X2 Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə şikayət ilə müraciət edərək barəsində tərtib edilmiş İXP ******* saylı inzibati xəta haqqında protokolun ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında X2 məhkəməyə ərizə ilə müraciət edərək, şikayətə baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, X2 ərizəsi təmin edilməli, X1 barəsində tərtib olunan İXP ******* saylı inzibati xəta haqqında protokoldan verdiyi şikayət geri qaytarılmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 109 və 114-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizə təmin edilsin. X1 barəsində tərtib olunan İXP ******* saylı inzibati xəta haqqında protokoldan verdiyi şikayət geri qaytarılsın. Qərardaddan 10 günə Binəqədi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №3(001)-343/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-343/2021
25.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver