Məhkəmə qərarları › İş №3(001)-345/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-345/2021

08.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-345/2021 08.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Şikayət vermiş şəxs X1 vəkili X2 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin baş leytenantı Elxan Cəfərov tərəfindən tərtib edilən MN ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: X3 Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə şikayət ilə müraciət edərək Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin baş leytenantı Elxan Cəfərov tərəfindən tərtib edilən MN ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X3 şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi rayon Polis idarəsinin 7-ci Polis Bölməsinin baş leytenantı Elxan Cəfərov onun barəsində xx xxxxxx 2020-ci il tarixdə MN № ******* saylı protokol tərtib edərək sms icazə almadığına görə karantin qaydalarının pozduğu üçün 3000 (üç min) manat cərimə olunmağı barədə qərar qəbul etmişdir. Onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun əsasında qəbul edilmiş qərar qanunsuz və əsassızdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən fiziki şəxslər 100 manatdan 200 manatadək, vəzifəli şəxslər 15xx xxxxxxxx 2500 manatadək, hüquqi şəxslər 20xx xxxxxxxx 5000 manatadək qədər cərimə edilir. O vəzifəli şəxs və yaxud da hüquqi şəxs deyildir. Onun barəsində qəbul edilmiş qərar qanunsuzdur. Fiziki şəxslər karantin qaydalarını pozduğuna görə 100 manatdan 200 manatadək cərimə olunduğu halda qərəzli olaraq ona 3000 manat cərimə qərarı qəbul edilmişdir. Göstərilənlərə əsasən barəsində qəbul edilən MN ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətin baxılmasında iştirak etməsi üçün Bakı şəhəri Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə məhkəmənin yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, nümayəndə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, habelə məhkəmə iclasının təxirə salınmasına dair vəsatət verməmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən X1 vəkili X4 şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin baş leytenantı Elxan Cəfərov tərəfindən tərtib edilən MN ******* saylı, xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin polis polkovnik-leytenantı Turab Paşayev tərəfindən qəbul edilən MN ******* saylı, xx.xx.2020-ci il tarixli qərardan görünür ki, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 3000 (üç min) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Baks DOST Mərkəzinin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsistemində X1 hal-hazırda qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. İş materiallarında olan arayışdan məlum olur ki, X1 adına olan ********** saylı VÖEN üzrə fəaliyyət xx.xx.2016-cı il tarixdə dayandırılmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, X1 şikayəti təmin edilərək inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş qərarın icrasına xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 111.1-ci maddəsində qeyd olunur ki, inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Azərbaycan Respubliksası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsində qeyd olunur ki, qərarın surəti bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Qəbul edilmiş qərarların qanuniliyini və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayaraq hesab edirəm ki, şikayətin təmin edilməsi haqqında qərar qəbul edilməlidir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda həmin Məcəllənin 135.1.1-ci və 135.1.6-ci maddələrində nəzərdə tutulduğu hallarda qərarın ləğv edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 135.1.1-ci maddəsində qeyd olunur ki, hakimin, sələhiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması halı müəyyən olunduqda inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. http://www.eqanun.az/alpidata/code/data/0/c_c_24.htm Məhkəmə iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, X3 barəsində Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilərkən qanun pozuntularına yol verilmişdir. Belə ki, iş materiallarına olan “AsanPay” ödəniş portalından çıxarışdan görünür ki, X3 MN ******* saylı protokol üzrə 3000 (üç min) manat məbləğində cərimə olunmuşdur. Göründüyü kimi X3 barəsində tərtib edilmiş protokolda 211.1-ci maddəsində vəzifəli şəxlərin dörd min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslərin beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulmuşdur. Lakin “AsanPay” ödəniş portalından çıxarışdan məlum olur ki, X3 3000 (üç min) manat məbləğində cərimə edilmişdir. Halbu ki, İXM-nin 211.1-ci maddəsində 3000 (üç min) manat məbləğində cərimə nəzərdə tutulmamışdır. Bundan başqa iş materiallarından görünür ki, X1 hal-hazırda qüvvədə olan əmək müqaviləsi yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X1 şikayəti əsaslı olduğundan təmin edilərək Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin baş leytenantı Elxan Cəfərov tərəfindən tərtib edilən MN ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-131, 133-136-cı maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: Şikayət təmin edilsin. X1 inzibati məsuliyyətə cəlb olunmasına dair Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin baş leytenantı Elxan Cəfərov tərəfindən tərtib edilən MN ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar