Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3440/2023 11.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 482.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq və təhqiqat idarəsi tərəfindən Şəxs barəsində İXM-in 482.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 10000-00086/23 nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq və təhqiqat idarəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, 10000-00086/23 nömrəli inzibati xəta haqqında protokola əsasən, Şəxs tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların arasında bəyan edilməmiş mallar aşkar edilmişdir. Ona görə də, Şəxs barəsində İXM-in 482.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada proses iştirakçılarına məlumat verilmiş, lakin proses iştirakçıları məhkəməyə gəlməmiş və məhkəməyə işə baxılmanın təxirə salınması haqqında vəsatət verilməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, proses iştirakçılarının iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs İXM-in 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Ləyaqət” adlı şəxsin aksiz markasız siqaretlərin respublika ərazisinə qaçaqmalçılıq yolu ilə gətirməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il saat 09:45-də Bakı Beynəlxalq avtovağzal ünvanında yerləşən gömrük nəzarəti zonasında Azərbaycan Respublikasının vətəndaşı Şəxs çantasında aksiz markasız siqaretlərin olduğu müşahidə edilmiş, həmin çantaya baxış keçirilmiş və baxış zamanı “X1 15SHD A” markalı İ5AE044 dövlət qeydiyyat nişanlı avtomaşınından düşən zaman özünə məxsus çantalarında Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmamış ümumilikdə hər birində 20 ədəd olmaqla 127 qutu “Marlboro touch one” markalı siqaretlər aşkar edilmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan 07 iyun 2023-cü il tarixli, 7/789-9/4033 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş aksiz markası olmayan “Marlboro touch one” markalı, ştrix koduna görə (ilk üç rəqəmi 762) İsveçrə istehsalı olan tütün məmulatlarının 1 qutusunun xx.xx.2023-cü il tarixə orta bazar qiyməti 7,00 manat, 127 qutusu ümumilikdə təxminən 889,0 manat müəyyən edilir. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikasının dövlət sərhədindən keçməsini müəyyən etmək üçün Dövlət Gömrük Komitəsinin gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sisteminə baxış keçirilmiş, Şəxs xx.xx.2023cü il tarixdə saat 05:57-də “Mercedes Benz” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində “Biləsuvar” sərhəd keçid buraxılış məntəqəsindən keçməklə Azərbaycan Respublikasına daxil olduğu müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində toplanmış xx/xx/026644 nömrəli material üzrə əməldə cinayət tərkibi olmadığından Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, Şəxs tərəfindən az miqdarda, 889 manat dəyərində malların gömrük sənədindən bəyan etməməklə keçirilməsi faktı ilə bağlı əməldə İXM-nin 482-ci maddəsinin tərkib əlamətləri olduğundan, sonuncunun barəsində inzibati tənbeh tədbirləri görülməsi üçün müvafiq sənədlərin surətləri ayrılaraq Əməliyyat-İstintaq Baş idarəsinin İstintaq və Təhqiqat idarəsinin təhqiqat şöbəsinə göndərilmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq və təhqiqat idarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 10000-00086/23 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olmuş məlumat əsasında, 24 may 2023-cü il tarixdə Bakı Beynəlxalq Avtovağzal Kompleksində yerləşən gömrük nəzarəti zonasında İran İslam Respublikası ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikasından Bakı şəhərinə “X1 15SHD A” markalı, 85- AE-044 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində sərnişin qismində gəlmiş Azərbaycan Respublikası vətəndaşı Şəxs məxsus əl yüklərinə keçirilmiş baxış zamanı Azərbaycan Respublikasının aksiz markası ilə markalanmalı olan lakin belə marka ilə markalanmamış, vətəndaş tərəfindən gömrük orqanına bəyan olunmadan Azərbaycan Respublikası gömrük sərhədindən keçirilmiş, 889 manat dəyərində 127 qutu “Marlboro touch one” markalı siqaretlər aşkar edilərək götürülmüşdür. Nəticədə Azərbaycan Respublikasının vətəndaşı Şəxs tərəfindən İXM-in 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Azərbaycan Respublikasının vətəndaşı Şəxs araşdırma zamanı verdiyi izahatında göstərmişdir ki, 23 may 2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Şərur rayonunda avtovağzalda hazırda nömrəsini xatırlamadığı avtobusda sərnişin qismində əyləşərək digər sərnişinlərlə birgə Naxçıvandan çıxmış, “Culfa” sərhəd keçid buraxılış məntəqəsindən keçməklə İran İslam Respublikası ərazisinə daxil olmuşdur. İran İslam Respublikası ərazisinə daxil olduqdan sonra avtobus İranın Culfa şəhərində gömrük zonasına yaxın bir yerdə saxlamışdır və sərnişinlər alış-veriş etmək üçün avtobusdan enmişlər. Hamı kimi orada enərək ev üçün ərzaq məhsulları və özü və oğlu üçün 13 blok “Marlboro” siqareti almışdır. Avtovağzala çatdıqdan sonra digər sərnişinlər kimi avtobusdan enmişdir. Bundan sonra ona məxsus çantalar avtovağzalda müəyyən olunmuş gömrük nəzarəti zonasında rentgendən keçirilərkən orada xidmət aparan gömrük əməkdaşları çantada olan siqaretləri götürüb kənara qoymuş və sənədləşdirəcəklərini bildirmişlər. Bundan sonra həmin siqaretləri ondan götürmüş, bununla bağlı protokol tərtib etmiş və onu protokolla tanış etdirib imza etdirmişlər. Çantadan aşkar edilərək götürülmüş 889 manat dəyərində 127 qutu “Marlboro touch one” markalı siqaretləri İran İslam Respublikası ərazisində olarkən özü və oğlunun istifadəsi məqsədilə almışdır. Yuxarıda sadalanan iş materiallarından, müəyyən edilmişdir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların arasında bəyan edilməmiş mallar aşkar edilmişdir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 146.1-ci maddəsinə əsasən gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 148.3.1-ci maddəsinə əsasən malları və nəqliyyat vasitələrini bu Məcəllədə nəzərdə tutulan qaydada bəyan etmək bəyannaməçinin vəzifəsidir. İXM-in 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların bəyan edilməməsi iş materialları ilə öz təsdiqini tapmış və Şəxs İXM-in 482.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmədə tam sübuta yetirilmişdir. Ona görə də Şəxs İXM-in 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri məhkəmədə tam sübuta yetirildiyindən inzibati məsuliyyətə cəlb edilməsi qənaətinə gəlmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs əməlində İXM-in 32-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən hallar və həmin Məcəllənin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və İXM-in 18, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 889 (səkkiz yüz səksən doqquz) manat dəyərində malların dəyərinin 40 (qırx) faizi miqdarında olan 355.6 (üç yüz əlli beş manat altmış qəpik) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-3440/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3440/2023
11.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver