Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-349/2024 18.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi rayon məhkəməsinin hakimi Ağayev Elçin Zəkəriyə oğlu, X1 inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərardan verdiyi şikayətin icraata qəbulu məsələsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: 18 yanvar 2024-cü il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatına X1 inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərardan verdiyi şikayət daxil olmuşdur. Şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən şikayət baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai rayon məhkəməsinə göndərilməlidir. Belə ki, şikayətdən və ona əlavə edilmiş sənədlərdən görünür ki, inzibati xətanın törədildiyi yer Bakı şəhəri Xətai rayonu ərazisində yerləşir (AZ1149, Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, ev 12, mənzil 47). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə görə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0 və 106.0.1-ci maddələrinin tələbinə görə hakim inzibati xəta haqqında işlərə baxarkən işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığı məsələsini həll etməlidir. Həmin Məcəllənin 109.1 və 109.1.7-ci maddələrinin tələbinə görə əgər işə baxılması hakimin səlahiyyətinə aid deyildirsə inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilir. Beləliklə də, təsvir olunanlarla əsasən məhkəmə hesab edir ki, X1 inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli qərardan verdiyi şikayət baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai rayon məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X1 inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli qərardan verdiyi şikayət inzibati xətanın törədildiyi yer üzrə baxılması üçün Bakı şəhəri Xətai rayon məhkəməsinə göndərilsin. Hakim Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-349/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-349/2024
18.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver