Məhkəmə qərarları › İş №3(001)-3472/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3472/2021

26.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3472/2021 26.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin nümayəndəsi X1 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 447.0.4-cü maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən Şəxs barəsində İXM-in 447.0.4-cü maddəsi ilə tərtib edilmiş 05.10.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Qeyd olunan inzibati xəta haqqında protokoldan müəyyən edilmişdir ki, Şəxs tərəfindən ölkəyə idxal olunmuş qida məhsullarını qida təhlükəsizliyi sertifikatı olmadan Binəqədi rayonu, Binəqədi şosesi 53 ünvanında yerləşən anbarda 24.08.2021-ci il tarixdə satmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə məlumat verilməsinə baxmayaraq, nümayəndə məhkəməyə gəlməmiş və işə baxılmanın təxirə salınması haqqında məhkəməyə vəsatət verilməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin nümayəndəsi X2 bildirmişdir ki, Şəxs tərəfindən “Lisenziya və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununun 19.11-ci maddəsinə əsasən qanunla nəzərdə tutulmuş məbləğdə dövlət rüsumu ödənilmədiyinə görə 12.08.2020-ci il tarixli, İD********** nömrəli müraciət əsasında idxal olunan yeyinti məhsullarına verilmiş qida təhlükəsizliyi sertifikatı Agentliyin Bakı Regional Bölməsinin 23 iyul 2021-ci il tarixli qərarı ilə ləğv edilmişdir. Bununla bağlı məhsulun istehsalçıya geri qaytarılması və ya anbarda saxlaması barədə məlumatların əldə edilməsi üçün cəmiyyətə 23 iyul 2021-ci il tarixli məktub ünvanlanmışdır. Sertifikatı ləğv olunmuş məhsulların barədə Agentliyin Bakı Regional Bölməsinə 24 avqust 2021-ci il tarixədək məlumat verilməsi qeyd edilsə də, Şəxs tərəfindən bu barədə bölməyə cavab verilməmişdir. Bundan başqa, Şəxs qida məhsullarını saxladığı anbarın ünvanı müəyyən edilmədiyindən bölmə əməkdaşları tərəfindən anbara baxış keçirilməsi mümkün olmamış, habelə cəmiyyətlə əlaqə saxlanmasına baxmayaraq, zənglərə cavab verilməmişdir. Lakin müəyyən edilmişdir ki, cəmiyyət tərəfindən həmin sertifikatsız məhsullar Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi 53 ünvanında yerləşən anbarda satılmışdır. Bu barədə Agentliyin Bakı Regional Bölməsinin əməkdaşları tərəfindən 05 oktyabr 2021-ci il tarixli akt tərtib edilmişdir. Həmin əsasla Şəxs tərəfindən məhsulların sertifikatsız satışının həyata keçirilməsi müəyyən edilmiş və cəmiyyət barəsində İXM-in 447.0.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Ona görə də, məhkəmədən Şəxs barəsində inzibati qaydada tənbeh tədbirinin tətbiq olunmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin 23.07.2021-ci il tarixli, İD********** nömrəli qərarından görünür ki, 12.08.2020-ci il tarixli, İD********** nömrəli müraciət əsasında idxal olunan yeyinti məhsullarına verilmiş qida təhlükəsizliyi sertifikatı ləğv edilmişdir. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin 17.09.2021-ci il tarixli məktubundan görünür ki, Şəxsnə İD********** nömrəli müraciət əsasında idxal olunan yeyinti məhsullarına verilmiş qida təhlükəsizliyi sertifikatının ləğv edilməsi və həmin məhsulların istehsalçıya geri qaytarılması və ya anbarda saxlaması barədə məlumatın Agentliyin Bakı Regional Bölməsinə 24 avqust 2021-ci il tarixədək məlumat verilməməsi səbəbindən cəmiyyətin səlahiyyətli nümayəndəsi 05.10.2021-ci il tarixdə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinə dəvət olunmuşdur. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin 05.10.2021-ci il tarixli aktından görünür ki, Şəxs qida məhsullarını saxladığı anbarın yerləşdiyi ünvan müəyyən edilmədiyindən baxış keçirilməsi mümkün olmamış və cəmiyyətlə telefon vasitəsi ilə əlaqə saxlanılmağa çalışılsa da zənglər cavabsız qalmışdır. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən İXM-in 447.0.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Belə ki, “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə görə, ölkəyə idxal edilən yeyinti məhsulları “Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə” Qaydalarına uyğun olaraq Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən verilmiş qida təhlükəsizliyi sertifikatına malik olmalıdır. Qida təhlükəsizliyi sertifikatı yeyinti məhsullarının minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən olunmuş tələblərə uyğunluğunu müəyyən etmək məqsədilə verilən sənəddir. Məhkəmədə isə tədqiq edilmiş iş materiallarından müəyyən edilmişdir ki, Şəxs tərəfindən yeyinti məhsullarına verilmiş qida təhlükəsizliyi sertifikatı ləğv edilməsinə baxmayaraq, onların satışı həyata keçirilmişdir. İXM-in 447.0.4-cü maddəsinə əsasən İstehlakçıların hüquqlarının pozulmasına, yəni qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, Şəxs İXM-in 447.0.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri məhkəmədə tam sübuta yetirildiyindən, cəmiyyətin inzibati məsuliyyətə cəlb edilməsi qənaətinə gəlmişdir. İXM-in 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs əməlində məsuliyyəti yüngüləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. İXM-in 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-in 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, törədilmiş inzibati xətanın xarakteri, hüquqi şəxsin maliyyə və əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs İXM-in 447.0.4-cü maddəsi ilə təqsirli bilinməli və hüquqi şəxs qismində barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və İXM-in 18, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, hüquqi şəxs qismində 5000 (beş min) manat məbləğində inzibati cərimə olunsun. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar