Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3445/2021 14.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, şikayət vermiş şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin direktoru X2 nümayəndəsi X1 iştirakı ilə, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin direktoru X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən qəbul edilmiş 28.09.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin direktoru X4 məhkəməyə müraciət edərək, inzibati qaydada məsuliyyətə cəlb olunmasına dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən qəbul edilmiş 28.09.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması və inzibati xəta haqqında icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsalandırılmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən 17.07.2021-ci il tarixli, **********3 saylı məktubla müraciət olunaraq bildirilmişdir ki, Cəmiyyət tərəfindən bir neçə işçi ilə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin bağlanmadığı aşkar edilmişdir. Məktubda göstərilən tarixdə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndələri müfəttişlikdə olmuş "xxxx" Sığorta Şirkəti ASC ilə 01.04.2020-ci il tarixdə müqavilə bağlandığını və icbari sığorta haqqının Sığorta təşkilatının verdiyi EBBE seriyalı 858285 nömrəli 05.08.2021-ci il tarixli elektron qaimə əsasında 19.08.2021-ci il tarixdə tam ödənildiyi bildirilmişdir. Müfəttişliyin qadın əməkdaşı həmin sənədlərin elektron sayta göndərilməsini tapşırmış, sənədlər növbəti gün həmin sayta yüklənmişdir. Buna baxmayaraq 17.09.2021-ci il tarixində MN seriyalı ******* və MN seriyalı ******* nömrəli protokollar tərtib olunmuşdur. 28.09.2021-ci il tarixdə Müfəttişlikdə tərtib olunmuş protokolların müzakirəsi zamanı inzibati xəta hadisəsinin olmaması barədə sübutlar təqdim olunduqda və müfəttişliyin məsul şəxsinin sübutlarla razılaşdığı bildirdikdən sonra artıq inzibati tənbeh vermə haqqında ******* nömrəli qərarın imzalandığını bildirilmişdir. Cəmiyyətin nümayəndəsinin qərarın onlardan əvvəl imzalanmışsa nəyin müzakirəsinə dəvət etmisiniz sualına – xidmət tərəfindən “Siz də məhkəməyə verin” cavabı verilmişdir. Qərar əsassız və qanuna zidd olduğu üçün aşağıda göstərilənlərə əsasən ləğv olunmalıdır. Əvvəla, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinin tələbləri pozulmuşdur. Qanunun tələblərinə əsasən “Hüquqi şəxs tərəfindən törədilmiş inzibati xətalar haqqında işlərə hüquqi şəxsin nümayəndəsinin və ya vəkilinin iştirakı ilə baxılır. Həmin şəxslərin iştirakı olmadan inzibati xəta haqqında işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. X7 Xidmətinin "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə inzibati xəta haqqında işə baxılması 28.09.2021-ci il tarixə təyin etsə də, həmin gün müzakirə zamanı artıq inzibati tənbeh vermə haqqında qərarın imzalandığı bildirilmişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə "xxxx" Sığorta Şirkəti ASC arasında peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi 01.04.2020-ci il tarixdə imzalanmışdır. 01.01.2017-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 71-1-ci maddəsi mal satan, iş görən və xidmət göstərən elektron qaimə faktura vermək vəzifəsini müəyyən edir. "xxxx" Sığorta Şirkəti ASC tərəfindən 3025.32 AZN sığorta haqqının ödənilməsi barədə 05.08.2021-ci il tarixdə verilmiş EBBE seriyalı 858285 nömrəli elektron qaimə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 19.08.2021-ci il tarixdə sığorta haqqı tam ödənilmişdir. Qeyd olunanlardan görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin icbari sığortası var və onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsinin tərkibi yoxdur. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X2 nümayəndəsi X3 şikayət ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən qəbul edilmiş 28.09.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 28.09.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin direktoru X4 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyindən barəsində 1500 manat məbləğində cərimə növündə tənbeh tətbiq edilmişdir. 01.04.2020-ci il tarixli “İcbari sığorta” müqaviləsindən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə "xxxx" Sığorta Şirkəti ASC arasında 01 aprel 2020-ci il tarixdə müddətsiz istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarında icbari sığorta müqaviləsi bağlanmışdır. 05.08.2021-ci il tarixli EBBE seriyalı 858285 nömrəli elektron qaimədən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən "xxxx" Sığorta Şirkəti ASC-nə icbari sığorta müqaviləsi üzrə 3025,32 manat məbləğində pul ödənilmədir. 19.08.2021-ci il tarixli portal çıxarışından görünür ki, 19 avqust 2021-ci il tarixdə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən "xxxx" Sığorta Şirkəti ASC-nə aralarında bağlanmış icbari sığorta müqaviləsi üzrə olan 3025,32 manat məbləğində pul tam şəkildə ödənilmişdir. Məhkəmə, şikayəti və iş materiallarını tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq hesab edir ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin direktoru X4 barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən qəbul edilmiş 28.09.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün onu qəbul etmiş orqana qaytarılmalıdır. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən baş vermiş hadisə üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamış, eləcə də "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin direktoru tərəfindən qeyd olunan iş üzrə inzibati xəta hadisəsinin olmasına əsaslı şübhələr mövcuddur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, səlahiyyətli orqan tərəfindən qanunvericiliyin tələblərinə əsasən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarında icbari sığorta müqaviləsinin olmaması əsası ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin direktoru X4 barəsində iş üzrə icraat aparılsa da, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə "xxxx" Sığorta Şirkəti ASC arasında 01 aprel 2020-ci il tarixdə müddətsiz istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarında icbari sığorta müqaviləsinin bağlanmış olması halı müəyyənləşdirilməmişdir. Həmin xüsusatın araşdırılmaması həm səlahiyyətli orqan tərəfindən natamam araşdırma aparılmasını, həm də iş üzrə inzibati xəta hadisəsinin olmasını şübhə altına alır. Çünki sözügedən müqavilənin mövcudluğu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında hadisənin olmasını istisna edir. Digər tərəfdən qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin direktoru X4 barəsində inzibati xəta haqqında iş üzrə araşdırma aparılan zaman icraat barəsində şəxsin sübutlar təqdim etməsinə, öz fikir və mülahizələrini bildirməsinə və sair hərəkətlərin yerinə yetirilməsinə şərait yaradılmadan cəmiyyətin direktorunun və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı təmin edilmədən icraat aparılaraq inzibati tənbeh tətbiqetmə haqqında qərar qəbul edilmişdir. Bununla da, şəxs barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraatda iştirak edib öz hüquqlarından istifadə edə bilməmişdir. Qeyd olunan halın baş verməsi isə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin direktoru X2 icraatda iştirak etmək, etiraz etmək, icraatla tanış olmaq, hər hansı sübut təqdim etmək və digər bu kimi hüquqlarının pozulması deməkdir ki, bu da öz növbəsində səlahiyyətli vəzifəli şəxsin inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən şəxsi iş materialları ilə lazımi qaydada tanış etməyərək səthi araşdırma aparmaqla onun hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul edilməsini göstərir. Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin direktoru X4 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması.. Beləliklə məhkəmə, şikayətçi "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin direktoru X2 hüquqlarının tam təmin edilməsi məqsədi ilə hesab edir ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin direktoru X4 inzibati tənbeh olunmasına dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən qəbul edilmiş 28.09.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin direktoru X2 inzibati tənbeh olunmasına dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən qəbul edilmiş 28.09.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün qərar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-3445/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3445/2021
14.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver