Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3495/2023 13.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, X2 iclas katibliyi, Şəxs nümayəndəsi və vəkili X1 iştirakı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikasının Prokurorluğu Binəqədi rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Binəqədi rayon Prokurorluğu tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar toplanmış materiallarla ilə birlikdə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məsələsinə baxılması üçün məhkəməyə göndərilmişdir. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə X3 fəhlə vəzifəsində işlədiyi "xxxx" MMC-nin ünvan 1 ünvanda yerləşən mağazasında xəsarət alması ilə bağlı Binəqədi rayon prokurorluğuna material daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Şəxs nümayəndəsi inzibati xəta haqqında protokolun əsassız və qanunsuz olaraq tərtib edildiyindən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Prokurorluğu Binəqədi rayon Prokurorluğuna inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, İdarənin nümayəndəsi məhkəməyə gəlməmiş, lakin inzibati xəta materialını məhkəməyə göndərmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Buna görə də, İXM-nin 112.1.2-ci maddəsinə əsasən inzibati orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. İnzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərara əsasən müəyyən edilmişdir ki, X4 xx.xx.2023-cü ildə "xxxx" MMC-nin ünvan 1 ünvanda yerləşən mağazasında eskalatorun üzərində taxta paletlərlə yüklü olan transpalet qurğusu ilə yuxarı istiqamətdə hərəkət edən taxta paletin eskalatorun alt hissəsinin dəmir birləşməsinin çıxıntısına ilişməsi səbəbindən transpaletin geri hərəkət etməməsi üçün sükanı döndərən zaman sağ əlinin İV barmağı taxta paletlərə dəyərək zədələnmiş və qeyd olunan xəsarət dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Məhkəmənin sorğusu əsasında təqdim edilmiş materialdan görünür ki, xx.xx.2023cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət əmək Müfəttişliyi Xidmətindən X3 fəhlə vəzifəsində işlədiyi "xxxx" MMC-nin ünvan 1 ünvanda yerləşən mağazasında xəsarət alması məzmunlu müraciət edilmişdir. İş materialalrında olan xx.xx.2023-cü il tarixli 1115 nömrəli canlı şəxsin ekspertizasının rəyindən görünür ki, X3 bədəni üzərində aşkar edilmiş xəsarət sağ əlin İV barmağının orta falanqasının qapalı sınığı bərk küt əşyanın (alətin) təsirindən törəmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən və eləcə də müayinə olunanın göstərdiyi xx.xx.2022-ci il tarixə zidd deyildir, qərarda göstərilən şəraitdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlalığın uzun müddətə pozulmasına səbəb olan sağlanlığıa az ağır zərərvurmağa aiddir. Əvvəlki məhkəmə iclasında zərərçəkmiş şəxs X4 verdiyi izahatında bildirmişdir ki, müdiriyyət onu əmək təhlükəsizliyinə dair qaydalarla bağlı məlumatlandırmış, ona təhlükəsiz iş şəraiti yaratmışdır. 25 noyabr 2022-ci il tarixdə səhər saatlarında eskalatorun üzərində taxta paletlərlə yüklü olan transpalet qurğusu ilə yuxarı istiqamətdə hərəkət edən taxta paletin eskalatorun alt hissəsinin dəmir birləşməsinin çıxıntısına ilişməsi səbəbindən transpaletin geri hərəkət etməməsi üçün sükanı döndərən zaman sağ əlinin İV barmağı taxta paletlərə dəyərək zədələnmişdir. Həmin vaxt heç kimə məlumat verməmiş, daşıma üçün heç kimdən kömək istəməmişdir. Hadisənin təsadüfən baş verdiyini və heç kimin təqsirli olmadığını bildirərək qeyd etdiyi halların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib barəsində protokol tərtib edilmiş şəxsin izahatını dinləyərək hesab edir ki, aşağıdakılara görə iş üzrə icraata xitam verilməlidir. 1.Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması, təqsirinin olub-olmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Belə ki, iş materiallarında olan transpalet təlimatının nə zaman tərtib edilməsi və işçilərin bu barədə məlumatlandırılma vaxtını müəyyən etmək mümkün deyildir. Digər tərəfdən işdə olan xx.xx.2023-cü il tarixli, SƏ-255 nömrəli məktubdan görünr ki, "xxxx" MMC-nin bütün struturlarında əməyin təhlükəsizliyi üzrə cavabdeh şəxslərin təyin olunması məqəsdi tərtib edilmiş əmr inzibati xəta hadisəsindən 01 aya yaxıbn müddət keçdikdən sonra müəyyən edilər araşdırma materiallarına əlavə edilmişdir. Qeyd olunan təlimatda, o cümlədən iş materiallarına əlavə edilmiş sənədlərdə mağaza müdirinin zərərçəkmiş şəxsi əməyin təhlükəsizliyi qaydaları ilə tanış etməsi və ümumiyyətlə məlumatlandırılması haları mövcud olmadğından, barəsində protokol tərtib edimiş şəxsin təqsiri qanunla nəzərdə turulmuş qaydada sübuta yetirilmədiyindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsinə əsasən Texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinə əsasən bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Odur ki, şəxsin təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmədiyi üçün, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarında göstərilən əməlin törədilməsində təqsirsiz bilinməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. X6 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmənin bu qənaəti İXM-nin aşağıdakı normaları ilə də təsdiq edilir. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-nin İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-nin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Şəxsin hansı əməli törətməsi (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə), bu əməlin hansı sübutlarla müəyyən edilməsi və bu əməlin İXM-nin hansı maddəsi ilə inzibati xəta hesab edilməsi və həmin maddəyə görə tətbiq edilən inzibati tənbehi qərar qəbul etmiş səlahiyyətli orqan müəyyən etməlidir.. Məhkəmə bir daha qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Çünki İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-135-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının Prokurorluğu Binəqədi rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №3(001)-3495/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3495/2023
13.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver