Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3498/2022 30.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X6 iclas katibliyi, X7 və onun (türk dili üzrə) tərcüməçisi X3, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə X7 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 11 noyabr 2022-ci il tarixli, MN ******* saylı qərarın ləğv olunması barədə şikayətinə Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: X9 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 11 noyabr 2022-ci il tarixli, MN ******* saylı qərarından şikayət ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək göstərmişdir ki, o, Azərbaycan Respublikası Miqrasiya Xidmətinin 11 noyabr 2022-ci il tarixli, MN ******* saylı qərar əsasında İXM-nin 575.1.1-ci maddəsi ilə təqsirli bilinərək 400 manat cərimə edilmişdir. Şikayətçi aşağıdakı səbəblərə görə həmin qərarı qanunsuz və əsassız hesab edir. Belə ki, xx.xx.2022-ci ildə Azərbaycan Respublikasına ilk dəfə olaraq gəlmişdir. Onunla birlikdə azərbaycanlı olan nişanlısı Süzan adlı xanım da olmuşdur.O da şahiddir ki,onları sərhədi keçərkən onun Azərbaycan Respublikasında olma və ya qalmaq üçün hansı müddətdə qeydiyyata alınmalı olduğu barədə kimsə tərəfindən xəbərdarlıq edilməmişdir, ona görə də, 90 gün qeydiyyatsız qala biləcəyini düşünmüşdür.xx.xx.2022-ci il tarixdə adına “Vesten Union”vasitəsilə Türkiyədən göndərilən pulu çıxarmaq üçün Turan Banka müraciət etdikdə,pulun götürülməsi üçün birinci müvəqqəti qeydiyyata düşməli olduğu bildirilmişdir.Həmin günü xx.xx.2022-ci ilə yuxarıda göstərilən ünvana qeydiyyata düşmüşdür.Həmçinin, Asan Xidmətdə bildirmişdilər ki, 15 gün ərzində qeydiyyata düşmədiyi üçün Miqrasiya Xidmətinə müraciət etməlidir.Növbəti gün Miqrasiya Xidmətinə müraciət etmiş, barəsində göstərilən səbəbdən müvafiq protokol tərtib edilərək MN ******* nömrəli 11 noyabr 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İXM-nin 575.1.1-cı maddəsi ilə təqsirli bilinib 400 manat miqdarında cərimə olunmuşdur.O, hesab edir ki, sərhədi keçərkən Azərbaycan Respublikasının səlahiyyətli şəxsləri tərəfindən burada qalma şərtləri barədə o, rəsmi qaydada məlumatlandırılmalı və müvafiq bildiriş verilməli idi.Lakin kimsə onu bu barədə məlumatladırmayıb, qalma əsasları barədə bilən kimi Azərbaycan Respublikasının müvafiq orqanlarına müraciət edərək müvəqqəti qeydiyyata alınmışdır. Qanunvericilikdə də bildirişin verilməli olduğu bildirilir.Belə ki, AR Miqrasiya Məcəlləsinin 21.1 -ci maddəsinə görə Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar (bu barədə ölkəyə daxil olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə dövlət sərhədinin buraxılış məntəqələrində Azərbaycan, rus və ingilis dillərində olan müvafiq bildiriş verilir).Ona görə də özünü təqsirli bilmir, hesab edir ki, barəsində çıxarılan qərar əsassızdır və ləğv edilməlidir. Şikayətçi yuxarıda göstərilənlərini rəhbər tutaraq Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 11 noyabr 2022-ci il tarixli, MN ******* saylı qərarın ləğv olunması ilə bağlı qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən X9 şikayət ərizəsində göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 11 noyabr 2022-ci il tarixli, MN ******* saylı qərarın ləğv olunması ilə bağlı qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Şedal İnan ölkə ərazisində qeydiyyatsız yaşadığından onun barəsində qanuni əsaslarla inzibati protokol tərtib olunmuşdur və buna görə də, şikayət əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin şikayət rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 575.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında olma və ya yaşama hüququ verən sənədlər olmadan, yaxud qeydiyyatsız yaşamasına görə - əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla və ya çıxarılmamaqla üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərarına əsasən məlum olur ki, Şedal İnan oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 575.1.1-ci maddəsinə uyğun olaraq, 400 (dörd yüz) manat məbləğində cərimə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası İXM-nin 61.1.6-cı maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xətalar haqqında iş üzrə qərardan şikayət vermək hüququna malikdir. Həmin məcəllənin 128.2.3-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin məcəllənin 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə hesab edir ki, şikayət rədd olunmalıdır.Belə ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 11 noyabr 2022-ci il tarixli, MN ******* saylı qərara əsasən Şedal İnan oğlu 400 manat məbləğində cərimə edilmişdir.Belə ki, Azərbaycan Respublikası İXM-nin 575.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında olma və ya yaşama hüququ verən sənədlər olmadan, yaxud qeydiyyatsız yaşamasına görə - əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla və ya çıxarılmamaqla üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir. AR Miqrasiya Məcəlləsinin 21.1 -ci maddəsinə görə Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Şikayətçi inzibati xəta törətməməsi və ya inzibati xəta haqqında qərarın qanunsuz olması barədə heç bir sübutu iş materiallarına əlavə etməmiş və ya məhkəmədə təqdim etməmişdir.Belə olan halda, məhkəmə hesab edir ki, X7 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 11 noyabr 2022-ci il tarixli, MN ******* saylı qərarın ləğv olunması barədə verdiyi şikayət rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 11 noyabr 2022-ci il tarixli, MN ******* saylı qərarın ləğv olunması barədə verdiyi şikayət rədd edilsin. Qərardan rəsmi qaydada verildikdən və ya təqdim olunduqdan sonra 10 (on) gün müddətində Binəqədi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-3498/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3498/2022
30.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver