Məhkəmə qərarları › İş №3(001)-3462/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3462/2023

01.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3462/2023 01.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Tural Ural oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs, Protokolu tərtib etmiş orqan Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru, X2 iştirakı ilə, xx.xx.1987-ci il tarixdə doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, orta təhdsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2şayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru X5 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru, X5 icra sənədi üzrə borclu Şəxs İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə xx.xx.2023-cü il tarixli, MN ******* saylı protokol tərtib edərək baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə təqdim etmişdir. Tərtib edilmiş inzibati protokoldan və icra işindən görünür ki, Qaradağ Rayon Məhkəməsinin 16(002)-67/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 04 avqust 2023-cü il tarixdən başlayaraq 04 sentyabr 2023-cü il tarixədək, xx.xx.2013-cü il təvəllüdlü X1 üçün hər ay 220 manat məbləğində müvəqqəti aliment cavabdeh Şəxs tutularaq iddiaçı X3 ödənilməlidir. Məhkəmə iclasında çıxış edən Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru, X5 izahatında bildirdi ki, Qaradağ Rayon Məhkəməsinin 16(002)-67/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 04 avqust 2023-cü il tarixdən başlayaraq 04 sentyabr 2023-cü il tarixədək, xx.xx.2013-cü il təvəllüdlü X1 üçün hər ay 220 manat məbləğində müvəqqəti aliment cavabdeh Şəxs tutularaq iddiaçı X3 ödənilməlidir.Lakin borcluya icra sənədinin icrası ilə bağlı müvafiq qaydada xəbərdarlıq edilməsinə baxmayaraq icra sənədinin icrasını təmin etməmişdir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, 220 aliment borcunu ödəmişdir və ona görə də barəsində iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq tələbkar X6 məhkəmə iclasına gəlməmişdir.Buna görə də, məhkəmə tələbkarın iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə (borclunun) barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və icra məmuruni dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tələbinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunun müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi məsuliyyət yaradır və fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə pozuntunu törədənin şəxsiyyəti nəzərə alınaraq bir ayadək inzibati həbs tətbiq olunur. İXM-nin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, icra sənədi üzürsüz səbəbdən icra olunmamış, icra sənədinin icra edilməməsində Şəxs təqsiri sübuta yetirilmişdir. Lakin iş materiallarında görünür ki, Şəxs tərəfindən artıq aliment borcu ödənilmiş və onun borcu qalmamışdır. Azərbaycan Respublikası 528.1-ci maddəsinin qeyd hissəsində görə bu Məcəllənin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 528.1-ci maddəsinin qeyd hissəsinə əsasən xitam verilməli və o, məsuliyyətdən azad edilməlidir.Belə ki, iş materiallarından aydın olur ki, Şəxs tərəfindən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16(002)-67/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi tam icra edilmişdir.Bununla da, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 40, 43, 48-51, 53, 110, 114-117, 128-130-cu; 528.1-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Bakı şəhər Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar