Məhkəmə qərarları › İş №3(001)-3492/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3492/2023

04.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3492/2023 04.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) "xxxx" MMC- nin rəhbəri Şəxs, "xxxx" MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil1, Tələbkar Zərərçəkmiş şəxs, Protokolu tərtib etmiş orqan Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru X3 iştirakı ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs hüquqi şəxs (borclu) "xxxx" MMC-nin rəhbəri Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru X6 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru X9 borclu "xxxx" MMC-nin rəhbəri Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokola baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İnzibati xəta haqqında 05 sentyabr 2023-cü il tarixli, MN № ******* saylı protokola əsasən məlum olur ki, iş üzrə borlu "xxxx" MMC-nin direktoru (vəzifəli şəxs) Şəxs barışıq sazişindən irəli gələn öhdəlikləri tam icra etməmişdir. Buna görə də, icra məmuru Asəm Əhmədov tərəfindən "xxxx" MMC-nin rəhbəri Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında çıxış edən Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru X6 izahatında bildirmişdir ki, iş üzrə borclu "xxxx" MMC-nin direktoru (vəzifəli şəxs) Şəxs barışıq sazişindən irəli gələn öhdəlikləri tam icra etməmişdir. Borclu icra sənədini icra etməkdən qərəzli boyun qaçırır. Bu səbəbdən də, Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında protokol tərtib edilən "xxxx" MMC-nin rəhbəri Şəxs izahatında göstərdi ki, barəsində tərtib edilmiş protokolla razı deyildir. Belə ki, 365 kv.m qeyri-yaşayış sahəsi Gülbəniz xanıma təhvil verilmişdir. Ümumi sayğacların quraşdırılmasında problem vardır. Belə ki, sayğaclarla bağlı ödənişlər edilib, lakin müvafiq dövlət qurumu tərəfindən sayğaclar quraşdırılmamışdır. Bu səbəbdən barəsində tərtib olunmuş inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən "xxxx" MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil1 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs göstərdiyi xüsusatları təsdiq etmiş, Şəxs barəsində tərtib edilmiş protokolun əsassız olduğundan inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən tələbkar Zərərçəkmiş şəxs bildirmişdir ki, borclu barışıq sazişindən irəli gələn öhdəlikləri tam yerinə yetirməkdən qərəzli şəkildə yayınmışdır. Belə ki, Binəqədi rayon Məhkəməsinin 2(001)-193/2021 saylı, 07 oktyabr 2021-ci il tarixli qərarı ilə ona təqdim edilmiş qeyri –yaşayış sahələrinin hər birinə ayrıca su, işıq və qaz təchizatını 4 ay müddətində icra etməli idilər, lakin artıq 2023-cü ildir və hələ də MMC tərəfindən icra edilməmişdir. Buna görə də, Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə (borclunun) barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, müdafiəçinin, icra məmurunun və tələbkarın çıxışlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirliliyi tam sübuta yetirilir. Məhkəmə inzibati protokolu və iş materiallarını araşdıraraq hesab edir ki, "xxxx" MMCnin rəhbəri Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirliliyi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Binəqədi rayon Məhkəməsinin 2(001)-193/2021 saylı, 07 oktyabr 2021-ci il tarixli icra sənədinə əsasən məlum olur ki, iddiaçı Relt House MMCnin cavabdeh Zərərçəkmiş şəxs qarşı öhdəliyin məcburi icra edilməsinə və ödənilmiş kompensasiya məbləğinin geri qaytarılması tələbinə dair ilk iddia ərizəsi, iddiaçı Zərərçəkmiş şəxs cavabdeh Relt House MMC-yə qarşı xx.xx.2016-cı il tarixli razılaşma protokolunun ləğv edilməsinə, dəymiş maddi zərərə görə 2 652 900 manat, mənəvi zərərə görə 1 000 000 manat olmaqla cəmi 3 652 930 manat tələbinə dair qarşılıqlı iddia ərizəsinə dair 2(001)-193/2021 saylı mülki iş üzrə tərəflər arasında aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilməsi, barışıq sazişinin şərtləri: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 yanvar 2016-cı il tarixli, 8 saylı, “Bakı şəhəri Binəqədi və Qaradağ rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” qərarının 1.3 bəndi ilə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qanunvericiliyin tələblərinə uyğun olaraq, qəzalı vəziyyətdə olan binaların sökərək, onların yerində yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərlə sökülmüş tikilililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması tapşırılmışdır. Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli, 18 saylı qəbul etdiyi Sərəncamı ilə Nazirlər Kabinetinin yuxarıda qeyd olunan qərarını icrası ilə bağlı müvafiq işlərin görülməsi Relt House MMC-yə həvalə edilmişdir. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən Zərərçəkmiş şəxs mərhum əri vətəndaş X4 verilmiş qeydiyyat nömrəsi 003184, xx.xx.2004-cü il tarixli mülkiyyət hüququ haqqında şəhadətnaməyə əsasən, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Azadlıq prospekti 203 ünvanında, ümumi sahəsi 278,65 kv.m olan qeyri-yaşayış sahəsi mövcud olmuşdur. Relt House MMC-nin əvvəlki rəhbərliyi ilə tərəflər arasında 26 avqust 2016-cı il tarixli yazılı razılaşma əldə edilmiş və razılaşmaya dair rəsmi sənəd tərtib edilmişdir. Həmin razılaşmaya əsasən Zərərçəkmiş şəxs tərəfindən mülkiyyət hüququ haqqında şəhadətnamədə göstərilən Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Azadlıq prospekti 203 ünvanında (sahəsi 557,30 kv.m olan 12 saylı təsərrüfat hesablı mağazaya aid 002580 nömrəli xx.xx.2001-ci il tarixli texniki pasport əsasında Azadlıq prospektinə düşən hissə nəzərə alınmaqla 278,65 kv.m sahə eyni ölçülərlə ona veriləcək), ümumi sahəsi 278,65 kv.m olan qeyri-yaşayış sahəsini Relt House MMC-yə bina tikintisi üçün təhvil verilməsini, Relt House MMC isə öz növbəsində həmin qeyri-yaşayış sahəsinin müqabilində mərhum Rəfail Kərimovun varisi kimi qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququna dair müvafiq hüquqi müəyyənedici sənədlərin təqdim ediləcəyi təqdirdə qeyd edilən ünvanda yeni tikiləcək 16 mərtəbəli binanın 3-cü girişində, ümumi sahəsi 278,65 kv.m qeyri-yaşayış sahəsinin Zərərçəkmiş şəxs verilməsinə dair öhdəlik müqaviləsinin bağlanılmasını öz üzərinə götürmüşdür. Bundan sonra Zərərçəkmiş şəxs razılaşma şərtlərinə uyğun olaraq Relt House MMC-yə sözügedən qeyri-yaşayış sahəsini könüllü təhvil vermiş və cavabdeh şirkət tərəfindən həmin obyekt təhvil alınmış və söküntü aparılaraq 16 mərtəbəli müasir tipli yeni yaşayış binası inşa edilmişdir. Hal-hazırda həmin binada sakinlər rahatlıqla yaşayırlar. Qeyd edilən razılaşmanın 1.2-ci bəndinə əsasən qeyri-yaşayış sahəsində fəaliyyət göstərən ticarət obyektinə dair kompensasiyanın həcmi öhdəlik müqaviləsi ilə tənzimlənəcəyi razılaşdırılmışdır. Razılaşmaya əsasən öhdəlik müqaviləsi bağlandıqdan sonra tərəfə kompensasiya ödənilməsi nəzərdə tutulmuşdur, öhdəlik müqaviləsi bağlanmadan Zərərçəkmiş şəxs qeyri-yaşayış sahəsi təhvil verilənədək hər ay yüksək məbləğdə müvafiq kompensasiya ödənilməklə, ümumilikdə 62.500 AZN manat məbləğində pul ödənilmişdir. Həmçinin, razılaşmaya əsasən Şirkət tərəfindən razılaşdırılmış formada binanın 1-ci və 2-ci mərtəbəsində Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən Zərərçəkmiş şəxs mərhum əri vətəndaş X4 verilmiş qeydiyyat nömrəsi 003184, xx.xx.2004-cü il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamədə göstərilən ölçülərə uyğun, ümumi sahəsi 278,65 kv.m olan qeyri-yaşayış sahəsinin əvəzinə 278,65 kv.m olan sahə onun üçün ayrılmış və təhvil verilməsi üçün 08 oktyabr 2019-cu il tarixdə təklif edilmişdir. 1.Relt House MMC-nin əvvəlki rəhbərliyi ilə tərəflər arasında 26 avqust 2016-cı il tarixli razılaşma protokoluna əsasən ümumi sahəsi 278,65 kv.m qeyriyaşayış sahəsi Zərərçəkmiş şəxs istifadəsinə verilməsi üçün ayrılsada, lakin sonradan Relt House MTK-nin yeni rəhbərliyinin göstərişi əsasında Zərərçəkmiş şəxs maddi vəziyyətini, tək yaşamasını və ərsiz qadın olduğu nəzərə alınaraq onun üçün ayrılmış 278,65 kv.m qeyri-yaşayış sahəsinin əvəzinə Relt House MTK tərəfindən yeni inşa edilmiş Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Binəqədi şossesi 303 ünvanında 3 saylı binadan ümumi sahəsi 365,59 kv.m qeyri-yaşayış sahəsi ayrılmışdır: 1-ci və 2-ci mərtəbədə ayrılan qeyri-yaşayış sahəsi ümumilikdə 295,59 kv.m tam təmirli: 1-ci mərtəbədə ayrılan tam təmirli 167,29 kv.m qeyri-yaşayış sahəsi: Qeyd: 167.29 kv.m ölçülər qoşmada olan 1 saylı cizgidə göstərilmişdir. 2-ci mərtəbədə ayrılan tam təmirli 128,30 kv.m qeyri-yaşayış sahəsi: Qeyd: 128.30 kv.m ölçülər qoşmada olan 2 saylı cizgidə göstərilmişdir. Əlavə kompensasiya: 2-ci mərtəbədə ayrılan 70,0 kv.m qeyri-yaşayış sahəsi təmirsiz vəziyyətdə: Qeyd: 70.0 kv.m ölçülər qoşmada olan 3 saylı cizgidə göstərilmişdir. Yuxarıda qeyd olunan qeyri-yaşayış sahələri Zərərçəkmiş şəxs sahiblik və istifadəsinə verilir, eləcə də sözügedən qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənədin alınması üçün zəruri olan müvafiq sənədlər toplusunu Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinətəqdim edilməsi üçün Zərərçəkmiş şəxs təqdim edir. 2. Zərərçəkmiş şəxs tərəfindən Binəqədi rayonu M.Ə. Rəsulzadə qəsəbəsi Azadlıq prospekti 203 ünvanında əvvəllər mövcud olmuş sahəsi 557,30 kv.m olan 12 saylı mağazanın sahəsi 278,65 kv.m olan ikinci hissəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınmasına dair sənəd (mərhumərinin və ya özünün adına) təqdim edildikdən 10 gün müddətində ümumi sahəsi 395,48 kv.m olmaqla: 3-cü binanın 2-ci mərtəbəsində ümumilikdə sahəsi 140,0 kv.m Qeyd: 140.0 kv.m ölçülər qoşmada olan 4 saylı cizgidə göstərilmişdir. 2-ci binanın 1-ci mərtəbəsində 140,0 kv.m. Qeyd: 140.0 kv.m ölçülər qoşmada olan 5 saylı cizgidə göstərilmişdir. Əlavə kompensasiya cəmi 115,48 kv.m, 2-ci binanın 1-ci mərtəbəsində 11,32 kv.m. Qeyd: 11.32 kv.m ölçülər qoşmada olan 6 saylı cizgidə göstərilmişdir. 2-ci binanın 2-ci mərtəbəsində 38,02 kv.m. Qeyd: 38.02 kv.m ölçülər qoşmada olan 7 saylı cizgidə göstərilmişdir. 3-cü binanın 2-ci mərtəbəsində 66,14 kv.m. Qeyd: 66.14 kv.m ölçülər qoşmada olan 8 saylı cizgidə göstərilmişdir. Ayrılmış qeyriyaşayış sahələri Zərərçəkmiş şəxs sahiblik və istifadəsinə verir, eləcə də sözügedən qeyriyaşayış sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənədin alınması üçün zəruri olan müvafiq sənədlər toplusunu Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinətəqdim edilməsi üçün Zərərçəkmiş şəxs təqdim edilir. Fasadın təmiri: 1.Qeyriyaşayış sahələrinin girişlərindəki pilləkənlərin tam təmir olunması və tutacaqların bərkidilməsini şirkət təmin edir. 2. 3-cü binanın 1-ci mərtəbəsində yerləşən 10,54 kv.m qeyri-yaşayış sahəsinin giriş hissəsinə yeni pilləkənin tikilməsi və tutacağın quraşdırılmasını şirkət təmin edir. 3. 3-cü binanın 1-ci mərtəbəsindəki qeyri-yaşayış sahələrinin giriş qapıların üstünə işıq plafonun quraşdırılmasını şirkət təmin edir. 4. 3-cü binanın 1-ci mərtəbəsində olan qeyri-yaşayış sahəsinin giriş hissəsindəki dəmir qapı dəyişdirilərək, eyni dəmir qapı eni ölçüsündə, geniş yeni 2 qapılı şəffaf, bütöv vitraj qapının quraşdırılmasını şirkət təmin edir. 3 saylı binanın holunun təmiri: (dəhliz)1. 3-cü binanın 1ci və 2-ci mərtəbədəki pilləkən qəfəsinin təmir olunmasını şirkət təmin edir. 2. 3-cü binanın 1-ci və 2-ci mərtəbənin hollundan hər iki qeyri-yaşayış sahələrinə daxil olması üçün yeni qapı yerlərinin açılmasını və dəmir qapıların quraşdırılmasını şirkət təmin edir. 3. 3-cü binanın mərtəbə arası pilləkənin mərmər daşı ilə üzlənməsini və dəmir möhkəm tutacağın quraşdırılmasını şirkət təmin edir. 4. 3-cü binanın 1-ci və 2-ci mərtəbənin pilləkən qəfəsində işıq xətlərin çəkilməsini şirkət təmin edir. Mağazanın təmiri: 1-ci mərtəbədə ümumi sahəsi 167,29 kv.m, 2-ci mərtəbədə ümumi sahəsi 128,30 kv.m olan qeyri-yaşayış sahəsi, cəmi: 295,59 kv.m qeyri-yaşayış sahəsini tam təmir olunmasını Relt House MTK öhdəsinə götürür. 1. 3-cü binanın 2-ci mərtəbəsində olan 55,40 kv.m qeyri-yaşayış sahəsinin giriş qapısının yeri hörülərək, yanında yeni dəmir qapının quraşdırılmasını şirkət təmin edir. 2. 3-cü binanın qeyri-yaşayış sahəsinin 1-ci və 2-ci mərtəbələrində olan qapı və pəncərələrin tünd şüşələri, yeni şəffaf, bütov vitraj şüşələrlə əvəzləşdirilərək quraşdırılmasını şirkət təmin edir. 3. 3-cü binanın 1-ci və 2-ci mərtəbələrində, 4 ədəd sanitarqovşağın tikilib tam təmir olunmasını şirkət təmin edir (kafel və metlax yerli istehsal olan “Gilan”). Qeyd: Sanitar qovşaqın aksesuarları Zərərçəkmiş şəxs öz vəsaiti ilə alıb özü quraşdıracaq. 4.Təmir olunan qeyri-yaşayış sahəsinə su xəttinin çəkilməsini şirkət təmin edir. Qeyd: Zərərçəkmiş şəxs Mətbəxi öz vəsaiti ilə tikərək aksesuarlarıda özü alacaq. 5. Kondisioner üçün kabelin çəkilməsi. Qeyd: Kondisioner Zərərçəkmiş şəxs öz vəsaitinə alınaraq özü quraşdıracaq. 6.İstilik boruların çəkilişini şirkət təmin edir. Qeyd: Kombi Zərərçəkmiş şəxs öz vəsaitinə alaraq özü quraşdıracaq. 7. Divar – şpaklyovka + işıq xətti + emulsiya (kül rəngi) ilə rənglənməsini şirkət təmin edir. 8.Tavan – işıq xətti + şpaklyovka + emulsiya (ağ rəng) ilə rənglənməsini şirkət təmin edir. 9.Yer – döşəməyə styaşka veriləcək və üstündən keyfiyyətli metlax və metlax plintusların qoyulmasını şirkət təmin edir. Qeyd: Yerli istehsal olan “Gilan”. 10.Ümumi 10 kilovatlıq işıq sayğacını şirkət təmin edir. 11.Ümumi su sayğacını şirkət təmin edir. 12.Ümumi qaz sayğacını şirkət təmin edir. Relt House MTK öhdəlik götürür ki, qeyri-yaşayış sahələrini keyfiyyətli təmir edərək Zərərçəkmiş şəxs istifadəsinə verəcək. 2 saylı binanın qeyri-yaşayış sahəsində görüləcək tikinti-quraşdırma və təmir işləri:1. 2-ci binanın 1-ci mərtəbəsində ayrılan 151,32 kv.m qeyri-yaşayış sahəsində olan 1 ədəd pəncərə sökülərək əvəzində 1 ədəd qapının quraşdırlmasını şirkət təmin edir. (binanın həyətinə baxan hissəsində). 2. 2-ci binanın 1-ci mərtəbəsində ayrılan 151,32 kv.m qeyri-yaşayış sahəsinin həyətə baxan tərəfin giriş hissəsində 1 ədəd yeni pilləkənin tikilməsi və tutacağın quraşdırılmasını şirkət təmin edir. (binanın həyətinə baxan hissəsində). 3. 2-ci binanın 2-ci mərtəbəsində ayrılan 38,02 kv.m qeyri-yaşayış sahəsinə qalxmaq üçün 2-ci binanın 1-ci mərtəbəsində ayrılan 151,32 kv.m qeyri-yaşayış sahəsində mövcud pilləkənin arxasından yeni mərtəbə arası pilləkənin tikilməsi və tutacaqın quraşdırılmasını şirkət təmin edir. Qeyd: 151.32 kv.m ölçülər qoşmada olan 9 saylı cizgidə göstərilmişdir. 4. 2-ci binanın 2-ci mərtəbəsində olan 38,02 kv.m qeyri-yaşayış sahəsinin içərisindən 3-cü binanın 2-ci mərtəbəsinə daxil olunması üçün 2-ci və 3-cü binanın 2-ci mərtəbələrindəki tempreratur tikiş divarları sökülərək yeni koridor keçidin tikintisini şirkət təmin edir. Tərəflər razılığa gəlirlər ki, 1. Tərəflər təsdiq edirlər ki, məhkəmənin icraatında olan iş üzrə, həmçinin Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Azadlıq prospekti 203 ünvanında əvvəllər mövcud olmuş sahəsi 557,30 kv.m olan 12 saylı mağazanın sökülərək yerində çoxmərtəbəli binanın tikilməsi ilə bağlı mülkiyyətçiyə kompensasiyanın ödənilməsi ilə əlaqədar onlar arasında razılıq əldə edilmişdir. 2. Tərəflərin qarşılıqlı razılığına əsasən Relt House MTK Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Azadlıq prospekti 203 ünvanında əvvəllər mövcud olmuş sahəsi 557,30 kv.m olan 12 saylı mağazanın əvəzində Zərərçəkmiş şəxs Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Binəqədi şossesi 303 və 305 saylı binadan ümumilikdə 761,07 kv.m qeyri-yaşayış sahəsini (557,30 kv.m əvəzi 560,0 kv.m qeyriyaşayış sahəsi və birdəfəlik kompensasiya əvəzi qeyri-yaşayış sahəsi 201,07 kv.m) təhvil verir. 2.0. Tərəflər təsdiq edirlər ki, 2-ci bənddə göstərilən qeyri-yaşayış sahələri Zərərçəkmiş şəxs aşağıdakı qaydada verilir: 2.1. Bu barışıq sazişinin məhkəmə qaydasında təsdiq edilməsindən sonra Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Azadlıq prospekti 203 ünvanında əvvəllər mövcud olmuş sahəsi 557,30 kv.m olan 12 saylı mağazanın 278,65 kv.m əvəzində Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Binəqədi şossesi 303 ünvanında Relt House MTK tərəfindən yeni tikilmiş 3 saylı binada ümumi sahəsi 365,59 kv.m təşkil edir: 1-ci mərtəbədə tam təmirli qeyri-yaşayış sahəsi, ümumilikdə sahəsi 167,29 kv.m, 2-ci mərtəbədə tam təmirli qeyri-yaşayış sahəsi, ümumilikdə sahəsi 128,30 kv.m olan qeyri-yaşayış sahəsini (295,59 kv.m tam təmirli), əlavə kompensasiya olaraq 3 saylı binanın 2-ci mərtəbəsində ümumi sahəsi 70,0 kv.m olan qeyri-yaşayış sahəsini (70,0 kv.m təmirsiz vəziyyətdə) Zərərçəkmiş şəxs sahiblik və istifadəsinə verilir, həmçinin sözügedən qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənədin alınması üçün zəruri olan müvafiq sənədlər toplusunu Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinətəqdim edilməsi üçün Zərərçəkmiş şəxs təqdim edilir. 2.2. Zərərçəkmiş şəxs tərəfindən Binəqədi rayonu M.Ə. Rəsulzadə qəsəbəsi Azadlıq prospekti 203 ünvanında əvvəllər mövcud olmuş sahəsi 557,30 kv.m olan 12 saylı mağazanın sahəsi 278,65 kv.m olan ikinci hissəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınmasına dair sənəd (mərhumərinin və ya özünün adına) təqdim edildikdən 10 gün müddətində ümumi sahəsi 395,48 kv.m olmaqla, 3-cü binanın 2-ci mərtəbəsində ümumilikdə sahəsi 140,0 kv.m, 2-ci binanın 1-ci mərtəbəsində 140,0 kv.m, əlavə kompensasiya cəmi 115,48 kv.m: 2-ci binanın 1-ci mərtəbəsində 11,32 kv.m, 2-ci binanın 2-ci mərtəbəsində 38,02 kv.m, 3-cü binanın 2-ci mərtəbəsində 66,14 kv.m qeyri-yaşayış sahəsini Zərərçəkmiş şəxs sahiblik və istifadəsinə verilir, eləcə də sözügedən qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənədin alınması üçün zəruri olan müvafiq sənədlər toplusunu Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinətəqdim edilməsi üçün Zərərçəkmiş şəxs təqdim edilir. 2.3. Tərəflər təsdiq edirlər ki, Barışıq sazişinin 3.1 və 3.2-ci bəndləri sazişin imzalanmasından sonra ən geci dörd ay müddətində tam icra ediləcəkdir. 2.4. Hazırki Barışıq sazişinin məhkəmə qaydasında təsdiq edilməsindən sonra 3 iş günü ərzində Relt House MTK 21500,00 (iyirmi bir min beş yüz) manat məbləğində pulu Zərərçəkmiş şəxs bank hesabına köçürülməsini öhdəsinə götürür. 2.5. Tərəflər təsdiq edirlər ki, 62500,00 (altmış iki min beş yüz) manat məbləğində pul Relt House MTK tərəfindən Zərərçəkmiş şəxs kompensasiya olaraq artıq ödənilmişdir və Zərərçəkmiş şəxs övladlarına verilməli olan, 4cü bənddə göstərilən 21500,00 (iyirmi bir min beş yüz) manat məbləğində kompensasiyanı övladlarının əvəzindən alır. 2.6. Zərərçəkmiş şəxs təsdiq edir ki, Bakı şəhəri Binəqədi rayonu M.Ə. Rəsulzadə qəsəbəsi Azadlıq prospekti 203 ünvanında əvvəllər mövcud olmuş sahəsi 557,30 kv.m olan 12 saylı mağaza ilə bağlı gələcəkdə hər-hansı üçüncü şəxslərin iddia və tələbləri olarsa, onlara özü cavab verəcək, bu iddialarla bağlı özü məsuliyyət daşıyacaqdır. 2.7. Kərimova X1 Rayon Məhkəməsində gedən mülki mübahisə üzrə, üzərinə düşən öhdəlikləri qəbul edir, özünə və övladlarına düşən payı tam şəkildə qəbul edir, bu mülki mübahisəli iş üzrə bağlı özünə və övladlarına düşən paylara görə gələcəkdə iddiası və tələbi olmayacağını və iş üzrə icraata xitam verilməsini ərizə verməklə tam üzərinə götürür. 2.8. Tərəflər təsdiq edirlər ki, bununla da onlar arasında məhkəmənin icraatında olan iş üzrə məhkəmə çəkişməsinin davam etdirilməsinə əsas verə biləcək mübahisəli məsələ qalmamışdır. 2.9. Tərəflərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191.1, 191.2, 261.0.2, 261.0.5-ci maddələrinin tələbləri tam aydındır və həmin maddələrin tətbiqi nəticəsində əmələ gələcək hüquqi nəticəni qəbul edirlər. 2.10. Tərəflər bu sazışın icrası tələbi istisna olmaqla gələcəkdə barışıq sazişinin predmetini təşkil edən məsələlərlə bağlı hər hansı bir formada yardım və kompensasiya xarakterli ödənişlər tələbi ilə bir-birinə qarşı iddia qaldırmayacaqlar. 2.11. Tərəflər qəbul edirlər ki, barışıq sazişi üzrə hər hansı bir öhdəlik yerinə yetirilmədikdə tərəflərdən birinin müraciəti əsasında məhkəmə tərəfindən icra vərəqəsi verilir barışıq sazişinin şərtləri icra vərəqəsi əsasında məcburi qaydada həyata keçirilir. 2.12. Bu Barışıq sazişi notarial qaydada 3 (üç) nüsxədə tərtib olunaraq tərəflərin hər birində bir nüsxə saxlanılır və tərəflərin hər biri ərizə yazaraq barışıq sazişinin 1 nüsxəsinin təsdiq edilməsi üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə təqdim edirlər. 2.13. Tərəflər aralarında xoşməramlı niyyətin təzahürü kimi barışıq sazişində göstərilən şərtləri qəbul etdiklərini nəzərə alaraq Binəqədi Rayon Məhkəməsindən barışıq sazişini qəbul etməsini, barışıq sazişinin təsdiq edilməsi və işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edirlər. 2.14. Relt House MTK öhdəsinə götürür ki, bu sazişin müvafiq bəndlərində göstərilmiş işləri məhkəmə qərardadı qanuni qüvvəsini aldığı gündən hesablanaraq ən geci 4 (dörd) ay müddətində yerinə yetirəcəkdir. 2.15. Barışıq sazişinin təsdiq edilməsi barədə məhkəmə qərardadı qanuni qüvvəsini aldıqdan sonra, 10 gün müddətində Relt House MTK hazırkı sazişdə nəzərdə tutulmuş sahələrinin və kompensasiya əvəzi sahələrinin Zərərçəkmiş şəxs sahiblik və istifadəsinə verməklə, sözügedən qeyri-yaşayış sahəsinə və kompensasiya əvəzi sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənədin alınması üçünzəruri olan müvafiq sənədlər toplusunu Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim edilməsi üçün Zərərçəkmiş şəxs təqdim etməyiöhdəsinə götürür. 2.16. Bu saziş məhkəmə tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir və tərəflər üçün məcburi icra qüvvəsinə malikdir. 2.17. Tərəflər bu sazişi imzalayaraq bəyan edirlər ki, sazişin şərtləri və müddəaları üçüncü şəxslərin hüquqlarına və qanunla qorunan mənafelərinə zidd deyildir. Tərəflər arasında bağlanan xx.xx.2021-ci il tarixli sazişə xx.xx.2021-ci il tarixli əlavəyə əsasən 3-cü binanın qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsində olan pəncərələrin aşağı hissələri kəsilib döşəməyə qədər uzadılmasını şirkət təmin edir. Barışıq sazişinin hüquqi nəticələri: 2.1.Barışıq sazişinin müddəaları tərəflər üçün məcburidir və icra edilmədiyi halda məcburi icraya yönəldilir. 2.2.Barışıq sazişinin şərtlərinin pozulması və ya layiqincə icra edilməməsi iş üzrə icraatın başlanılması üçün əsasdır. 2.3.Tərəflərə Azərbaycan Respublikası MPM-nin 262.4.-cü maddəsinin tələbləri, yəni işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmədiyi izah olunub. 2.5. İddiaçı Relt House MMC-nin cavabdeh Zərərçəkmiş şəxs qarşı öhdəliyin məcburi icra edilməsinə və ödənilmiş kompensasiya məbləğinin geri qaytarılması tələbinə dair ilk iddia ərizəsi, iddiaçı Zərərçəkmiş şəxs cavabdeh Relt House MMC-yə qarşı xx.xx.2016-cı il tarixli razılaşma protokolunun ləğv edilməsinə, dəymiş maddi zərərə görə 2 652 900 manat, mənəvi zərərə görə 1 000 000 manat olmaqla cəmi 3 652 930 manat tələbinə dair qarşılıqlı iddia ərizəsinə dair 2(001)-193/2021 saylı mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tələbinə görə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İXM-nin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Bundan başqa, İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Hesab edirəm ki, iş metriallarına və tərəflərin izahatlarına və yerli baxışın nəticələrinə əsasən icra sənədi üzürsüz səbəbdən tam icra olunmadığından və icra sənədinin icra edilməməsində "xxxx" MMC-nin rəhbəri, vəzifəli şəxs Şəxs təqsiri sübuta yetirildiyindən, o, inzibati qaydada cəzalandırılmalı, lakin "xxxx" MMC-nin rəhbəri Şəxs şəxsiyyəti, ailə və maddi vəziyyəti, icra sənədini qismən icra etməsini nəzərə alınaraq o, inzibati qaydada cərimə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 11.1, 31.2, 528.1-ci maddələrini rəhbər tutaraq Qərara aldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin rəhbəri, vəzifəli şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 1 200 (bir min iki yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə və ya bilvasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar