Məhkəmə qərarları › İş №3(001)-3465/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3465/2024

14.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3465/2024 14.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, Məhkəmə iclas katibi Novruzova Cəmilə Davud qızının katibliyi, Şikayət vermiş şəxs X1 müdafiəçisi və etibarnamə üzrə nümayəndəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Vəkil, AR DİN Bakı şəhəri Baş Polis İdarəsi X9 İdarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 iştirakı ilə, X3 məhkəməyə vəsatətlə müraciət edərək inzibati tənbeh olunmasına dair Bakı şəhər X10 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ/19101348 saylı,xx.xx.2024-cü il tarixli,EQ/19119339 saylı və xx.xx.2024-cü il tarixli,EQ/19117101 saylı protokollardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri DYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ/19101348 nömrəli, xx.xx.2024-cü il tarixli, EQ/19119339 nömrəli və xx.xx.2024-cü il tarixli, EQ/19117101 nömrəli protokollarına əsasən, X3 Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və barəsində hər bir protokola müvafiq olaraq 300 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilib. X3 (BB247818) xx.xx.2024-cü il tarixinədək “X5 A” QSC-nin əməkdaşı olmuşdur. **-PH-*** dövlət qeydiyyat nişanlı , X7 200 markalı nəqliyyat vasitəsi tərəfindən idarə olunmuşdur. Lakin, ona məxsus sürücülük hüquqları məhdudlaşdırılmışdır və xx.xx.2024-cü il tarixində işdən kənarlaşdırılmışdır. Həmin tarixdən etibarən **-PH-*** dövlət qeydiyyat nişanlı , X7 200 markalı nəqliyyat vasitəsi onun idarəetməsində olmamışdır. Şirkət tərəfindən əvəzinə yeni işçi təhkim olunmuşdur. Əvəzinə təhkim olunmuş X4 (AD148813) xx.xx.2024-cü il tarixdən fəaliyyətə başlamış, şirkət tərəfindən ona yol vərəqəsi təqdim olunmuşdur. Lakin şirkət tərəfindən elektron sistemdə **-PH-*** dövlət qeydiyyat nişanlı , X7 200 markalı nəqliyyat vasitəsinə dair idarə hüquqları etibarnamə üzrə hələ də ona məxsus olduğu göstərildiyindən müvafiq cərimə protokolları da onun barəsində tərtib edilmişdir. xx.xx.2024-cü il tarixində “X5 A" QSC tərəfindən DİN Baş X10 İdarəsinə e-müraciət ünvanlanmış, işin halları qeyd edilmiş və barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ/19101348 nömrəli, xx.xx.2024-cü il tarixli,EQ/19119339 nömrəli və 24.01,2024-cü il tarixli, EQ/19117101 nömrəli cərimə protokollarının silinməsi xahiş edilmişdir. Buna baxmayaraq, protokollar aktiv olaraq qalmış və barəmdə dəbbə pulu hesablanmışdır. Həmçinin məhkəmənin diqqətinə çatdırıram ki, inzibati tənbeh növü tətbiq edilərkən, protokol elektron sistem üzərindən həyata keçirilmişdir. Həmin protokollar kağız formasında təqdim edilməmişdir. Protokollar barədə xx.xx.2024-cü il tarixində məlumatım mövcud olmuşdur. Belə ki, mübahisələndirilən protokollar ilə müəyyən olunmuş cərimələr ödənmədiyindən barəsində, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş, İXP6261075, İXP6261064 və İXP6261055 saylı protokollara müvafiq olaraq 180 manat məbləğində dəbbə pulu hesablanmasına dair bildirişlər əldə edilmiş, bundan sonra protokolların mövcudluğu mənə məlum olmuşdur. Bakı şəhəri DYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ/19101348 nömrəli, 24.01,2024-cü il tarixli, EQ/19119339 nömrəli və 24.01,2024-cü il tarixli, EQ/19117101 nömrəli protokolları özü İXM-in tələblərinə cavab vermir. Belə ki, Azərbaycan Respublikası İXM- in 76-cı maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, habelə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Müvafiq halda sübut kimi istifadə edilən məlumatların onun əməlində inzibati xəta tərkibinin olmasını, ümumiyyətlə, inzibati xəta hadisəsinin olmasını istisna edir. Göründüyü kimi protokol qəbul edilərkən Paşayev Emil ümumiyyətlə həmin şirkətdə çalışmamış, sadəcə proses elektron formada həyata keçirildiyindən tətbiq edilən cərimələr onun barəsində tətbiq edilmişdir. Nəqliyyat vasitəsinin faktiki sürücüsünün aydınlaşdırılması məqsədilə QSC-yə hər hansı sorğu ünvanlandırılmamışdır. 26.01,2024-cü il tarixində “X5 A” QSC tərəfindən DİN Baş X10 İdarəsinə ünvanlanmış e-müraciət zamanı işin halları tam və aydın formada izah edilmiş, X3 barəsində tərtib olunmuş, Bakı şəhəri DYPİ-nin 23.01,2024-cü il tarixli, EQ/19101348 nömrəli, 24.01,2024-cü il tarixli, EQ/19119339 nömrəli və 24.01,2024-cü il tarixli, EQ/19117101 nömrəli protokolların ləğv olunması xahiş edilməsi halında, Bakı şəhəri DYPİ-nin səlahiyyətli şəxsi məhz qeyd edilən nöqsanları və faktları əsas götürməklə barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul etməli idi. X3 məhkəmədən xx.xx.2024-cü il tarixli, EQ/19101348 saylı,xx.xx.2024-cü il tarixli,EQ/19119339 saylı və xx.xx.2024-cü il tarixli,EQ/19117101 saylı protokolların ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət vermiş şəxs X1 müdafiəçisi və etibarnamə üzrə nümayəndəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, X1 inzibati tənbeh olunmasına dair DİN BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ/19101348 saylı inzibati xəta haqqında protokolun ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən AR DİN Bakı şəhəri Baş Polis İdarəsi X9 İdarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 izahatında şikayətinin əsassız və qanunsuz olduğundan təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri DYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ/19101348 nömrəli, xx.xx.2024-cü il tarixli, EQ/19119339 nömrəli və xx.xx.2024-cü il tarixli, EQ/19117101 nömrəli protokollarına əsasən, X3 Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və barəsində hər bir protokola müvafiq olaraq 300 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli etibarnamədən görünür ki, “BP Exploration (Caspian Sea) Limited şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi öz xidməti vəzifələri yerinə yetirilməsi ilə əlaqədar,ona məxsus “X7” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etməyi X2 etibar etmişdir. Məhkəmə şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsinə əsasən Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə üç yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. İXM-in 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X3 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın inzibati məsuliyyət müəyyən edən qanunun norması düzgün tətbiq edilməmiş və İXM ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Belə ki, iş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixli, EQ/19101348 saylı protokol tərtib edilən zaman “X7” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi etibarnamə əsasında X4 tərəfindən idarə olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.4-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, DİN BDYPİ əməkdaşı tərəfindən X3 barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ/19101348 saylı protokol ləğv edilməli, qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikası İXM-nin tələblərinə əməl edilməklə əlavə araşdırılması və yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. X1 inzibati tənbeh olunmasına dair DİN BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2024cü il tarixli, EQ/19101348 saylı inzibati xəta haqqında protokol ləğv edilsin. İnzibati xəta haqqında işə yenidən baxılması üçün qərar Binəqədi rayon DYPŞ-yə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar