Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3472/2023 20.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqova Aynurə Vahid qızının sədrliyi, Hüseynov Xəyal Nemət oğlunun katibliyi, X1, Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol X12 Patrul Xidmətinin nümayəndəsi X5 iştirakları ilə, X3 tərəfindən Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin xx.xx.2023cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 tərəfindən Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə etibarnamə əsasında idarə etdiyi **-GL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Binəqədi rayonu ərazisi olan X11, Azadlıq pr 14 ünvanında YPX əməkdaşı onu saxladaraq işıqforun qadağanedici işarəsi verilərkən nəqliyyat vasitəsini idarə etdiyini bildirmişdir. O, ona bildirsə də ki, işıqforun qadağanedici işarəsi söndükdən sonra hərəkət etmişdir. Polis əməkdaşı razılaşmayaraq qeyd etdi ki, hər şey kameraya düşüb. Lakin görüntülərin məhkəməyə təqdim ediləcəyini qeyd etdi. Lakin, sonradan ASANPAY tətbiqi vasitəsilə ilə həmin qərara videogörüntünün əlavə edilmədiyini gördü. Bu isə onu bir daha düşünməyə vadar etdi ki, o, həqiqətən də işıqforun qadağanedici işarəsi söndükdən sonra hərəkət etmişdir. Əlavə olaraq qeyd etmək istərdi ki, o, bununla bağlı Binəqədi rayon Məhkəməsinə şikayət etsə də, hakim (sədrlik edən Vüsal Tağıyev) mübahisələndirilən qərarı şikayətə əlavə edilmədiyi üçün şikayəti geri qaytarmış və qərarına hüquqi əsas kimi məhkəmə aşağıdakıları qeyd etmişdir: inzibati xəta haqqında materialların baxılmağa hazırlanması zamanı iş materialını nəzərdən keçirərək hesab edir ki, X6 tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, X4 inzibati tənbeh edilməsinə dair barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqında protokol əsasında inzibati tənbeh vermə haqqında qərarın qəbul edilib-edilməməsinin miiəyyən edilməsi mümkün deyildir və həmin qərar varsa belə iş materiallarına əlavə olunmamışdır. Qeyd edilməlidir ki, mübahisələndirilən məsələ ilə bağlı ilk növbədə qərarın şikayətə əlavə olunması zəruridir, çünki məhkəmədə baxılan işin predmeti məhz mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərardır. Belə ki, qanunvericilik tərəfindən inzibati xəta haqqında iş üzrə yalnız inzibati tənbeh vermə haqqında qərardan şikayətin verilməsi müəyyən edilmişdir. İlkin olaraq onu qeyd etmək istərdi ki, ümumiyyətlə İXM-də bu kimi inzibati xətalara dair iş üzrə qərarlardan verilən şikayətə şikayətçi tərəfindən qərarın əlavə edilməsi kimi imperativ bir öhdəliyi yoxdur. Məhkəmə iclasında X3 şikayətin dəlillərinə uyğun çıxış edərək şikayətin təmin edilməsini, barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol X12 Patrul Xidmətinin nümayəndəsi X7 şikayətin dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, şikayətçi tərəfindən onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayət ərizəsində göstərilən əsaslar tamamilə əsassızdır. Belə ki, ** GL *** dövlət qeydiyyat nişanlı “Audi A4” minik markalı avtomobili idarə edərkən işıqforun qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə X4 barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və o, 80 manat məbləğində cərimə edilmişdir. Məhkəməyə təqdim edilmiş inzibati xətanın əks edildiyi video görüntüdən də görünür ki, şikayətçi X2 qadağanedici işarəsi verilərkən hərəkəti davam etdirmiş, onun tərəfindən İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Göstərilənlərin nəzərə alınmasını və xx.xx.2023-cü il tarixli İXP ******* saylı inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsinə dair verilmiş şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati xəta haqqında iş üzrə qərardan verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “AsanPay” portal çıxarışından görünür ki, X6 barəsində İXM-in 327.2-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Beləliklə, məhkəmə iclasında X4 şikayət ərizəsi və inzibati xətanın törədilməsi zamanı qeydə alınmış video-görüntü inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş sənədlərlə qarşılıqlı şəkildə araşdırılaraq müəyyən edildi ki, inzibati xəta hadisəsi ** GL *** dövlət qeydiyyat nişanlı “Audi A4” minik markalı avtomobili idarə edən X6 tərəfindən Bakı şəhəri, X13 küçəsi, Azadlıq pr. 14 ünvanında baş vermişdir. Məhkəmə iclası zamanı təqdim edilmiş video görüntülərdən də müşahidə edilmişdir ki, inzibati tənbehvermə haqqında qərarda göstərilmiş İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş qayda pozuntuları X6 tərəfindən həqiqətən törədilmişdir. İXM-in 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- altmış manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, X4 şikayətdə göstərdiyi xüsusatlar barəsində Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas olmamaqla yanaşı, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün heç bir hal yoxdur. Ona görə də, məhkəmə X6 tərəfindən verilmiş şikayətin təmin olunmaması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın qanuniliyini şübhə altına ala biləcək əsaslar müəyyən edilmədiyindən, X4 həmin qərardan verdiyi şikayət təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X6 tərəfindən Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-3472/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3472/2023
20.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver