Məhkəmə qərarları › İş №3(001)-3495/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3495/2024

04.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3495/2024 04.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə inspektrou, polis kapitanı X4, zərərçəkmiş şəxs X5, vəkil “BM Morrison Partnyorları” Vəkil Bürosunun vəkili X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, "xxxx" QSC-nin texniki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində İXM-in 510-cu maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə inspektrou, polis kapitanı X9 bildirmişdir ki, bölməyə DİN-nin 102 xidmətindən məlumat daxil olmuş və məlumatda X10 ünvan 2 ünvanında Nissan markalı **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobili mütəmadi olaraq onun yaşadığı ünvanın yaxınlığında saxlayaraq onu narahat etməsi göstərilmişdir. Məlumat əsasında araşdırma aparılmış və müraciətdə qeyd olunan adı sonradan məlum olan Şəxs müəyyən edilərək Elçin Sadıqovla birlikdə bölməyə dəvət edilmiş və həmin şəxslərin izahatı alınmışdır. Bundan sonra Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapdığından barəsində protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, Elçin sadıqovla birində dəfə daşığı olanda Elçin avtomobilini onun avtomobilinə yaxın saxladığı üçün çıxa bilmədiyini bildirmişdir. İkinci dəfə elçin avtomobilini yenə yaxın saxladıqda bu səfər ona heçnə deməmişdir. Üçüncü dəfə isə avtomobilini onun avtomobilinə sıxıb saxladıqda Elçini görmüş və ona belə etməməsini bildirmişdir. Həmin vaxt o, avtomobilini Elçingilin evlərinin qarşısında deyil, biraz irəlidə saxlamışdır. Elçinə avtomobilini nə üçün belə saxladığını bildirdikdə, sonuncunun yoldaşı yaxınlaşıb nə isə demək istədikdə ona yoldaşı Elçinlə danışdığını və ona müdaxilə etməməsini bildirmişdir. Ona demişlər ki, avtomobili saxladığı yer onların evinin qarşısıdır və burada saxlamamalıdır. O isə bildirmişdir ki, bura dövlətin yoludur. Arxada yer olmuş, o da həmin yerdən çıxaraq avtomobili kənara çəkmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, barəsində tərtib edilmiş protokol üzrə özünü təqsirli bilmir. O, Elçin Sadıqovu təhqir etməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili “BM Morrison Partnyorları” Vəkil Bürosunun vəkili X6 hüquqlarını müdafiə etdiyi Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun əsassız və qanunsuz tərtib edildiyini qeyd edib, məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X10 bildirmişdir ki, həmin gün Zibeydə Sadıqova ilə Bakı Apellyasiya Məhkəməsindən evlərinə tərəf qayıtmışdır. O, avtomobilini saxladıqdan sonra Zibeydə avtomobildən düşüb ofisə tərəf getmişdir. O da avtomobilini nomal şəkildə parklanma yerində Arifin avtomobilindən xeyli irəlidə saxlamışdır. Həmin vaxt Arifin avtomobilinin arxası tamamilə boş olmuşdur. Avtomobili saxladıqdan bir qədər sonra kimsə arxa tərəfdən ucadan qışqıraraq ona yaxınlaşıb, avtomobili nə üçün düzgün saxlamadığını və onun avtomobilini sıxdığını kobud şəkildə dilə gətirərək avtomobili başqa yerdə saxlamasını tələb etmişdir. O, isə həmin şəxsə avtomobili düzgün şəkildə saxladığını və həmin yerin onun evinin qarşısı olduğunu bildirmişdir. Həmin şəxs onunla bir qədər də yüksək səslə danışdıqda Zibeydə Sadıqova onlara yaxınlaşıb Arifə parklanmanın düzgün edildiyini və onun avtomobilinin arxasında yer olduğunu bildirmişdir. Arif aqresiv şəkildə Zibeydəyə getməsini və onunla danışmadığını bildirmişdir. O da Arifin nalayiq ifadələr işlədəcəyindən çəkinərək Zibeydəyə onların yanından çəkilməsini bildirmişdir. Zibeydə getdikdən sonra isə Arif ona “bir də avtomobili belə saxlasan səni də əzəcəm, avtomobilini də əzəcəm” demişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, ona parkinqlə bağlı heç kim irad bildirməmişdir. Avtomobili xətlənmiş parkinq ərazisində saxlamış və xətlərdən kənara çıxmamışdır. Arif özünü ədəbsiz apardıqda narahat oldmuşdur ki, o, Zibeydə xanımın yanında nalayiq ifadələr səsləndirər. Bu səbəbdən o da Zibeydə xanımdan xahiş etmişdir ki, onlardan uzaqlaşsın. Məhkəmə iclasında şahid qismində izahatı alınmış X2 bildirmişdir ki, Elcin səliqəli şəkildə avtomobili Arifin avtomobilindən xeyli irəlidə saxlamışdır. Həmin avtomobilin arxası tamamilə boş idi. O, avtomobildən düşüb ir qədər kənarda olan tut ağacınını yanında dayanıb tut yemişdir. Bir qədər sonra Elçin ilə bir nəfər şəxsin danışdığını görmüşdür. Həmin vaxt düşünmüşdür ki, həmin şəxs elçinin vəkil olduğunu bilir və bununla bağlı nə isə soruşur. Lakin sonradan görmüşdür ki, həmin şəxsin səsi yuksəlir. O da qışqırtının nə səbəbə olmasını aydınlaşdırmaq məqsədi ilə onlara tərəf yaxınlaşmışdır. Bu zaman həmin şəxs Elçinə “sən həmişə maşınını gəlib mənim maşınımın qarşısında saxlayırsan, məndə çıxa bilmirəm, sən niyə burda saxlayırsan get o tərəfdə saxla” deyə ucadan qışqıra-qışqıra danışırdı. O da burada hökumətin qoyduğu çızıq olduğunu bildirmişdir. Sonra həmin şəxs ona “ay xanım sizin ərinizlə danışıram” deyib onu kənarlaşdırmağa çalışmışdır. Elçin isə sakit tərzdə həmin şəxsə “ay qardaş” deyə müraciət edib sakit şəkildə danışmışdır. Arif isə səsinin tonunu daha da yüksəldərək onlarala qışqırıb danışmışdır. Arif qışqıraraq avtomobilini ərinin avtomobilinin qarşısında başqa cür saxlayacağını dedikdə, Elçin ona nə bilirsə etməsini demişdir. O da həmin şəxsin avtomobilinin nömrəsini qeyd edib şikayət yazmışdır. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, Arif onlara avtomobili gələn səfər necə saxlayacağını göstərəcəyini demiş və bu barədə hədə-qorxu gəlmiş, o da həmin yerdən aralaşmışdır. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, AZA 019099 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 03 iyun 2024-cü il tarixdə saat 22:40-da inzibati qaydada tutularaq növbətçi hissəyə təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Şəxs 03 iyun 2024-cü il tarixdə 17:00 radələrində ünvan 2 ünvanı qarşısında X1 narahat edərək nalayiq ifadələr işlətməklə xırda xuliqanlıq etdiyindən barəsində İXM-in 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 510-cu maddəsi ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, məhkəmə iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, protokol tərtib etmiş şəxsin, zərərçəkmiş şəxsin və şahidin izahatı ilə tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Həmçinin Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, habelə inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs törətmiş olduğu inzibati xətaya görə təyin ediləcək tənbehin növü ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Şəxs törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, ona yalnız inzibati həbs növündə tənbeh təyin etməklə və onu müəyyən müddətə cəmiyyətdən təcrid etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Barəsində inzibati icraat aparılan şəxsə inzibati həbslə əlaqədar olmayan tənbeh növünün təyin edilməsi isə məqsədəmüvafiq deyildir. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsa haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münsaibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməli və inzibati həbs müddətinin əvvəli 03 iyun 2024-cü il tarixdə saat 22:40-dan hesablanmalıdır. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 5 (beş) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs müddətinin əvvəli 03 iyun 2024-cü il tarixdə saat 22:40-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar