Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3464/2022 15.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə inspektrou, polis kapitanı X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, "xxxx" MMC-də icraçı vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2nda yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxıb, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə inspektrou, polis kapitanı X6 bildirmişdir ki, 15 noyabr 2022-ci il tarixdə bölməyə bir nəfər şəxsin Binəqədi rayon Polis İdarəsinin əməliyyat qrupuna köməklik göstərməməsi ilə bağlı məlumat daxil olmuşdur. Məlumatda bildirilmişdir ki, həmin tarixdə Binəqədi rayonu Gəraybəyli küçəsində xidmət aparan Binəqədi rayon Polis İdarəsinin cinayət axtarış şöbəsinin əməkdaşları adı sonradan məlum olan Şəxs özünü şübhəli apardığını görüb ona yaxınlaşaraq özlərini təqdim edib ondan şəxsiyyət vəsiqəsini tələb etmişlər. Şəxs isə polis əməkdaşları ilə kobud danışaraq oradan uzaqlaşmaq istəmiş, lakin buna nail ola bilməmişdir. Sonra isə həmin şəxs Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə dəvət edilmiş və bölmədə onun anket məlumatları müəyyən edildikdən sonra barəsində İXM-in 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, 15 noyabr 2022-ci il tarixdə Binəqədi rayonu Gəraybəyli küçəsində mağazaya girib çıxadıqdan sonra avtomobilinə əyləşmişdir. Avtomobili iş salan zaman mülki geyimdə olan şəxslər avtomobilin ətrafına gəlib ondan düşməsini tələb etmişlər. O isə mülki geyimdə olan şəxslərə kim olduqlarını və ondan nə istədiklərini soruşduqda onlardan biri əlində hansı isə bir vəsiqəni çıxarıb heç onun görməsinə macal vermədən cibinə qoymuş və demişdir ki, “biz polis əməkdaşıyıq avtomobildən düş”. O vəsiqəni görə bilmədiyi üçün onların polis olmadıından ehtiyat edib avtomobildən nə üçün düşməli olmasını və vəsiqəni görə bilmədiyini bildirmişdir. Onlardan biri ona kobud şəkildə özünə hörmət etməsini dedi. Bu zaman o, avtomobildən düşüb, özünü təqdim etdikdən sonra nə istədiklərini soruşduqda həmin şəxs ona polis bölməsinə getməyi tələb etdi. O da nə olduğunu başa düşmək üçün razılıq verdi və onların avtomobiliə tərəf getməyə başladı, lakin onların avtomobilinin də polsi avtomobili olmadığını görüb dayandı və onlardan post patrul çağırmalarını onların avtomobilinə minməyəcəyini bildirdi. Həmin şəxslər onunla kobud danışmağa başladıqda dərhal DİN-nin 102 xidmətinə zəng edib məsələ barədə qısa danışdı, lakin həmin şəxslər adlarını və hansı idarənin polis əməkdaşları olduqlarını demədiyindən 102 xidmətinə bu barədə ətraflı məlumat verə bilmədir. Xidmət tərəfindən ona məslə ilə bağlı araşdırma aparıb məlumat veriləcəyi bildirildi. Bundan sonra çevik polis əməkdaşı gəldi və ona 5-ci Polis Bölməsinə gedəcəklərini bildirdi və onlar birlikdə ona məxsus avtomobillə bölməyə getdilər. Bölməd həmin şəxslərin Binəqədi rayon Polis İdarəsinin cinayət axtarış şöbəsinin polis əməkdaşları olduqlarını bilsə də, onu nə üçün bölməyə dəvət etdikləri ona məlum olmamışdır. Həmçinin o, polis əməkdaşlarına heç bir kobudluq etməmiş, onların tələblərinə tabesizlik göstərməmişdir. Sadəcə olaraq nə olduğunu başa düşmək üçün onlardan izah istəmiş, lakin polislər ona bölməyə getməli olmasından başqa heç bir məlumat verməmişlər. Məhkəmədən qeyd olunanların nəzərə alınmasını və barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkmə iclasında şahid Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin NMB-nin əməliyyat müvəkkili X4 izahat verərək bildirmişdir ki, 15 noyabr 2022-ci il tarixdə Binəqədi rayon Polis İdarəsinin CAŞ-nin inspektorları X5 və X1 ilə birlikdə Binəqədi rayonu Gəraybəyli küçəsində xidmətdə olan zaman adı sonradan məlum olan Şəxs özünü şübhəli apardığını görüb ona yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin şəxsdən də özünü təqdim etməsi təklif edildikdə sonuncu onlara qarşı kobud cavablar verməyə başlamışdır. Bundan sonra həmin şəxs Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə dəvət edilmiş, lakin sonuncu onların tələbindən yayınmaq məqsədi ilə qaçmağa cəhd göstərmişdir. Onlar isə buna imkan verməyərək həmin şəxsi saxlamış və 5-ci Polis Bölməsinə təhvil vermişlər. Bölmədə saxlanılan şəxsin Şəxs olması müəyyən edilmişdir. Bu barədə bölməyə raport verilmiş və onlara qarşı kobudluq edərək polisi qanuni tələbinə tabe olmaması raportda göstərilmişdir. Məhkəmə iclasında izahatı alınmış şahidlər Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin CAŞ-nin CA üzrə kiçik inspektorları X5 və X1, məhkəmə iclasında izahat vermiş Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin NMB-nin əməliyyat müvəkkili X4 ilə oxşar məzmunda izahat vermişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli, AZA 000545 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 15 noyabr 2022-ci il tarixdə inzibati qaydada tutularaq növbətçi hissəyə təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 15 noyabr 2022-ci il tarixdə polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmayaraq İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatlarını, dinləyib, Şəxs barəsində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Göründüyü kimi qanunverici tərəfindən qeyd olunan normada polis işçisinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Şəxs əməlinə münasibətdə polis işçiləri tərəfindən ictimai qaydanın mühafizə vəzifələrinin nədən ibarət olmasının müəyyən edilməsi mümkün olmamışdır. Çünki Şəxs izahatında ona mülki geyimdə olan polis əməkdaşlarının özlərini təqdim etmədiyini, onun özünü təqdim edərək nə üçün saxlandığını, polis əməkdaşlarının isə onun bu sualina cavab vermədiklərini qeyd etmişdir. Digər tərəfdən Şəxs polisə qarşı kobud cavablar verməsinə dair məhkəmədə alınmış izahatlar və onun polisdən yayınmaq məqsədi ilə qaçmasına dair xüsusatlar tutarlı olmadığından məhkəmədə öz təsdiqini tapmamışdır. Qeyd edilməlidir ki, şəxsin polis bölməsinə dəvət edilməsi ictimai qaydanın mühafizə vəzifəsi kimi qiymətləndirildiyi halda belə şəxsin polis işçilərinin qanuni tələblərinə qəsdən tabe olmaması öz təsdiqini tapmalıdır. Lakin nə iş materiallarında, nə də məhkəmə iclasında Şəxs polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması öz təsdiqini tapmamışdır. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 535.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, eyni zamanda Şəxs məhkəmə iclas zalından azad edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs məhkəmə iclas zalından azad olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Əmirəliyev
Məhkəmə qərarları › İş №3(001)-3464/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3464/2022
15.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver