Məhkəmə qərarları › İş №3(001)-3464/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3464/2021

21.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3464/2021 21.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, şikayət vermiş şəxs X4 iştirakı ilə, X4 inzibati tənbeh edilməsinə dair Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı PB tərəfindən qəbul edilmiş 20.01.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Nərimanov Rayon Məhkəməsindən X4 inzibati tənbeh edilməsinə dair Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı PB tərəfindən qəbul edilmiş 20.01.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayəti daxil olmuşdur. X7 məhkəməyə müraciət edərək, barəsində Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı PB tərəfindən qəbul edilmiş 20.01.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. Şikayət onunla əsaslandırılmışdır ki, 20.01.2021-ci il tarixli Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin əməkdaşı Hidayətzadə Vüsal tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən MN № ******* saylı protokol tərtib edilmiş, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin rəisi X8 həmin protokol əsasında 20.01.2021-ci il tarixli, Seriya MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş və o, 100 manat məbləğində cərimə olunmuşdur. Qeyd edilməlidir ki, barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən MN № ******* saylı protokol tərtib edilməsindən və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin rəisi X8 həmin protokol əsasında 20.01.2021-ci il tarixli, Seriya MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsindən məlumatı olmamışdır. 20.09.2021-ci il tarixdə Bakı şəhər Nərimanov rayon İcra şöbəsinin icra böyük icra məmuru X3 tərəfindən Bakı şəhər Nərimanov rayon İcra şöbəsinə dəvət edilmiş, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin rəisi X8 tərəfindən 20.01.2021-ci il tarixli, Seriya MN № ******* saylı inzibati tənbeh vermə haqqında qəbul edilmiş qərar və MN № ******* saylı protokol ona rəsmi olaraq təqdim edilmişdir. Barəsində tərtib edilmiş MN № ******* saylı protokol və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin rəisi X5 həmin protokol əsasında qəbul etdiyi 20.01.2021-ci il tarixli, Seriya MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassız olduğu üçün ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməlidir. Belə ki, 20.01.2021-ci il tarixdə səhər saatlarında o, Bakı şəhəri Xocəsən qəsəbəsində avtobus dayanacağında dayanmış, həmin gün hava soyuq olduğu üçün başında papaq, üzündə isə maska olmuşdur. Bu zaman adını bilmədiyi polis əməkdaşı maşını saxlayıb onu yanına çağırmış və ondan adını soruşmuşdur. O, özünü təqdim etmiş və həmin polis əməkdaşından nə baş verdiyini soruşmuş, polis əməkdaşı isə bildirmişdir ki, guya xarici görkəmi şübhə doğurub və elə hesab edib ki, axtarışda olan şəxsdir. Həmin polis əməkdaşı ona heç bir söz demədən çıxıb getmişdir. Polis əməkdaşının maskası olmamış, onun isə ağzında maska olmuşdur. Həmin gün və ondan sonrakı gün heç bir polis əməkdaşı onun barəsində inzibati protokol tərtib etməmişdir. 20.09.2021-ci il tarixdə Bakı şəhər Nərimanov rayon İcra şöbəsi tərəfindən barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən MN № ******* saylı protokol və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin rəisi X8 həmin protokol əsasında 20.01.2021-ci il tarixli, Seriya MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar təqdim edilmiş və o, buna çox təəccübləmişdir. Belə ki, o, 20.01.2021-ci il tarixdə heç bir inzibati xəta törətməmiş, eləcə də barəsində olan MN № ******* saylı protokolda onun heç bir imzası və qeydi olmamışdır. Ona polis əməkdaşı tərəfindən protokolun surəti verilməmiş, protokolda imzası və imzalamaması barədə qeydi olmamışdır. Bundan başqa protokolda izahatı ilə bağlı heç bir qeyd aparılmamışdır. İşin hallarından görünür ki, heç bir inzibati xəta hadisəsi baş verməmiş, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamamış səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməmişdir. Məhkəmə iclasında X7 şikayətin məzmununa uyğun çıxış edib əlavə olaraq bildirmişdir ki, əsas şikayəti polis tərəfindən ona barəsində icraat aparılacağı barədə məlumat verilməməsidir. Hesab edir ki, barəsində aparılan inzibati xəta haqqında icraat üzrə onun heç bir təqsiri olmadığından saxta icraat aparılmış və bu səbəbdən ona məlumat verilməmişdir. Bu isə onu göstərir ki, onun hüquqları pozulur və özünü müdafiəsi üçün şərait yaradılmayaraq həm əsassız, həm də haqsız yerə cərimələnmiş olur. Ona görə də, məhkəmədən Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı PB tərəfindən qəbul edilmiş 20.01.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: 20.01.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X1 qaydalarını pozaraq tibbi maskadan istifadə etmədiyinə görə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. 20.01.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə təqsirli bilinib, 100 manat məbləğində inzibati cərimə olunmuşdur. Məhkəmə, şikayəti və iş materiallarını tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq hesab edir ki, X7 barəsində Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı PB tərəfindən qəbul edilmiş 20.01.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün onu qəbul etmiş orqana qaytarılmalıdır. Belə ki, iş materiallarından müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı PB tərəfindən baş vermiş hadisə üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır ki, bu da məhkəmədə işə baxılarkən X4 qeyd olunan inzibati xətanı törətməsinə şübhə yaradır. X2 şikayətində heç bir inzibati xəta törətmədiyini, polis əməkdaşının ona yaxınlaşıb guya şübhəli olması ilə əlaqədar ad soyadını soruşduğunu və ona heç bir məlumat verilmədən barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanaraq cərimə olunmasını göstərmişdir. Qeyd olunmalıdır ki, iş üzrə aparılan məhkəmə araşdırması zamanı şikayətdə göstərilənlər X7 barəsində aparılmış inzibati araşdırmanın ziddiyyətli olmasına dəlalət edir. Habelə müəyyən olunur ki, iş üzrə şəxsin təqsirli olmasına dəlalət edə biləcək sübut və əsas göstərilmədən, eləcə də ona barəsində icraat aparılacağı haqqında məlumat verilmədən, inzibati xəta haqqında aparılan araşdırmada iştirak edərək müvafiq sübutların təqdim edilməsi və araşdırmanın obyektiv aparılması məqsədi ilə şəxsin icraatda iştirak etməsi və müvafiq sübutu varsa təqdim etməsi üçün şərait yaradılmadan X7 barəsində natamam araşdırma aparmaqla inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Səlahiyyətli orqan tərəfindən isə qeyd olunan xüsusatlar üzrə qanunvericiliyin tələblərinə uyğun araşdırmanın aparılmamış olması və araşdırma zamanı şəxsin hüquqlarının təmin edilməməsi, eləcə də X4 izahatında göstərdiyi dəlilər məhkəmədə sonuncunun əməlində sözügedən inzibati xətanın tərkib əlamətlərinin olmasına şübhə yaradır. Bununla yanaşı, qeyd edilməlidir ki, iş üzrə toplanmış zəruri sübutların təqdim edilməsinə dair məhkəmə tərəfindən verilmiş sorğuya Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı PB heç bir cavab verməmiş, üstəlik qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Halbuki, qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Bu isə onu göstərir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X7 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması.. Beləliklə məhkəmə, şikayətçi X4 hüquqlarının tam təmin edilməsi məqsədi ilə hesab edir ki, X7 inzibati tənbeh olunmasına dair Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40cı PB tərəfindən qəbul edilmiş 20.01.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X4 inzibati tənbeh olunmasına dair Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40cı PB tərəfindən qəbul edilmiş 20.01.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün qərar Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı PB-nə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar