Məhkəmə qərarları › İş №3(001)-3477/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3477/2024

11.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3477/2024 11.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Şikayət verən X1 iştirakı ilə, X1 xx.xx.2022-ci il tarixli EQ 12095022 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən X2 məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli EQ 12095022 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X2 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixli EQ 12095022 nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən o, Azərbaycan Respublikası İXM-in 339.1-1-ci maddəsilə 50 manat cərimə edilmişdir. Lakin o, “Mercedes 200D minik” markalı 10OC445 dövlət qeydiyyat nişanlı avtomobili idarə etmir, uzun zaman olmuşdur ki, tanımadığı şəxsə etibarnamə əsasında satmışdır. AR DİN BDYP-in xx.xx.2011-ci il tarixli 15/7659 saylı məktubuna əsasən “Mercedes 200D minik” markalı 10OC445 dövlət qeydiyyat nişanlı avtomobil axtarışdadır. Bu vəziyyətdə onun barəsində inzibati tənbeh tətbiq edilməsi yolverilməzdir. Qeyd olunanlara əsasən xx.xx.2022-ci il tarixli EQ 12095022 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qərarından şikayət verilən orqana məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə şikayətə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, xx.xx.2022-ci il tarixli EQ 12095022 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 Azərbaycan Respublikası İXM-in 339.1-1-ci maddəsilə 50 manat cərimə edilmişdir. AR DİN BDYP-in xx.xx.2011-ci il tarixli 15/7659 saylı məktubundan görünür ki, “Mercedes 200D minik” markalı 10OC445 dövlət qeydiyyat nişanlı avtomobil axtarışdadır. Təsvir olunanlar belə bir haqlı nəticəyə gəlməyə əsas verir ki, X2 “Mercedes 200D minik” markalı 10OC445 dövlət qeydiyyat nişanlı avtomobildən istifadə hüququnun verilməsi barədə başqa şəxsə etibarnamə vermiş, həmin şəxs səlahiyyəti bitməsinə baxmayaraq avtomobili idarə edərək yol hərəkəti qaydalarının pozulması ilə bağlı törətdiyi müxtəlif inzibati xətalara görə inzibati tənbeh vermə haqqında qərarlar sözügedən nəqliyyat vasitəsini idarə etməyən X1 adına tərtib edilmişdir. Belə olan halda aydın olur ki, “Mercedes 200D minik” markalı 10OC445 dövlət qeydiyyat nişanlı avtomobili idarə etməyən X1 yol hərəkəti qaydalarını pozub inzibati xəta törətməsi də mümkünsüzdür. Azərbaycan Respublikasının İXM-in: 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. 134.1-ci və 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Təsvir edilənlərə əsasən məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2022-ci il tarixli EQ 12095022 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməli, həmin qərar ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-135-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şikayət təmin edilsin. xx.xx.2022-ci il tarixli EQ 12095022 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana - Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar