Məhkəmə qərarları › İş №3(001)-3480/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3480/2024

16.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3480/2024 16.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Şikayət vermiş şəxs X1 iştirakları ilə, X1 Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş EQ 18186513 nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X2 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş EQ 18186513 nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. Şikayət onunla əsaslandırılmışdır ki, texniki şəhadətnamə ilə ona məxsus olan **- OC-*** dövlət qeydiyyat nişanlı, “Mercedes” markalı avtomobili uzun illər öncə hətta adını belə xatırlamadığı şəxsə mülki etibarnamə ilə satmışdır. Lakin həmin şəxs ona məlum olmayan səbəblərdən həmin nəqliyyat vasitəsini özünün və digər hər hansı bir şəxsin mülkiyyətinə keçirməmişdir. Hal-hazırda da, həmin nəqliyyat vasitəsinə görə verilən etibarnamənin müddəti bitmişdir. Həmin etibarnamənin surəti belə onda qalmamışdır. xx.xx.2024-cü il tarixində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-1648/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ona təqdim edildiyi zaman məlum olmuşdur ki, həmin nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsində nəzərdə tutulmuş xətanı törətdiyi qənaətinə gəlindiyinə görə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və səlahiyyətli orqan tərəfindən 50 manat cərimə edilmişdir. xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarla təyin olunmuş 50 manat cərimə məbləğinin üzərində 30 manat dəbbə pulu hesablanaraq ümumilikdə cərimə borcu 80 manat təşkil etmişdir. Bundan sonra Binəqədi Rayon Məhkəməsi tərəfindən həmin cərimə ödənilmədiyi üçün heç məhkəməyə dəvət belə olunmadan barəsində İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi qənaətinə gələrək 6 ay müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilmişdir. O, qərarı aldıqdan sonra sözügedən nəqliyyat vasitəsini satdığı şəxsi xatırlamağa və əlaqə yaratmağa çalışsa da heç bir nəticə əldə olunmamışdır. Hətta həmin şəxsin anket məlumatlarını xatırlamaqdan ötrü etibarnamə verdiyi notariat ofisinə getsə belə arxivdə etibarnamə ilə bağlı heç bir məlumat əldə edə bilməmişdir. Bundan sonra Binəqədi RPİ-nin DYPŞ-yə getmiş və ona məlum olmuşdur ki, bu **-OC-*** dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobilə görə tərtib edilmiş protokollardan sadəcə biridir. Belə ki, həmin avtomobil və ya dövlət qeydiyyat nişanı ilə törədilmiş, onun tərəfindən törədildiyi qənaətinə gəlinmiş daha bir çox inzibati xətanın olduğu ona məlum olmuşdur. Həmin inzibati xətalar xx.xx.2021-ci il tarixində, xx.xx.2021-ci il tarixində, xx.xx.2022-ci il tarixində, xx.xx.2022-ci il tarixində, xx.xx.2022-ci il tarixində, xx.xx.2022-ci il tarixində, xx.xx.2022-ci il tarixində, xx.xx.2023-cü il tarixində, xx.xx.2023-cü il tarixində, xx.xx.2023-cü il tarixində, xx.xx.2023-cü il tarixində, xx.xx.2023-cü il tarixində, xx.xx.2023cü il tarixində, xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsində nəzərdə tutulmuş inzibati tənbehlər, xx.xx.2021-ci il tarixində, xx.xx.2021-ci il tarixində, xx.xx.2022-ci il tarixində, xx.xx.2022-ci il tarixində, xx.xx.2022-ci il tarixində, xx.xx.2023-cü il tarixində, xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsində nəzərdə tutulmuş inzibati tənbehlər və xx.xx.2023-cü il tarixində isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbehdən ibarətdir. Bundan sonra xx.xx.2024-cü il tarixdə DİN-nin BDYPİ-yə getmişdir. Orada, isə ona məlum olmuşdur ki, təxminən 2005-2006-cı illərdə etibarnamə verərək satmış olduğu **-OC-*** dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobilin dövlət qeydiyyat nişanının itməsi ilə başlı BDYPİ-də 15/7959 saylı, xx.xx.2011-ci il tarixli təlimat məktubu mövcuddur. Lakin həmin tarixdən hal-hazırki tarixədək həmin dövlət qeydiyyat nişanın tapılması barədə heç bir hal mövcud deyil. Buradan da, görünür ki, həmin **-OC-*** dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobil texniki şəhadətnamə ilə onun mülkiyyətində qalsa da, həmin nəqliyyat vasitəsinin sözügedən dövlət qeydiyyat nişanı ilə ümumiyyətlə idarə etməyi heç mümkün də deyil. Halbuki, heç həmin nəqliyyat vasitəsinin harada və kimdə, həmçinin də həmin dövlət qeydiyyat nişanının harada və kimdə olduğunu belə bilməmişdir. Hesab edir ki, barəsində İXM-in qeyd edilmiş maddələri ilə tərtib edilmiş protokollar heç bir əsas olmadan tərtib edilmişdir. Belə ki, həmin maddələr də, nəzərdə tutulmuş inzibati xətalar onun tərəfindən törədilməmişdir. Bununla da müəyyən edilir ki, həmin inzibati xəta hadisələrində onun təqsiri yoxdur. Belə ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarət olduğu təqdirdə bu halların heç biri dəqiqləşdirilməmiş və onun törətmədiyi inzibati xətaya görə inzibati tənbehə məruz qalmışdır. Bundan başqa həmin Məcəllənin 75-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, inzibati xəta törətmiş şəxs və inzibati xəta törətməkdə şəxsin təqsiri sübut edilməli olduğu təqdirdə həmin halların heç biri sübuta yetirilməmişdir. Odur ki, DİN Baş X4 İdarəsinin barəmdə inzibati cərimə tətbiq edilməsi barədə EQ 18186513 nömrəli, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında X2 şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, **-OC- *** dövlət qeydiyyat nişanlı, “Mercedes” markalı avtomobili onun adına qeydiyyata alınsa da həmin nəqliyyat vasitəsini etibarnamə ilə başqa bir şəxsə satmışdır. Hal-hazırda etibarnamənin surəti onda olmadığı üçü həmin şəxsin anket məlumatlarını bilmir. Qeyd edilən avtomobilin onun istifadəsində deyil və həmin avtomobillə törədilmiş inzibati xətalar onun tərəfindən törədilməmişdir. Onun **-OC-*** dövlət qeydiyyat nişanlı, “Mercedes” markalı avtomobillə bağlı verdiyi etibarnamənin müddəti bitsə də avtomobil idarə olunmuş və inzibati xətalar törədilmişdir. Həmin avtomobillə törədilmiş inzibati xətalara görə cərimələr əsassız yerə onun adına yazılmışdır. Ona görə də, məhkəmədən barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş EQ 18186513 nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş EQ 18186513 nömrəli, xx.xx.2023-cü il tarixli nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 xx.xx.2023-cü il tarixdə saat 07:29-da “Nizami rayonu, Ə.Vəliyev küçəsi-Q.Qarayev prospekti kəsişməsi” ünvanında “MERCEDES 200D MİNİK” markalı **-OC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini icbari qaydada sığorta etdirmək üçün sığortaçı ilə sığorta müqaviləsi bağlamadan idarə etmiş, nəticədə İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 50 manat məbləğində cərimə edilmişdir. Məhkəmə, şikayət vermiş şəxsi dinləyib, şikayəti və iş materiallarını tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq hesab edir ki, X1 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş EQ 18186513 nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün onu qəbul etmiş orqana qaytarılmalıdır. Belə ki, X1 mülkiyyətində “MERCEDES 200D MİNİK” markalı, **-OC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini başqa bir şəxs etibarnamə əsasında satmış və həmin nəqliyyat vasitəsi onun istifadəsində olmamışdır. Bu halda X1 xx.xx.2023-cü il tarixdə qeyd edilən avtomobili idarə etməməsi ilə bağlı ərizə və izahatında göstərdiyi xüsusatlar yoxlanılmalıdır. Bundan başqa qeyd edilməlidir ki, iş üzrə tam və hərtərəfli araşdırmanın aparılması məqsədi ilə zəruri sübutların təqdim edilməsinə dair məhkəmə tərəfindən verilmiş sorğuya səlahiyyətli orqan tərəfindən heç bir cavab verilməmiş, üstəlik qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Halbuki, qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Habelə inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Bütün bunlar isə onu göstərir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. Ona görə də, məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X2 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə məhkəmə, şikayət vermiş şəxs X1 hüquqlarının tam təmin edilməsi məqsədi ilə hesab edir ki, X1 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş EQ 18186513 nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş EQ 18186513 nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. İnzibati xəta haqqında işə yenidən baxılması üçün qərar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar