Məhkəmə qərarları › İş №3(001)-3457/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-3457/2023

30.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-3457/2023 30.08.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızı, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə toplanmış materialı məhkəmə iclasında baxılmağa hazırlayarkən müəyyən etdim: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi Rayon İcra şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. İş materialları təhlil olunarkən müəyyən etdim ki, işə mahiyyəti üzrə baxılması üçün işdə olan sənədlər tam şəkildə toplanmamışdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 432/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən X2 və Şəxs birgə nikah dövründə əldə etdikləri, Şəxs adına rəsmiləşdirilmiş əmlaklar- “QAZ 3102” markalı, 1992-ci il buraxılışlı, ** HL *** dövlət qeydiyyat nişanlı, “QAZ 24” markalı, 1984-cü il buraxılışlı, ** FV *** dövlət qeydiyyat nişanlı avtomobillər, “Z-Bərəkət MMC-dəki 100% təsisçilik payı iddiaçı X2 və cavabdeh Şəxs arasında payları bərabər olmaqla bölünməsi və onların hər birinin payı ½ (ikidə bir) hissədə müəyyən edilməsi göstərilmişdir. İnzibati xəta haqqında iş materialları nəzərdən keçirilərkən müəyyən olunmuşdur ki, icra vərəqi üzrə borclu Şəxs icra vərəqinin icra edilməsi ilə bağlı heç bir rəsmi xəbərdarlıq edilməmiş, icraata başlama haqqında xx.xx.2023-cü il tarixli qərarın və tələbin könüllü icrası barədə xx.xx.2023-cü il tarixli bildiriş Şəxs rəsmi qaydada verilməmiş, icra məmuru Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etməzdən öncə onun izahatının alınması ilə kifayətlənmişdir. Həmçinin, icra məmuru tərəfindən icra sənədinin icra olunmamağı ilə bağlı digər hər hansı məcburi icra tədbiri həyata keçirilməmiş, borclunun ölkədən giriş-çıxışına məhdudiyyət qoyulmamış, izahatı alınmış və barəsində birbaşa olaraq inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan əlavə, MN ******* nömrəli inzibati xəta protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxin ad, soyad, şəxsiyyətini təsdiq edən sənədin fərdi identifikasiyan nömrəsi qeyd olunmasına baxmayaraq, protokolun tarixi göstərilməmişdir. Bundan əlavə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək, inzibati məsuliyyətə cəlb edilməsinə əsas olan zərərçəkmiş şəxs X1 yazılı ərizəsi isə iş materiallarında mövcud deyildir. Bundan başqa, xx.xx.2023-cü il tarixli “Borclunun əmlakının axtarılması haqqında” qərardan görünür ki, qərarın surəti icra olunması üçün dərhal AR DİN BDYPİ-yə göndərilməsi qərara alınmışdır. Lakin qərarın icra olunub-olunmaması barədə məlumat əldə olunmadan borclunun barəsində axtarış elan olunmuş və inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göründüyü kimi, tələbkarın borclunun inzibati məsuliyyətə cəlb edilməsinə dair yazılı ərizəsinin olmamasına, icra məmuru tərəfindən borclu barəsində məcburi icra tədbirləri görülməməsinə baxmayaraq, icra məmuru tərəfindən borclu barəsində əsassız olaraq AR İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İXM-in 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İXM-in 106.0.5-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanması məsələsini həll edir. İXM-in 109.1.7-ci maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Beləliklə, hesab edirəm ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Binəqədi Rayon İcra şöbəsinə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 109-cu maddəsini rəhbər tutaraq, qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Binəqədi Rayon İcra şöbəsinə geri qaytarılsın. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar