Məhkəmə qərarları › İş №3(001)-3466/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3466/2022

01.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3466/2022 01.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqova Aynurə Vahid qızının sədrliyi, Hüseynov Xəyal Nemət oğlunun katibliyi ilə, X1 vəkili X6, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri BPİ-nin X20 İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayı yol-patrul xidməti inspektoru X5 iştirakları ilə, Bakı şəhər X20 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X9 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikatət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində Bakı şəhər X20 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə şəxsi istifadəsində olan “Toyota Fortuner” markalı, **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Binəqədi rayonu, Binəqədi şossesi ilə hərəkət edən zaman 344 nömrəli Yol Patrul Xidməti avtomobili tərəfindən saxlanılmış, özünü təqdim etməyən polis əməkdaşı sənədləri yoxlamaq üçün saxladığını bildirmişdir. O, polis əməkdaşından özünü təqdim etməsini xahiş etmiş və yalnız ondan sonra sənədləri verəcəyini bildirmişdir. Polis əməkdaşı onun bu tələbindən qəzəblənərək bildirmişdir ki, avtomobilin dövlət qeydiyyat nişanı standartlara uyğun deyil və buna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.7-ci maddəsi ilə tənbeh olunmalıdır. O etiraz edərək bildirmişdir ki, qeydiyyat nişanının mövcud standartlara uyğun olmaması barədə sübut göstərilsin. Lakin, etirazına məhəl qoyulmadan avtomobili ondan alınaraq cərimə meydançasına aparılmış və bildirilmişdir ki, qeydiyyat nişanları yeniləndikdən sonra Bakı şəhəri X20 İdarəsinə təqdim edib, buraxılış vərəqəsi alıb avtomobili təhvil ala bilər. O, məcbur qalıb Baş X20 İdarəsinə getmiş və 50 manat pul verərək köhnə nömrələri təqdim edərək yenisini almış, sonra Bakı şəhəri X20 İdarəsinə gedərək (5-ci otaq) nömrələri təhvil vermişdir. Bundan sonra ona inzibati xəta haqqında protokol və buraxılış vərəqi təqdim olunmuşdur. Həmin protokoldan yuxarı inzibati orqan olan Bakı şəhəri Baş X20 İdarəsinə xx.xx.2022-ci il tarixdə Daxili İşlər Nazirliyinin rəsmi internet səhifəsi vasitəsilə elektron qaydada şikayət vermişdir. xx.xx.2022-ci il tarixdə Bakı şəhər Baş X20nin Arzuman adlı polis əməkdaşı ona zəng edərək idarənin inzibati binasının 5-ci otağına yaxınlaşmağını tələb etmiş, o xx.xx.2022-ci il tarixdə idarəyə yaxınlaşdıqda ona şikayətinin əsassız olduğunu, məhkəməyə şikayət ərizəsi ilə müraciət edə biləcəyini, ancaq onlar öz qərarlarnı ləğv edə bilməyəcəklərini bildirmişlər. Aşağıdakı əsaslara görə inzibati tənbeh vermə haqqında qərarı qanunsuz və əsassız hesab edir. Belə ki, onun idarə etdiyi avtomobilin dövlət qeydiyyat nişanının mövcud standartlara hansı formada uyğun olmaması göstərilməmişdir. Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 342.7-ci maddəsində qeyd olunmuşdur ki, dövlət qeydiyyat nişanları və ya onlardan birinin olmamasına, saxta və ya mövcud standartlara uyğun olmayan və ya başqa nəqliyyat vasitələrinə verilmiş dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrini idarə etməyə görə 60 manat məbləğində cərimə edilir. AZS ***-**** nömrəli nəqliyyat vasitələri və onların qoşqularının dövlət qeydiyyat nişanlarının Azərbaycan Respublikasının Dövlət Standartında nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının standartları göstərilmişdir və onun avtomobilinin nömrəsi həmin standarta uyğun olmuşdur. Eyni zamanda hər iki dövlət qeydiyyat nişanı avtomobilin üzərində olmuşdur və həmin qeydiyyat nişanları avtomobil alınarkən X20 İdarəsindən əldə edilmişdir ki, onların da saxta olması qeyri mümkündür. Lakin, inzibati xəta haqqında protokolda inzibati xəta tərkibinin əlamətləri, onun həmin xətanı törətməkdə təqsiri göstərilməmişdir. Həmçinin, polis əməkdaşı inzibati xəta haqqında protokol tərtib edərkən qanunun tələblərini pozaraq protokolda inzibati xətanın törədildiyi yeri, vaxtı, xətanın mahiyyətini, onun izahatını, inzibati xətanı aşkar etdiyi xüsusi texniki vasitənin göstəricilərini göstərməmişdirPolis əməkdaşı onun avtomobilini saxlayarkən özünü təqdim etməmiş və onu sənədlərini yoxlamaq üçün saxladığını bildirmişdir. Bununla da o, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Kollegiyasının Yol Patrul Xidməti Haqqında Qərarının 7.7-ci bəndinin və X7 85-ci maddəsinin tələblərini pozmuşdur. xx.xx.2022-ci il tarixdə avtomobilini texniki baxışdan keçmişdir. Bu zaman hər hansı bir pozuntu aşkarlanmamış, avtomobil texniki baxışdan müvəffəqiyyətlə keçmiş və bu barədə ona talon təqdim edilmişdir. Həmin tarixdən 2 ay sonra nömrə nişanında hər hansı bir dəyişikliyin olması isə qeyrimümkündür. Belə olan halda isə inzibati xətanın törədilməsinə dair qərar əsassız olduğu üçün ləğv edilməsi zərurəti yaranmışdır. Məhkəmənin 30 noyabr 2022-ci il tarixli iclasında iştirak edən X1 vəkili X12 şikayətin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsi, barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 30 noyabr 2022-ci il tarixli iclasında şikayət vermiş şəxs X4 vəkili və etibarnamə üzrə nümayəndəsi X3 Mahir İsmayıl oğlu barəsində qəbul edilmiş xx.xx.2022ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 30 noyabr 2022-ci il tarixli iclasında iştirak edən Bakı şəhər BPİ-nin X20 İdarəsinə bilavasitə tabe olan Yol Patrul Xidməti Alayı yol-patrul xidməti inspektoru, polis baş serjantı X10 verilmiş şikayətin dəlillərinə münasibət bildərərək məhkəməyə X1 avtomobilin cərimə meydançasında saxlanılan zaman dölət qeydiyyat nişanlarının çəkildiyi şəkilləri təqdim edərək bildirmişdir ki, həmin fotoşəkillərdən də göründüyü kimi X8 məxsus olan avtomobilin arxa hissəsində quraşdıran dövlət qeydiyyat nişanının əls edildiyi löhvədə təvir edilmiş Azərbaycan bayrağının 2 rəngi tamamilə pozulduğu üçün şəxs barəsində AR İXM-in 342.7 –ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. X9 onun barəsində tərtib edilmiş həmin inzibati xəta haqqında protokolla razılaşmadığı üçün yuxarı səlahiyətli orqana müraciət etmiş, 01 noyabr 2022-ci il tarixdə isə onun tərəfindən verilmiş şikayət əsassız olduğundan X9 barəsində İXM-in 342.7-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati tənbehvərmə haqqında TP5298101 nömrəli inzibati tənbehvermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqındaprotokolu tərtib etmiş Bakı şəhəri BPİ-nin X20 İdarəsinə bilavasitə tabe olan Yol Patrul Xidməti Alayı yol-patrul xidməti inspektoru, polis baş serjantı X10 ona verilən suala cavab olaraq bildirmişdir ki, xx.xx.2022-ci il tarixli İXP4931483 saylı inzibati xəta haqqında bort kompyuter vasitəsi ilə elektron qaydada tərtib edilmişdir, elektron qaydada tərtib edilmiş inzibati xəta haqqında protokola onun hər hansı əlavəni, düzəliş etməsi səlahiyyəti yoxdur, o X2na məxsus nəqliyyat vasitəsini məhz dövlət qeydiyyat nişanının müəyyən olunmuş standartlara cavab vermədiyi üçün saxlamışdır. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati xəta haqqında iş üzrə qərardan verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhər X20 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X9 İXM-in 342.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 60 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə e-müraciət portal çıxarışından görünür ki, X9 Baş Dövlət Yol Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Məhkəmə iclasında Bakı şəhər BPİ-nin X20 İdarəsinə bilavasitə tabe olan Yol Patrul Xidməti Alayı yol-patrul xidməti inspektoru, polis baş serjantı X10 tərəfindən təqdim edilərək inzibati xəta haqqında iş üzrə materiallara əlavə edilmiş “Toyota Fortuner” markalı, **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsində olan dövlət qeydiyyat nişanının çəkilmiş şəkillərindən görünür ki, həmin qeydiyyat nişanının əks edildiyi lövhədə Azərbaycan Bayrğının 2 rəngi tamamilə pozulduğu üçün demək olar ki, görünməz vəziyyətdədir. Beləliklə, məhkəmə iclasında X4 şikayət ərizəsi inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş sənədlərlə qarşılıqlı şəkildə araşdırılaraq müəyyən edildi ki, Bakı şəhər BDYPİ-nin polis kapitanı Arzuman Arzumanlı tərəfindən X4 barəsində İXM-in 342.7ci maddəsində təqsirli bilinməsinə dair qəbul edilmiş TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. Həmin qərarın ləğv edilməsi üçün əsaslar yoxdur. Belə ki, AZS ***-**** nömrəli nəqliyyat vasitələri və onların qoşqularının dövlət qeydiyyat nişanlarının Azərbaycan Respublikasının Dövlət Standartının 3.1-ci bəndinə əsasən plyonkalı işıq qaytaran örtükdə bayrağın milli qrafik təsviri vardır. Dövlət qeydiyyat nişanının üz tərəfindəki qrafik təsvir və vəziyyət aşağıdakı 2-ci şəkilə uyğun olmalıdır. Azərbaycan Respublikasının Dövlət Bayrağı üç eyni ölçüdə olan horizontal zolaqlardan ibarətdir. Yuxarı zolaq – mavi, orta zolaq – qırmızı, aşağı zolaq – yaşıl rəngdədir. Qırmızı zolağın ortasında ağ rəngdə səkkizguşəli ulduzlu aypara təsvir olunub. Bayrağın eninin onun uzunluğuna nisbəti 1:2 təşkil edir. Bayrağın rəng xüsusiyyətləri 4 saylı cədvəldə göstərilib. Göründüyü kimi, Belə ki, AZS ***-**** nömrəli nəqliyyat vasitələri və onların qoşqularının dövlət qeydiyyat nişanlarının Azərbaycan Respublikasının Dövlət Standartının 3.1-ci bəndinə əsasən dövlət qeydiyyat nişanın üzərində həkk olunmuş Azərbaycan bayrağının milli qrafik təsvirinin forması və vəziyyətinə aid olan tələblər göstərilmişdir,həmin tələblərə əsasən dövlət bayrağının üç rəngi horizontal formada əks olunmalıdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş fotoşəkillərdən isə görünür ki, “Toyota Fortuner” markalı, **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsində quraşdırılan dövlət qeydiyyat nişanının əks edildiyi löhvədə Azərbaycan bayrağının qrafik təsvirinə aid tələblər pozulmuşdur, belə ki, bayrağı iki rəngi tamamilə pozulduğu üçün görünməz vəziyyətdədir. Məhkəmə bundan başqa şikayətçinin şikayət ərizəsində göstərdiyi digər dəlillərə münasibət bildirməyi zəruri hesab edir. Belə ki, X2 şikayət ərizəsində onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda İXM-in 342.7-ci maddəsində göstərilən konkret olaraq hansı əsasla inzibati məsuliyytə cəlb edilməsi göstərilməmişdir. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, “Yol Patrul Xidməti” haqqında əsasnamənin “Yol-patrul xidməti haqqında Təlimat”ın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Kollegiyasının 12 may 2017-ci il qərarının 8.2-ci bəndinə əsasən inzibati xəta hadisəsi DYP-nin səlahiyyətli əməkdaşı tərəfindən bilavasitə, o cümlədən xüsusi texniki vasitələrin (foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar istisna olmaqla) köməyi ilə aşkar edildikdə onun törədilməsində təqsirli hesab edilən şəxs barədə protokol və ya qərar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 18 noyabr tarixli 466 nömrəli qərarı ilə təsdiq edilmiş əlavələrə uyğun olaraq sürücülük vəsiqəsi və ya şəxsiyyəti təsdiq edən sənəd əsasında tərtib edilir (çıxarılır). Həmin qərarın 8.4-cü bəndinə əsasən inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə deyil, kağız formasında tərtib edildikdə protokol diyircəkli qələmlə yazılmalıdır. Protokolun korlanması, qrafit qələmlə yazılması, protokolda düzəlişlərin aparılması, başqa şəxslər tərəfindən ona əlavələrin edilməsi qadağandır. İş materiallarından da göründüyü kimi, X2 barəsində inzibati xəta haqqında operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib edilmişdir, belə olduğu halda həmin protokolun forması və orada ks edilən məlumatlar elektron şəkildə vahid bir nümunə əsasında çap olunur. Bundan əlavə X2 şikayətin digər bir dəlili kimi ona məxsus olan “Toyota Fortuner” markalı, **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2022-ci il tarixdə texniki baxışdan keçdiyini, bu zaman hər hansı bir pozuntunun aşkarlanmadığını və ona talon verildiyini göstərmişdir. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, şikayətçinin özünün də bildirdiyi kimi həmin nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdə texniki baxışdan keçmiş, barəsində inzibati xəta haqqında protokol isə xx.xx.2022-ci iltarixdə tərtib edilmişdir ki, həmin müddət ərzində dövlət qeydiyyat nişanının əlks edildiyi lövhədə hansısa bir dəyişikliyin olması istisna edilmir. İXM-in 342.7-ci maddəsinə əsasən dövlət qeydiyyat nişanları və ya onlardan birinin olmamasına, saxta və ya mövcud standartlara uyğun olmayan və ya başqa nəqliyyat vasitələrinə verilmiş dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrini idarə etməyə görə altmış manat məbləğində cərimə edilir. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, X9 barəsində qəbul edilmiş onun İXM-in 342.7-ci maddəsində nəzədə tutulmuş inzibati xətanı törətməsi inzibati xəta haqqında iş üzrə material əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla sübuta yetirildiyindən onun barəsində qəbul edilmiş inzibati tənbehvermə haqqında qərar qanuni və ədalətli hesab olunmalıdır, bundan əlavə məhkəmə iclasında həmin qərarın ləğv edilməsi üçün əsaslar müəyyən edilmədi. Ona görə də, məhkəmə X9 tərəfindən verilmiş şikayətin təmin olunmaması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Bakı şəhər X20 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanuniliyini şübhə altına ala biləcək əsaslar müəyyən edilmədiyindən, X4 həmin qərardan verdiyi şikayət təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhər X20 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X9 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar