Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3456/2022 14.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, X2 iclas katibliyi, Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru X3, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili Vəkil iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Binəqədi rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsi (icra məmuru X5) tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Şəxs inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokola baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İnzibati xəta haqqında xx.xx.2022-ci il tarixli, MN ******* saylı protokola əsasən məlum olur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-866/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, ev 1 B, 52 saylı mənzildə özbaşına çəkilmiş daxili və xarici qaz xəttlərinin ləğv edilməsi, qaz xəttlərinin bərpası vəzifəsinin onun üzərinə qoyulması qət edilmişdir. İcra məmuru bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 866/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən xx.xx.2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul etmiş, eyni tarixli tələbin könüllü icra olunması barədə bildiriş borcluya ünvanlanmışdır. Tələbin qaz xəttinin bərpası hissəsində icrası təmin edilməmişdir. Şəxs qaz xəttinin quraşdırılması özbaşına həyata keçirə bilməyəcəyini bunun təhlükəli olduğunu bildirmişdir. Bu səbəbdən barəsində protokol tərtib olunmuşdur. Məhkəmənin barəsində protokol tərtib edilmiş şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) bildirdi ki, icra sənədindən məlumatı olmuşdur. Məhkəmə qərarına əsasən xarici və daxili qaz xəttlərini ləğv etdiyini, lakin daxili qaz xəttlərinin bərpasının mümkün olmadığını göstərmişdir. O bildirmişdir ki, daxili qaz xətlərinin çəkilməsi təhlükəli texniki proses olduğundan onun çəkilməsində köməklik edilməsi üçün “Azəriqaz” İB-nə dəfələrlə müraciət etməsinə baxmayaraq həmin idarənin əməkdaşlarının ona bu barədə kömək etmədiyini, məhkəmənin onların üzərinə belə bir öhdəlik qoymadığını bildirdiklərini qeyd etmişdir. Həmçinin o qeyd etmişdir ki, məhkəmə qərarl qəbul edilərkən məlumatı olmamış, həmin qərarda mövcud layihəyə uyğun bərpa göstərilsə də əslində layihənin mövcud olmadığını bildirmişdir. Göstərilənlərə əsasən baxılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili bildirdi ki, icra məmuru borclunun qərəzli olaraq tələbin təmin edilməsindən yayınmasını sübut edə bilmir. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar qüvvəyə minmiş məhkəmə qərarında göstərilən mövcud layihənin olmadığını, məhkəmə qərarının icrasını tələb etdiyini, uzun müddət davam edən icra prosesindən yorulduğunu, ədalətli qərar qəbul edilməsi və məhkəmə qərarının icrasına kömək edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Binəqədi rayon icra şöbəsinin icraçıları borclunun iştirakı ilə ünvan 1 ünvanında olmuş və həmin mənzilə daxil olan qaz xəttinin qaz sayğacından ayrıldığını, mənzildə qazdan istifadə edilmədiyini müəyyən etmişdirlər. xx.xx.2022-ci il tarixli aktdan görünür ki, icra məmuru, Biəqədi RPİ-nin 5-ci PB-nin sahə rəisi, tələbkar məhkəmə qərarının icrası ilə əlaqədar Bakı Regional Qaz İstismar Departamentinin mütəxəssisi gəlmədiyindən qərarın icrasını təmin etmək mümkün olmamadığını aktlaşdıraraq imzalamaqla təsdiq etmişdirlər. xx.xx.2022-ci il tarixli xx/xx-80331/20 nömrəli məktubdan görünür ki, Binəqədi rayon İcra şöbəsinin rəisi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarət Xidməti İ ərazi X6 İdarəsinin rəisi daxili xidmət polkovnik-leytenantı Rauf Qurbanova müraciət edərək özbaşına çəkilmiş daxili və xarici qaz xəttlərinin ləğv edilməsi, qaz xəttlərinin mövcud layihəyə uyğun şəkildə bərpa edilməsi ilə əlaqədar icra yerində öz səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməyi xahiş etmiş, əks halda vətəndaşların həyatı üçün təhlükəmənbəyinə çevriləcəyini qeyd etmişdir. xx.xx.2022-ci il tarixli xx/xx-80331/20 saylı məktubdan görünür ki, Binəqədi rayon İcra şöbəsinin rəisi Bakı Regional Qaz İstismarı Departamentinin rəisinə müraciət edərək özbaşına çəkilmiş daxili və xarici qaz xəttlərinin ləğv edilməsi, qaz xəttlərinin mövcud layihəyə uyğun şəkildə bərpa edilməsi ilə əlaqədar icra yerində öz səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməyi xahiş etmiş, əks halda vətəndaşların həyatı üçün təhlükəmənbəyinə çevriləcəyini qeyd etmişdir. xx.xx.2022-ci il tarixli xx/xx-80331-20 saylı məktubdan görünür ki, Binəqədi rayon İcra şöbəsinin rəisi Bakı Regional Qaz İstismarı Departamentinin rəisinə eyni məzmunlu müraciət edərək özbaşına çəkilmiş daxili və xarici qaz xəttlərinin ləğv edilməsi, qaz xəttlərinin mövcud layihəyə uyğun şəkildə bərpa edilməsi ilə əlaqədar icra yerində öz səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməyi xahiş etmiş, əks halda vətəndaşların həyatı üçün təhlükəmənbəyinə çevriləcəyini qeyd etmişdir. xx.xx.2022-ci il tarixli Bakı Regional Qaz İstismar Departamentinin rəisi tərəfindən imzalanmış Binəqədi rayon İcra şöbəsinə xx.xx.2022-ci il tarixdə daxil olmuş məktubdan görünür ki,Binəqədi rayonu, 8-ci mkr, S.S.Axundov küçəsi ev 1B, 52 saylı mənzilin qaz təchizatı dayandırılmışdır və mənzildəki qaz xəttlərinin ləğv edilməsi və bu kimi məsələlərin icrasına dair mövcud qanunvericilikdə “Azəriqaz” İB-nə münasibətdə birbaşa göstəriş öhdəlik və ya hər hansı tələb olmadığına görə işin icrası səlahiyyətləri xaricindədir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarət Xidməti İ ərazi X6 İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, özbaşına çəkilmiş daxili və xarici qaz xəttlərinin ləğv edilməsi, qaz xəttlərinin mövcud layihəyə uyğun şəkildə bərpa edilməsi ilə əlaqədar “Azəriqaz” İB-nə xx.xx.2022-ci il tarixli, xx/xx-02132 saylı və Binəqədi Rayon Mənzi-Kommunal Təsərrüfat Birliyinə xx.xx.2022-ci il tarixli, xx/xx-02133 saylı məktublar ünvanlanmışdır. Borclu Şəxs xx.xx.2022-ci il tarixli izahatından görünür ki, mübahisəli mənzilə qaz təchizatı dayandırılmışdır lakin qaz xəttlərinin layihəyə uyğun bərpasını qaz təchizatı idarəsinin mütəxəssisləri olmadan təhlükəlidir.Qüvvəyə minmiş məhkəmə qərarı qəbul edilərkən məhkəmə iclasında iştirak etmədiyini, sözü gedən qərardan məlumatı olmadığını bildirmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, "borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması" məhkəmə aktının qərəzli icra edilməməsinin mütləq əlamətidir (bütün əlamətlərin mövcudluğunu da təbii, borclu deyil, onu ittiham edən sübut etməlidir). Hətta, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” 2014-cü il 18 dekabr tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyi təkrarlayaraq bir daha qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs tərəfindən mübahisəli mənzilə qaz xəttlərinin bərpa etmək obyektiv səbəblərdən mümkün olmamışdır. Belə ki məhkəmə araşdırması zamanı tərəflərin verdiyi izahatlardan məhkəmə qərarının nəticə hissəsində “mövcud layihəyə uyğun bərpa edilməsi” qeyd edilsə də əslində qərarın icrasını təmin edə bilmək üçün hər hansı bir layihənin mövcud olmadığı müəyyən edilmişdir. Bu halın özü məhkəmə qərarının icrasını mümkünsüz hala çevirmişdir. Məhkəmə qeyd edir ki, Qazdan istifadə qaydalarının 2.1-ci bəndinin tələbinə əsasən yalnız tikintisi və ya yenidən qurulması nəzərdə tutulan, habelə qaz təchizatı sxemi dəyişdirilən qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması üçün qaz paylayıcından texniki şərtlər alınmalıdır. İstehlakçıların qaz təchizatı üçün texniki şərtlərin verilməsi və qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qaydası Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Texniki şərt - tikinti obyektlərinin qaz təchizatı üçün layihələndirilməsinə əsas olan və qazın verilməsi ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənəddir. Həmin Qaydaların 2..2-ci bəndinə görə müvafiq qaydada razılaşdırılmış layihəyə uyğun tikintisi başa çatdırılmış sənaye qaz qurğularının istismara qəbulu və qaz şəbəkəsinə qoşulması tikinti-quraşdırma işlərini aparmış təşkilatın, qaz paylayıcısının, FHN-in və EN-in səlahiyyətli nümayəndələrindən ibarət işçi komissiyası tərəfindən qanunvericiliyə uyğun olaraq həyata keçirilir və aktla rəsmiləşdirilir. İstehlakçının məişət qaz qurğusu həmin qurğunun yerləşdiyi tikinti obyektində qaz ekspertləri və ya qaz paylayıcısının mütəxəssisi tərəfindən sınaqdan keçirildikdən sonra qazpaylayıcı şəbəkəyə qoşulur. Sınağın keçirilməsinə görə ödəniş tələb olunmur. Tikinti obyektlərinin (o cümlədən, yaşayış binalarının mənzillərinin) qaz qurğuları yalnız qaz xətlərinə tam həcmdə qoşulduqdan, sayğaclar və detektorlarla təchiz edildikdən sonra istismara qəbul üçün təqdim edilə bilərlər. Qaydaların 3.2-ci bəndinə görə qazdan istifadə edən istehlakçılar qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etməli, yalnız xüsusi razılığı (lisenziyası) olan təşkilatla və ya qaz paylayıcısı ilə bağlanılmış müqavilə əsasında yaşayış sahəsində qaz qurğularının təmirini və onlara texniki xidmət göstərilməsi vəzifəsini yerinə yetirməlidirlər. Qaydaların 3.4-cü bəndinə görə özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq, qaz qurğusunun quraşdırıldığı yerin quruluşunu (planını) müvafiq razılaşma olmadan dəyişdirmək qadağandır. Yuxarıda qeyd edilən normaların tələbindən də göründüyü kimi müvafiq qaz paylayıcı orqanın razılığı ilə texniki şərtə (layihəy) uyğun qaydada qaz xəttinin çəkilişi aparılmalıdır. Əks təqdirdə istehlakçı tərəfindən qaz xəttinin çəkilməsi ilə əlaqədar aparılan bütün əməliyyatlar özbaşına və qanunazidd fəaliyyət hesab edilir. Odur ki, məhkəmə iş materialalrını araşdıraraq hesab edir ki, qüvvəyə minmiş məhkəmə qərarında qeyd edilən “mövcud layihə” əsasında o olmadıqda isə müvafiq qazpaylayıcı orqana müraciət etməklə onlar tərəfindən razılaşdırılmış texniki şərtə (layihəyə) uyğun olaraq məhkəmə qərarı icra olunmalıdır. Sözü gedən şəraitdə nə məhkəmə qərarında qeyd edilmiş “mövcud layihə” və ya sonradan razılaşdırılmış layihə mövcud olmadığı şəraitdə məhkəmə qərarının icra edilməsi mümkün deyildir. Çünki Şəxs tərəfindən mənzilə qaz xəttinin texniki layihə olmadan çəkilməsi nəinki özbaşına qaz xəttinin çəkilərək qayda pozuntusu kimi qiymətləndirilə, həmçinin həmin bina sakinlərinin həyatını təhlükə altına ala bilər. Qeyd olunan hallara istinad edərək, bir daha bu nətəcəyə gəlinir ki, Şəxs əməlində hər hansı inzibati xətanın tərkibi mövcud deyildir. O məhkəmə qərarının icrasından qərəzli olaraq yayınmamış və icra sənədini aldığı gündən könüllü icra müddəti ərzində təmin etməyə çalışmışdır. Halbuki, Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirərək, aşağıdakılara əsasən hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Beləliklə, məhkəməyə daxil olmuş protokol və əlavə edilmiş materiallardan, icra işi materiallarından, tərəflərin izahatlarından borclu Şəxs hər hansı konkret təqsirli hərəkət və ya hərəkətsizliyinin nəticəsi olması, bununla da qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməlin (hərəkət və ya hərəkətsizlik), yəni inzibati xətanın törədilməsi müəyyən edilmir. İXM-nin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. Qeyd edilənlərə əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin əlamətləri mövcud deyildir. Müdafiəçi Vəkil təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclasında iştirak edərək inzibati xəta törətmiş şəxsin hüquqlarının müdafiəsinə 5 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 61.1.5-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işinə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək hüququ vardır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 202 saylı 03 may 2018-ci il tarixli qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat müəyyən edilmişdir. Məhkəmə işin həcmini nəzərə alaraq hesab edir ki, Vəkil müdafiəçi qismində məhkəmə iclasında iştirak edərək ümumilikdə inzibati xəta törətmiş şəxsin hüquqlarının müdafiəsinə 5 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs göstərdiyi 5 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 30 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Qeyd olunanlara əsasən inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs göstərdiyi 5 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 30 (otuz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №3(001)-3456/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3456/2022
14.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver