Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3433/2023 06.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Bayramov Tural Ural oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankından Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə baxılması üçün Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 16 avqust 2023-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Şəxs MMC 90000.00 ABŞ dolları məbləğində vəsaiti 10 avqust 2021-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 90000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə daxil etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 11 avqust 2023-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 bildirdi ki, ödənilmiş 90000.00 ABŞ dolları məbləğində vəsait artıq xaricdən geri qaytarılmışdır.Belə ki, artıq ödəniş tam olaraq bağlanmışdır.Şəxs MMC-nin ödənişlə bağlı Yelo Bank ASC-yə heç bir borcu qalmamışdır.Şəxs MMC tərəfindən AR İXM-nin 430.4-cü maddəsinin tələbləri pozulmadığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İnzibati orqan Azərbaycan Respublikasının Mərkəzi Bankına inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin onun nümayəndəsi məhkəməyə gəlməmişdir, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir.Buna görə də, məhkəmə Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsini dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarını araşdıraraq hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş 16 avqust 2023-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 16 avqust 2023-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokola əsasən məlum olur ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi göstərilmişdir. Həmçinin, iş materiallarında olan "xxxx" ASC-nin 04 oktyabr 2023-cü il tarixli, 12-221453- 23 nömrəli arayışdan görünür ki, X3 “JİNAN CREATEK TECHNOLOGY CO.LTD” şirkətinə contract № SİNG xx/xx/2021 DD xx.xx.2022 əsasən xx.xx.2021 tarixində 90000 USD, xx.xx.2021 tarixində 70000 USD, xx.xx.2021 tarixində 90000 USD cəmi 250 000 USD mal alışı üçün köçürülmüşdür.Mərkəzi Bankın mail vasitəsi ilə onlara göndərilən məlumatda “X5 İnsaat Mərkəzi” şirkəti tərəfindən xx.xx.2021 tarixli 35 000 USD(Acces Bank), xx.xx.2023 tarixli 30 000 USD( Yelo Bank), xx.xx.2023 tarixli 45 650 USD (Turan Bank), xx.xx.2023 tarixli 71 000 USD( Turan Bank), xx.xx.2023 tarixli 30 000 USD, xx.xx.2023 tarixli 38 350 USD ( Turan Bank) cəmi 250 000 USD tam olaraq geri qaytarılması bildirilmişdir.Ödəniş tam olaraq bağlanmışdır.Şəxs MMC-nin ödənişlə bağlı Yelo Bank ASC-yə heç bir borcu qalmamışdır. Belə ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nda dəyişikliklər edilməsi haqqında xx.xx.2016-cı il tarixli qərarının 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir.Bu zaman ödənişin aparıldığı gündən 270 (iki yüz yetmiş) gün müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim olunmalıdır.Həmin müddət ərzində mallar idxal edilmədikdə, xidmətlər göstərilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda bank qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədləri Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət təbirlərinin həyata keçirilməsi üçün 2 iş gün ərzində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim edir.20 fevral 2020-ci il tarixdə Azərbaycan Respublikasının Mərkəzi Bankı «Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması qaydaları» na dəyişikliklər edərək xx.xx.2020-ci il tarixli, 06/1 saylı qərarı ilə bü müddət 270 gündən 2 ilədək uzadılmışdır.İş materiallarına əsasən məlum olur ki, ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cümaddəsinə əsasən Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Beləliklə, yuxarıda qeyd olunan normaların tələblərindən məlum olur ki, inzibati xətanın mövcudluğu o halda baş verir ki, ödəniş aparıldığı gündən 2 (iki) il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmasın. Protokol və digər iş materiallarından isə aydın olur ki, "xxxx" ASC tərəfindən AR Mərkəzi Bankına ünvanlanmış məktuba və arayışa əsasən məlum olur ki, 90 000.00 ABŞ dolları məbləğində vəsait xaricdən geri qaytarılmışdır. Belə olan halda, məhkəmə bu qənaətə gəlir ki, hüquqi şəxs tərəfindən təsdiqedici sənədin qanunvericiliklə müəyyən olunmuş müddət 2 (iki) il ərzində Banka təqdim edilməməsi halı müəyyən edilmədiyindən onun məsuliyyətə cəlb olunması qanunauyğun deyildir və hazırkı məqamda iş üzrə icraata xitam verilməlidir.Belə ki, ödənilmiş 90 000.00 ABŞ dolları məbləğində vəsait vəsait xaricdən geri qaytarılmışdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 10-cu maddəsinə əsasən dövlət orqanları (qurumları) və bələdiyyələr inzibati xətaların qarşısının alınması, inzibati xətaların törədilməsinə kömək edən səbəblərin və şəraitin aşkar edilməsi və aradan qaldırılması, vətəndaşların hüquq şüurunun və mədəniyyətinin yüksəldilməsi və Azərbaycan Respublikasının qanunlarına ciddi əməl etmək ruhunda tərbiyə olunması sahəsində tədbirlər hazırlayır və həyata keçirirlər. Azərbaycan Respublikası İXM-nin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında işüzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 40, 43, 48-53, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş 16 avqust 2023-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-3433/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3433/2023
06.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver