Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3469/2024 03.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi, şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 17166386 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X2 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 17166386 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. Şikayət onunla əsaslandırılmışdır ki, texniki şəhadətnamə ilə ona məxsus olan **- OC-*** dövlət qeydiyyat nişanlı, “Mercedes 200D” markalı avtomobili uzun illər öncə hətta adını belə xatırlamadığı şəxsə mülki etibarnamə ilə satmışdır. Lakin həmin şəxs ona məlum olmayan səbəblərdən həmin nəqliyyat vasitəsini özünün və digər hər hansı bir şəxsin mülkiyyətinə keçirməmişdir. Hal-hazırda da, həmin nəqliyyat vasitəsinə görə verilən etibarnamənin müddəti bitmişdir. Həmin etibarnamənin surəti belə onda qalmamışdır. xx.xx.2024-cü il tarixində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-1648/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ona təqdim edildiyi zaman məlum olmuşdur ki, həmin nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyi qənaətinə gəlindiyinə görə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və səlahiyyətli orqan tərəfindən 50 manat cərimə edilmişdir. xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarla təyin olunmuş 50 manat cərimə məbləğinin üzərində 30 manat dəbbə pulu hesablanaraq ümumilikdə cərimə borcu 80 manat təşkil etmişdir. Bundan sonra Binəqədi Rayon Məhkəməsi tərəfindən həmin cərimə ödənilmədiyi üçün heç məhkəməyə dəvət belə olunmadan barəsində İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi qənaətinə gələrək 6 ay müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilmişdir. O, qərarı aldıqdan sonra sözügedən nəqliyyat vasitəsini satdığı şəxsi xatırlamağa və əlaqə yaratmağa çalışsa da heç bir nəticə əldə olunmamışdır. Hətta həmin şəxsin anket məlumatlarını xatırlamaqdan ötrü etibarnamə verdiyi notariat ofisinə getsə belə arxivdə etibarnamə ilə bağlı heç bir məlumat əldə edə bilməmişdir. Bundan sonra Binəqədi RPİ-nin DYPŞ-yə getmiş və ona məlum olmuşdur ki, bu **-OC-*** dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobilə görə tərtib edilmiş protokollardan sadəcə biridir. Belə ki, həmin avtomobil və ya dövlət qeydiyyat nişanı ilə törədilmiş, onun tərəfindən törədildiyi qənaətinə gəlinmiş daha bir çox inzibati xətanın olduğu ona məlum olmuşdur. Həmin inzibati xətalar xx.xx.2021-ci il tarixində, xx.xx.2021-ci il tarixində, xx.xx.2022-ci il tarixində, xx.xx.2022-ci il tarixində, xx.xx.2022-ci il tarixində, xx.xx.2022-ci il tarixində, xx.xx.2022-ci il tarixində, xx.xx.2023-cü il tarixində, xx.xx.2023-cü il tarixində, xx.xx.2023-cü il tarixində, xx.xx.2023-cü il tarixində, xx.xx.2023-cü il tarixində, xx.xx.2023cü il tarixində, xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbehlər, xx.xx.2021-ci il tarixində, xx.xx.2021-ci il tarixində, xx.xx.2022-ci il tarixində, xx.xx.2022-ci il tarixində, xx.xx.2022-ci il tarixində, xx.xx.2023-cü il tarixində, xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsində nəzərdə tutulmuş inzibati tənbehlər və xx.xx.2023-cü il tarixində isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbehdən ibarətdir. Bundan sonra xx.xx.2024-cü il tarixdə DİN-nin BDYPİ-yə getmişdir. Orada, isə ona məlum olmuşdur ki, təxminən 2005-2006-cı illərdə etibarnamə verərək satmış olduğu **-OC-*** dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobilin dövlət qeydiyyat nişanının itməsi ilə başlı BDYPİ-də 15/7959 saylı, xx.xx.2011-ci il tarixli təlimat məktubu mövcuddur. Lakin həmin tarixdən hal-hazırki tarixədək həmin dövlət qeydiyyat nişanın tapılması barədə heç bir hal mövcud deyil. Buradan da, görünür ki, həmin **-OC-*** dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobil texniki şəhadətnamə ilə onun mülkiyyətində qalsa da, həmin nəqliyyat vasitəsinin sözügedən dövlət qeydiyyat nişanı ilə ümumiyyətlə idarə etməyi heç mümkün də deyil. Halbuki, heç həmin nəqliyyat vasitəsinin harada və kimdə, həmçinin də həmin dövlət qeydiyyat nişanının harada və kimdə olduğunu belə bilməmişdir. Hesab edir ki, barəsində İXM-in qeyd edilmiş maddələri ilə tərtib edilmiş protokollar heç bir əsas olmadan tərtib edilmişdir. Belə ki, həmin maddələr də, nəzərdə tutulmuş inzibati xətalar onun tərəfindən törədilməmişdir. Bununla da müəyyən edilir ki, həmin inzibati xəta hadisələrində onun təqsiri yoxdur. Belə ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarət olduğu təqdirdə bu halların heç biri dəqiqləşdirilməmiş və onun törətmədiyi inzibati xətaya görə inzibati tənbehə məruz qalmışdır. Bundan başqa həmin Məcəllənin 75-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, inzibati xəta törətmiş şəxs və inzibati xəta törətməkdə şəxsin təqsiri sübut edilməli olduğu təqdirdə həmin halların heç biri sübuta yetirilməmişdir. Odur ki, DİN Baş X4 İdarəsinin barəmdə inzibati cərimə tətbiq edilməsi barədə xx.xx.2023-cü il tarixli EQ 17166386 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında X2 şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, **-OC- *** dövlət qeydiyyat nişanlı, “Mercedes” markalı avtomobili onun adına qeydiyyata alınsa da həmin nəqliyyat vasitəsini etibarnamə ilə başqa bir şəxsə satmışdır. Hal-hazırda etibarnamənin surəti onda olmadığı üçü həmin şəxsin anket məlumatlarını bilmir. Qeyd edilən avtomobilin onun istifadəsində deyil və həmin avtomobillə törədilmiş inzibati xətalar onun tərəfindən törədilməmişdir. Onun **-OC-*** dövlət qeydiyyat nişanlı, “Mercedes” markalı avtomobillə bağlı verdiyi etibarnamənin müddəti bitsə də avtomobil idarə olunmuş və inzibati xətalar törədilmişdir. Həmin avtomobillə törədilmiş inzibati xətalara görə cərimələr əsassız yerə onun adına yazılmışdır. Ona görə də, məhkəmədən barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 17166386 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 17166386 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 xx.xx.2023-cü il tarixdə saat 00:35-də Z.Bünyadov pr.1-ci km Aşqarlar Universiteti yaxınlığı Koroğlu metrosu ist2 ünvanında “MERCEDES 200D MİNİK” markalı **-OC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini texniki baxışdan keçirmədən idarə etmiş, nəticədə İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 50 manat məbləğində cərimə edilmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş sənədləri şikayətin dəlilləri ilə əlaqəli şəkildə araşdıraraq belə nəticəyə gəlir ki, verilmiş şikayət təmin edilməli və X1 barasində barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə üzrə icraata xitam verilməlidir. Belə ki, X1 mülkiyyətində “MERCEDES 200D MİNİK” markalı, **-OC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini başqa bir şəxs etibarnamə əsasında satmış və həmin nəqliyyat vasitəsi onun istifadəsində olmamışdır. Bu halda X1 xx.xx.2023-cü il tarixdə qeyd edilən avtomobili idarə etməməsi ilə bağlı ərizə və izahatında göstərdiyi xüsusatlar yoxlanılmalıdır. Bundan başqa qeyd edilməlidir ki, qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Halbuki, qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Habelə inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göründüyü kimi, hazırki iş üzrə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxsin inzibati xəta törədilməsinə aidiyyəti və inzibati xətanın törədilməsində təqsiri sübuta yetirilmir. Beləliklə, məhkəmə hesab edir ki, X2 tərəfindən verilmiş şikayət təmin edilməli, Binəqədi Rayon Polis İdarəsi X4 Şöbəsi tərəfindən EQ 17166386 nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 128-130, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Binəqədi Rayon Polis İdarəsi X4 Şöbəsi tərəfindən EQ 17166386 nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və X2 barəsində başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-3469/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3469/2024
03.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver