Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3485/2022 29.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, X1 iclas katibliyi ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə baxılması üçün Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Şəxs MMC-nin adına Türkiyə Respublikasından 77BD404/99ZK404 nömrəli yük nəqliyyat vasitəsində idxal edil mis və Bakı Bas Gömrük idarəsində **********2507 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə 02 oktyabr 2022-ci il tarixədək müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin müvəqqəti saxlanc müddətinin başa çatdığı, akin, həmin yüklərin digər gömrük prosedurunda rəsrniləşdirilməsi ilə bağlı Bakı Baş Gömrük idarəsinə müraciət olunmadığı aşkar edilmişdir. Qeyd olunan məsələ ilə əlaqədar “AKABE" MMC-nin etibarnamə ilə nümayəndəsi olan Azərbaycan Respublikasının vətəndaşı X2 izahatı alınmış, o, Türkiyə Respublikasından Şəxs MMC-nin adına 77BD404/99ZK404 nömrəli yük nəqliyyat vasitəsində idxal edilmiş yüklərin MMC-də yaranmış maliyyə problemləri ilə əlaqədar həmin dövrdə gömrük rəsmiləşdirilməsini başa çatdıra bilmədikləri səbəbindən müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda yerləşdirildiyini, maliyyə vəsaiti olmadığı səbəbindən müvəqqəti saxlanc müddətini pozduqlarını, gömrük qaydalarının pozulduğunu bildiklərini, eyni zamanda artıq qeyd edilən yüklərin Bakı Baş Gömrük idarəsində **********9249 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə sərbəst dövriyyə buraxılış gömrük prosedurunda rəsmiləşdirildiyini və bütün gömrük ödənişlərinin ödənildiyini, müvəqqəti saxlanc müddətinin pozulduğunu bildiklərim, qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşımağ a h a z ı r_o İ duqlar ım və qələ çəkdə bir daha bu kimi halın təkrarlanmamasına çalışacaqlarını bildirmişdir. Ona görə də, xx.xx.2022-ci il tarixli, 00100-2336/22 saylı inzibati protokol tərtib olunmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan hüquqi şəxs və protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmənin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişləir. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsinə əsasən malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Şəxs MMC-nin həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokolla və iş materiallarına əlavə edilmiş yuxarıda qeyd edilən gömrük bəyənnaməsi ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə təqsirli bilinərək, 300 manat (üç yüz) məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №3(001)-3485/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3485/2022
29.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver