Məhkəmə qərarları › İş №3(001)-3494/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-3494/2024

05.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-3494/2024 05.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi X6 iclas katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhər Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru X5, X1, Borclu Şəxs, Müdafiəçi, Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili X4 iştirakı ilə, Borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsi ilə Binəqədi rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhər Binəqədi rayon İcra Şöbəsinin icra məmuru X5 icra sənədi üzrə borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında çıxış edən inzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru X9 protokolu müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1184/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzrə qalıq borc, yəni 1 442 (min dörd yüz qırx iki) manat məbləğində borc borclu Şəxs tərəfindən qərəzli olaraq icra edilmir. Buna görə də o, Şəxs barəsində tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən tələbkar X3 borclu Şəxs borcun bir hissəsini ödədiyini, yerdə qalan 1 100 (min yüz) manat borcun ödənilməsi ilə bağlı tələbkarla razılaşdıqlarını bildirdi.Buna görə də, inzibati xəta haqqında protokolun tərtibi zamanı qanunun tələbləri pozulduğundan iş materiallarının icra şöbəsinə geri qaytarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən borclu Şəxs inzibati xəta haqqında protokolun dəlilləri ilə razı olmadığını bildirib, borcun bir hissəsini ödədiyini, inzibati xəta haqqında protokolun tərtibi zamanı qanunun tələbləri pozulduğundan iş materiallarının icra şöbəsinə geri qaytarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən borclu Şəxs müdafiəçisi X7 inzibati xəta haqqında protokolun dəlilləri ilə razı olmadığını bildirib, inzibati xəta haqqında protokolun tərtibi zamanı qanunun tələbləri pozulduğundan iş materiallarının icra şöbəsinə geri qaytarılmasını məhkəmədən xahiş etdi Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb, Binəqədi rayon İcra Şöbəsinin icra məmurunun, tələbkarın və borcunun, müdafiəçinin çıxışlarını dinləyərək hesab edir ki, protokol ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 1184/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən məlum olur ki, inzibati xəta törətmiş şəxs Şəxs 1 863 manat məbləğində borc və iddianın verilməsi üçün ödənilmiş 39 manat məbləğində dövlət rüsumu iddiaçı X2 xeyrinə ödənilməlidir. Şəxs hazırda tələbkara 1100 manat aliment borcu vardır. Lakin, iş materialarından, o cümlədən məhkəmə iclasında inzibati xəta haqqında material ilə birlikdə tədqiq olunmuş icra işindən müəyyən olunur ki, icra məmurunun zəruri icra hərəkətləri həyata keçirmədiyi, o cümlədən borclunun başqa əmlaklarının olub-olmaması barədə zəruri sübutlar toplanmadığını, Azərbaycan Respublikasında fəaliyyət göstərən bələdiyyələrə sorğular verilmədiyi, müvafiq vergi orqanlarından zəruri məlumatların götürülməsi təmin edilmədiyi və digər zəruri icra hərəkətləri həyata keçirilmədiyi, onun müvafiq məşğulluq qurumlarına müraciət edib- etməməsinə dair sənədlər əlavə olunmadığı üçün işə baxıb yekun qərar qəbul etmək mümkün deyildir. Buna görə protokol ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cü maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6 cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş 04 iyun 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xətanı törətməsinə dair protokol ona əlavə edilmiş sənədlərlə birlikdə Bakı şəhər Binəqədi rayon İcra Şöbəsinə qaytarılsın. Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar