Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3496/2023 20.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlu sədrliyi X2 iclas katibliyi ilə, xx.xx.1984-cü il tarixdə Yevlax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı,ünvan 1 ünvanda qeydiyyatda olan və ünvan 2 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə İXMnin) 327.8-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası DİN-nin Binəqədi Rayon Polis İdarəsindən xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Müəyyən olunur ki, Şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun tələblərini pozaraq xx.xx.2023-cü il tarixdə, təxminən saat 23.24 radələrində idarə etdiyi “Honda İnsight (Hibrid)” minik markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi ərazisində yol nəqliyyat hadisəsi zamanı X3 xəsarət almışdır. Zərərçəkmiş şəxs, barəsində protokol tərtib edilən şəxs və Azərbaycan Respublikası DİNnin Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin onlar məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir.Buna görə də, İXM-nin 112.1.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Tərəfləri dinləyib, iş materiallarını araşdırıb, sübutları məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs inzibati qaydada təqsirli hesab edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Binəqədi RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı Orxan Məmmədov tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarına əsasən məlum olur ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində İXM-nin 327.8-ci maddəsinə əsasən inzibati tədbir görülməsi üçün Binəqədi RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. Belə ki, həmin qərardan görünür ki, Şəxs məhkəməyədək icraat zamanı izahat verərək göstərmişdir ki, o, BC kateqoriyalı sürücülük hüququna malikdir. xx.xx.2023-cü il tarixdə saat 23:24 radələrində o etibarnamə ilə idarə etdiyi «Honda İnsight» markalı **-EN-*** d.q n-li avtomobil ilə Binəqədi yolu ünvanında yerləşən "Zəngəzur" restoranından Binəqədi yolu küçəsinə daxil olmaq istəyən zaman həmin küçədə hərəkətdə olan "Vaz- 2105" markalı avtomobili gözləmədiyi üçün o qəfil tormuzlama etmiş və nəticədə həmin avtomobil onun avtomobilinin arxa sol hissəsindən vurmuş, daha sonra həmin avtomobilin arxa hissəsindən "Opel" markalı avtomobil çırpılmışdır. Nəticədə "VAZ 2105” markalı avtomobildə əyləşən bir nəfər qadın xəsarət almışdır. Hadisədən sonra "102" xidmətinə məlumat vermişlər. Hadisədən öncə o spirtli içki və ya psixotrop maddə qəbul etməyib, hadisə zamanı o xəsarət almamışdır.Hadisə zamanı hava aydın, yol örtüyü asfalt olmaqla,quru idi. Hadisə zamanı avtomobilinin sürəti təxminən saatda 20 km olmuşdur. Belə ki, həmin qərardan görünür ki, X4 məhkəməyədək icraat zamanı izahat verərək göstərmişdir ki, o, BC kateqoriyalı sürücülük hüququna malikdir. xx.xx.2023-cü il tarixdə saat 23:24 radələrində özünə məxsus idarə etdiyi "Opel Astra" markalı, 90- LP-876 d.q.n-li avtomobil ilə Binəqədi yolu «Zəngəzur» restoranının qarşısında 2-ci zolaq ilə saatda təxminən 60 km/sürət ilə hərəkətdə olarkən qarşısında hərəkətdə olan "Vaz-2105" markalı avtomobil anidən əyləci basması nəticəsində dayanmış və o da ara məsafəsini düzgün seçmədiyi üçün idarə etdiyi avtomobilin ön hissəsi ilə həmin avtomobilin arxa hissəsindən vurmuş və nəticədə həmin avtomobil onun qarşısında hərəkətdə olan "Honda" markalı avtomobilin arxa hissəsinə dəymişdir. Hadisə zamanı o xəsarət almasa da "Vaz-2105" markalı avtomobildə əyləşən bir nəfər qadın xəsarət almışdır. Hadisədən sonra 102 xidmətinə zəng vuraraq hadisə haqqında məlumat vermişlər.O həmin vaxt spirtli içki və ya psixotrop madde qəbul etməmişdir. Hadisə zamanı xəsarət almamışdır. Hadisə zamanı hava aydın yol örtüyü asfalt olmaqla quru idi. Hadisə zamanı avtomobilinin sürəti təxminən saatda 60 km olub. Həmin qərardan görünür ki, X3 məhkəməyədək icraat zamanı izahat verərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə həyat yoldaşı Qadaşov Asifin idarə etdiyi VAZ-21053 markalı ** RA *** dövlət qeydiyyat nişanlı avtomobillə sərnişin qismində Binəqədi rayonu Binəqədi şossesi ilə üzü Fatma istiqamətində hərəkətdə olan zaman «Zəngəzur» restoranın qarşısından qəflətən qarşılarına avtomobil çıxmışdır, yoldaşı həmin avtomobili vurmamaq üçün əyləcdən istifadə etsə də, bu an arxadan hərəkətdə olan Opel markalı avtomobil onun sərnişini olduğu avtomobilin arxa hissəsinə çırpılaraq toqquşmuşdur. Nəticədə o xəsarət alaraq Sabunçu 3 saylı ŞKX-na müraciət etmişdir. İş materiallarına əlavə olunmuş həmin qərardan görünür ki, məhkəmə-tibbi ekspertizanın 1034 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, 1993-cü il təvəllüdlü X1 bədəni üzərində aşkar edilmiş xəsarətlər - baş beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə-beyin travması, sağ gözün bayır qurtaracağı proyeksiyasının və gicgah nahiyyəsinin, sağ bazunun orta 1/3-nin bayır, sol bazunun aşağı 1/3-nin ön-bayır və sağ ayaq pəncəsinin ayaqarxası səthlərinin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 04 iyun 2023-cü il tarixli avtomobil travması, o cümlədən hərəkətdə olan avtomaşınların toqquşması nəticəsində sərnişin qismində əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. Protokolu və ona əlavə edilmiş materialları araşdırılaraq hesab edirəm ki, Şəxs İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin İİ hissəsinin İ bəndinə əsasən, yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol hərəkəti qaydalarına əməl etmək yol hərəkəti sahəsində fiziki şəxslərin vəzifələrindən biridir. Həmin Qanunun 51-ci maddəsinin İ bəndinə görə, ötməyə başlamazdan əvvəl sürücü əmin olmalıdır ki, girmək istədiyi hərəkət zolağı ötmə üçün kifayət edəcək məsafədə boşdur və bu manevr ilə o, qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün maneə yaratmayacaqdır. Göründüyü kimi, təqdim olunmuş materialları təhlil edərək belə nəticəyə gəlmək olar ki, Şəxs xx.xx.2023-cü il tarixdə, təxminən saat 23.25 radələrində idarə etdiyi “Honda İnsight (Hibrid)” minik markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı avtomaşınla inzibati xəta törətmişdir. Şəxs təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsin şikayətçi olmamasını və il ərzində ilk dəfə inzibati xəta törətməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, yüngülləşdirici hallar kimi təqsirini etiraf etməsini, səmimi peşmançılığınını, zərərçəkiş şəxsin şikayətçi olmamasını, il ərzində ilk dəfə inzibati xəta törətməsini, habelə onun cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədə müvafiq hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-3496/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3496/2023
20.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver