Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3467/2022 30.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqova Aynurə Vahid qızının sədrliyi, Hüseynov Xəyal Nemət oğlunun katibliyi, X1, Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol X9 Patrul Xidmətinin baş inspektoru, polis kapitanı X2 iştirakları ilə, Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin polis baş leytenantı Nümayəndə tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X5 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin polis baş leytenantı Nümayəndə tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, xx.xx.2022-ci il tarixdə idarə etdiyi ** VX *** dövlət qeydiyyat nişanlı “Kia Optima” minik markalı avtomobili ilə “White Palace” şadlıq sarayından üzü Binəqədi istiqamətində hərəkətdə olarkən işıqfordan sağa və sonra sola dönərək işıqforun qırmızı işığında dayanmışdır. İşıqforun yaşıl işığı yandıqdan sonra “White Palace” istiqamətinə dönmüş və dönərkən sağını gözləmişdir. Ondan əks istiqamətdə dayanan Yol Patrul Xidmətinin maşını ona və digər avtomobilə “saxla” əmri vermişdir. Daha sonra polis əməkdaşı ona yaxınlaşaraq sənədlərini götürmüş və yol patrul maşınına yaxınlaşmağını tələb etmişdir. O, da öz növbəsində polis əməkdaşından özünü təqdim etməsini tələb etmiş və şəxsi avtomobilini tərk etməyəcəyini bildirmişdir. Polis əmkdaşı öz şəxsi telefonunda qayda pozuntusunu çəkdiyini bildirmiş və əyilərək onun avtomobilində video-qeydiyyatçı olub-olmamasına baxmışdır. O, isə polis əməkdaşından “sizin şəxsi telefonunuzda məni çəkib, cərimə yazmağa icazənizin varmı” deyə soruşmuşdur. Həmçinin, bildirmişdir ki, əgər həqiqətən qayda pozuntusuna yol verilibsə “sms radar” proqramı vasitəsi ilə bundan məlumatı olacaqdır. Polis əməkdaşı isə ona kobud şəkildə “görüntü mənim telefonumda var deyərək” “Samsung” markalı mobil telefonundan ona görüntünü göstərmiş və barəsində inzibati xəta haqqında protokol tərtib edəcəyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X5 şikayətin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsi, barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol X9 Patrul Xidmətinin baş inspektoru, polis kapitanı X3 şikayətin dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, şikayətçi tərəfindən onun barəsində qəbul edilmiş inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsinə dair şikayət ərizəsində göstərilən əsaslar tamamilə əsassızdır. Belə ki, **-VX-*** dövlət qeydiyyat nişanlı “Kia Optima” minik markalı avtomobili idarə edərkən yol nişanlarının tələblərinə riayət edilməməsi, yolayrıcını keçmə qaydalarının pozulmasına görə X4 barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.2ci maddələri ilə inzibati təənbeh vermə haqqında qərar qəbul edilmiş və o, 60 manat məbləğində cərimə edilmişdir. Məhkəməyə təqdim etdiyi video-görüntülərdən də görünür ki, şikayətçi X5 tərəfindən İXM-in 327.1 və 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Göstərilənlərin nəzərə alınmasını və xx.xx.2022-ci il tarixli TP5363067 saylı inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsinə dair verilmiş şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati xəta haqqında iş üzrə qərardan verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin polis baş leytenantı Nümayəndə tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 İXM-in 327.1 və 327.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş və 60 manat məbləğində cərimə olunmuşdur. Beləliklə, məhkəmə iclasında X4 şikayət ərizəsi və inzibati xətanın törədilməsi zamanı qeydə alınmış video-görüntülər inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş sənədlərlə qarşılıqlı şəkildə araşdırılaraq müəyyən edildi ki, inzibati xəta hadisəsi **-VX-*** dövlət qeydiyyat nişanlı, “Kia Optima” minik markalı avtomobili idarə edən X5 tərəfindən Binəqədi rayonu, “White Palace” şadlıq sarayının yaxınlığında baş vermişdir. Məhkəmə iclası zamanı təqdim edilmiş video-görüntülərdən də müşahidə edilmişdir ki, inzibati tənbehvermə haqqında qərarda göstərilmiş İXM-in 327.1 və 327.2-ci maddələrində nəzərdə tutulmuş qayda pozuntuları Elnur Rüstəmov tərəfindən həqiqətən törədilmişdir. İXM-in 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə- qırx manat məbləğində cərimə edilir. İXM-in 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- altmış manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, X4 şikayətdə göstərdiyi xüsusatlar barəsində Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin polis baş leytenantı Nümayəndə tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas olmamaqla yanaşı, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün heç bir hal yoxdur. Ona görə də, məhkəmə X5 tərəfindən verilmiş şikayətin təmin olunmaması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin polis baş leytenantı Nümayəndə tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanuniliyini şübhə altına ala biləcək əsaslar müəyyən edilmədiyindən, X4 həmin qərardan verdiyi şikayət təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin polis baş leytenantı Nümayəndə tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X5 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-3467/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3467/2022
30.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver