Məhkəmə qərarları › İş №3(001)-3433/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3433/2024

11.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3433/2024 11.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənzadə Fuad Fərhad oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatına Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi tərəfindən Şəxs barəsində tərtib edilmiş 29 aprel 2024-cü il tarixli İXP seriyalı № ******* saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İXM-in 339.1-1-ci maddəsi ilə təqsirli bilinib 50 manat məbləğində cərimə edilmiş, lakin cəriməni qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməmişdir. Ona görə də dəbbə pulu hesablanmışdır. Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə və Şəxs lazımı qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin nümayəndəsinin və Şəxs iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdıraraq hesab edir ki, inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan Baş Dövlət Yol Polisi İdarəsinin Şəxs ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, “X3 1841 yük” markalı 77BH790 dövlət qeydiyyat nişanlı avtomobilin başqa şəxslər tərəfindən qanunsuz idarə olunması ilə əlaqədar dövlət yolisinin şəxsi heyəti təlimatlandırılmışdır. Axtarış tədbirləri davam etdirilir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, Şəxs cavabdehlər X1 və X2 qarşı məhkəmədə iddia qaldıraraq “X3 1841 yük” markalı 77BH790 dövlət qeydiyyat nişanlı avtomobilin həmin şəxslərdən alınıb ona verilməsini tələb etmiş, onun iddiası təmin edilmişdir. Belə olan halda aydın olur ki, Şəxs inzibati xətanın törədiliyi vaxt, yəni xx.xx.2024-cü il tarixdə “X3 1841 yük” markalı 77BH790 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmədiyi üçün həmin inzibati xəta onun tərəfindən törədilə bilməzdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1-ci maddəsinə görə aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir:.... 53.1.2. inzibati xəta tərkibi olmadıqda. 105.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs)inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır:.. 114.1.4. inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında. 114.2-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar aşağıdakı hallarda çıxarılır: 114.2.1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda. Təsvir edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində tərtib edilmiş 29 aprel 2024-cü il tarixli İXP seriyalı № ******* saylı inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 529.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib edilmiş 29 aprel 2024-cü il tarixli İXP seriyalı № ******* saylı inzibati xəta haqqında protokol üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar