Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3482/2023 28.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, Məhkəmə iclas katibi Novruzova Cəmilə Davud qızının katibliyi, Şikayət vermiş şəxs X3, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, X3 inzibati tənbeh edilməsinə dair Binəqədi rayon DYPŞ tərəfindən xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X6 məhkəməyə müraciət edərək, Binəqədi rayon DYPŞ tərəfindən xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X6 şikayətində göstərmişdir ki, 25 avqust 2023-cü il tarixində müəyyən hadisələrdən sonra yüklədiyi Asan Pay mobil tətbiqinə onun 200 manat məbləğində Binəqədi rayon DYPŞ tərəfindən inzibati tənbeh edilməyi barəsində məlumat gəlmişdir. Bu haqda məlumat almaq üçün Binəqədi rayon DYPŞ getməli oldu. Məlum oldu ki, bu inzibati xəta hansısa şəxsin mənim barəmdə şikayəti əsasında yazılmışdır və bu barədə ondan məcburi şəkildə izahat alınmışdır, izahat verib-verməməyi barədə hüququ olmağını və könüllük əsasında baş verməli olduğu halda, əksinə hədə-qorxu gəlinməsi yolu seçilmişdir ki, izahat verməli olmuşdur. İzahat verməkdə elə bir qəbahət əslində yoxdur, lakin izahat zamanı inspektorun onun boynuna etmədiyi hərəkəti qoymaq halı baş verməsi qanunsuz hərəkətlərinə bəraət qazandırmağın nəticəsi idi, lakin onun boynuna qoymaq istədiyi hərəkətin olmaması və şər qarşısında, mübahisədən qaçmaq üçün digər şəxsi “yola verməyini” bir daha təsdiq etdi. Qaldı ki, baş verməyən hərəkət üzrə üzərimə qoyulmuş qanunsuz inzibati xətanın tarixinə, bu halda protokol və Qərardan da görünür ki. hadisənin guya ki, xx.xx.2023-cü il tarixində baş verməsi göstərilməklə protokol 15 avqust 2023-cü il tarixində tərtib edilmişdir və protokol üzrə Qərar 25 avqust tarixində Qəbul olunmuşdur ki, bu özlüyündə inspektorun şəxsi zəmində qərəzliliyi nəticəsində qanunsuzluqlara yol verməsinin nəticəsidir, belə ki, iyun ayında işdə olduğu zaman telefona cavab verə bilmədiyi üçün atası X4, zəng etmişdir ki, əvvəl atasına onun cinayət törətdiyini və axtarışda olduğunu söyləməsinə görə, atası mənə zəng edib (işdə ancaq yaxın qohumlara cavab vermək icazə verilir) məsələnin ayırd edəndən sonra, yəni onun heç bir cinayət hərəkətli işi olmadığını biləndən sonra təkrar həmən polis nəfərinə zəng edib məsələni dərindən araşdırarkən bəlli olur ki, bu zəng edən yol polis inspektorudur və kimin isə şikayəti əsasında işin araşdırılması üçün onu axtarırmış, lakin bunu yenə hədə-qorxu yolu ilə etdiyinə atası ona qanunun tələbinə əsasən çağırış etməyi bildirməsindən sonra inspektor atasının və onun ünvanına hədə-qorxu gəlməyə başlamışdır ki, bundan sonra atası ona Qanun nəyi tələb edir et deyərək, qeyri-etik davranışdan uzaq olmaq üçün dəstəyi asmışdır. Digər günlərdə o, inspektora onun məsajına cavab olaraq, nə vaxt yaxınlaşa bilməyi barədə sorğu yollasa da, onu qəbul etməkdən uzaq durmuşdur. Ünvana göndərilən məktubun isə zərfindən görünür ki, o xx.xx.2023-cü il tarixində yollanılıb və ona 19 tarixində çatdırılıb ki, mənşəyi olmayan, yəni protokolun olmadığı halda, xəbərdarlıqda inzibati xəta haqqında iş üzrə araşdırma xx.xx.2023-cü il tarixində saat 15.00-da olacaqdır, yəni artıq o zaman burada qərəzli hərəkətlərə “don” geyindirmək cəhdi belə qanunsuzluqlar ilə müşahidə olunurdu. İki ay keçəndən sonra inspektora məlum olur ki, o, həmən ərəfədə sürücülük hüququndan məhrum edilmiş idi və güman ki, bundan sonra “qisas hissi" onu yeni fəaliyyətə keçməyi vadar edir və o qanunsuz Protokol qəbul edir ki, burada tarixi xx.xx.2023-cü ildə guya ki, hansısa qəzanın baş verməsi, onun qəza yerindən yayınmağı və sonrakı əsaslanma isə sürücülük hüququ məhdudlaşdırıldığı halda avtomobili idarə etməyi idi ki, burada sonuncu iddianı qəbul etmək olardı, amma məsələ ondadır ki, əvvəla barəsində Məhkəmənin çıxardığı Məhkəmə Qərarı barədə xəbəri iyun ayının 5-də məlum olmuşdur, yəni həmən günün axşam saat 10 radələrinədək bu barədə xəbəri olmayıb, necə ki, barəsində inzibati xəta üzrə tənbehlərinin olmasından da və məhs həmən 5-i tarixi saat 22-00 radələrində onu Zabrat-Məhəmmədli yolunda saxlayıb bu barədə məlumat verilmiş, avtomobili duracağa salınmışdır ki, iyun ayının 6-sı tarixində bu avtomobil ilə hansısa hadisənin törədilməsi özü-özlüyündə mümkünsüz idi və bu bir daha inspektorun qərəzli şəkildə vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi ilə qanunsuzluqlara yol açması məsələsi durur. Əlində olan bir çox sübutlar, onu şərləmək istəyən həmən şəxs və inspektorla olan Whatsapp yazışmaları artıq müddətin keçməsi ilə əlaqədar silinib, lakin SMS yazışma qalıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə yol nəqliyyat hadisəsi baş vermişdir. O işıqforun qırmızı işığında idarə etdiyi nəqliyyat vasitəsini saxlamış, bu zaman X7 ara məsafəsi gözləməyərək idarə etdiyi nəqliyyat vasitəsi ilə onun nəqliyyat vasitəsinin arxa buferini vurmuşdur. Bir qədər aralıda nəqliyyat vasitəsini saxlamış və aralarında razılığa əsasən yol nəqliyyat hadisəsini törədən Aslan Baloğlanov ona vurduğu ziyanın müqabilində 30 manat ödəməli idi. Məhkəmə iclasında şikayətçi verdiyi izahatında şikayətinin əsaslı və qanuni olduğundan təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsi şikayətin əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Binəqədi rayon DYPŞ-nin tərəfindən xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 xx.xx.2023-cü il tarixdə saat 16:05-də “Chevrolet Cobalt LTZ minik” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6 və 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 200 manat məbləğində cərimə edilmişdir. İşdə olan X7 və X8 izahatlarından görünür ki, yol-nəqliyyat hadisəsi xx.xx.2023-cü il tarixdə baş vermiş, bunun müqabilində xx.xx.2023-cü il tarixli İXP ******* saylı protokol tərtib edilmişdir. Halbuki həm şikayətçi, həm də zərərçəkmiş şəxs hadisənin xx.xx.2023-cü il tarixdə baş verdiyini qeyd etmişdirlər. İşdə olan xx.xx.2023-cü il tarixli Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1259/2023 saylı qərarından görünür ki, X2 hüququnun məhdudlaşdırılmasına dair qərardan məlumatsız olmuş, həmin qərardan apellyasiya qaydasında şikayət vermişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olmuş 3(001)-1229/2023 saylı inzibati xətaya dair işin materialları araşdırılarkən X1 hüququnun 06 ay müddətində məhdudlaşdırılması barədə müvafiq qərardan xx.xx.2023-cü il tarixədək məlumatı olduğunu müəyyən etmək mümkün olmamışdır. İşdə vətəndaşın həmin qərarı rəsmi qaydada qəbul etməsinə dair qəbz mövcud deyildir. Məhkəmə şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsinə əsasən Yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsinə əsasən Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə üç yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. İXM-in 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X6 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və İXM ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Binəqədi rayon DYPŞ əməkdaşı tərəfindən X6 barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* nömrəli qərar ləğv edilməli, qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikası İXM-nin tələblərinə əməl edilməklə əlavə araşdırılması və yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qisməın təmin edilsin. X3 inzibati tənbeh olunmasına dair Binəqədi rayon DYPŞ tərəfindən xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. İnzibati xəta haqqında işə yenidən baxılması üçün qərar Binəqədi rayon DYPŞ-yə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №3(001)-3482/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3482/2023
28.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver