Məhkəmə qərarları › İş №3(001)-3498/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3498/2023

13.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3498/2023 13.12.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqova Aynurə Vahid qızının sədrliyi, Hüseynov Xəyal Nemət oğlunun katibliyi, X1, Binəqədi Rayon Polis İdarəsi X13i Şöbəsinin nümayəndəsi X4 iştirakları ilə, X2 tərəfindən Binəqədi Rayon Polis İdarəsi X13i Şöbəsinin xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 tərəfindən Binəqədi Rayon Polis İdarəsi X13i Şöbəsi xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət əsassız olduğundan rədd edilmişdir. Sözügedən qərardan X5 tərəfindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 3(103)-2280/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş və iş materialları yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhər Binəqədi rayon X13 Şöbəsinin inspektoru X9 tərəfindən tərtib edilmiş İXP ******* saylı protokol və 08 avqust 2023-cü il tarixli, TP ******* saylı qərar qanunsuz və əsassız olduğundan ləğv edilməlidir.Belə ki, işin faktiki hallarına əsasən o idarə etdiyi maşında iriqabaritli və ya ağır çəkili nəqliyyat vsaitələrinin icazə verilən çəkisindən artıq yük daşımışdır.Qeyd edir ki, bununla bağlı DYP əməkdaşı tərəfindən hər hansı bir xüsusi cihazdan istifadə edilməmişdir.Əgər çəkinin müəyyən edilməsi üçün istifadə olunan xüsusi cihazdan istifadə edilsəydi o zaman həmin cihazın yararlı olub-olmaması ilə onun istehsal tarixi və digər xüsusi keyfiyyətləri inzibati xəta haqqında protokolda qeyd edilməli idi.Lakin mübahisəli İXP ******* saylı protkolda bununla bağlı hər hansı bir qeyd aparılmamışdır.Məhz bu səbəbdən də inzibati xətanın baş verdiyi halda belə bu barədə protokol tərtib edilməsi qanunsuz və əsassızdır.Bundan başqa inzibati xəta haqqında iş üzrə qərar qəbul edilərkən lazımı qaydada məlumatlandırılmamışdır. Məhkəmə iclasında X2 şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək bildirmişdir ki, barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarla razı deyil. Belə ki, onun idarə etdiyi nəqliyyat vasitəsində icazə verilən çəkidən artıq yük olmamışdır. Lakin, buna baxmayaraq onun barəsində İXM-in 353.2-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Binəqədi Rayon Polis İdarəsi X13i Şöbəsinin nümayəndəsi X7 şikayətin dəlillərinə münasibət bildirirək və məhkəməyə bununla bağlı sənədləri təqdim edərək bildirmişdir ki, "xxxx" şirkəti tərəfindən verilmiş həmin tərəzi vərəqindən görünür ki, **-NJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində olan yük 07 avqust 2023-cü il tarixdə tərəzidə çəkilmiş və orada olan yükün ümumi çəkisinin 26 ton 230 kq olması, yəni qanunvercilikdə nəzərdə tutulan çəkidən artıq olması müəyyən edilmişdir. X8 tərəzisi 26 sentyabr 2022-ci il tarixdə yoxlamadan keçmişdir və növbəti yoxlama vaxtı 26 sentyabr 2023-cü il müəyyən edilmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati xəta haqqında iş üzrə qərardan verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Binəqədi Rayon Polis İdarəsi X13i Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X5 İXM-in 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Binəqədi Rayon Polis İdarəsi X13i Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 İXM-in 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və 600 «Kamaz 5511»at məbləğində cərimə olunmuşdur. "xxxx" MMM tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 24 nömrəli arayışdan görünür ki, həqiqətən "xxxx" MMM-ə məxsus Türkiyə istehsalı Tunaylar tipli zavod nömrəsi 000811 olan elektron avtomobil tərəzisində 07 avqust 2023-cü il tarixində tərəziyə daxil olub 21:26:07 saatda Kamaz markalı DQN ** NJ *** yük avtomobilinin sürücünün iştirakı ilə müayinə olunub və çəkisi barədə nəticə olaraq tərəzi vərəqi təqdim olunmuşdur. “X14 Sınaq” MMC tərəfindən verilmiş “Ölçmə vasitələrinin yoxlanılması haqqında” şəhadətnamədən görünür ki, "xxxx" MMc-yə məxsus zTunaylar elektron avtomobil tərəzisi 26 sentyabr 2022-ci il tarixdə yoxlamadan keçmişdir, növbəti yoxlama tarixi isə 26 sentyabr 2023-cü ildir. Beləliklə, məhkəmə iclasında X3 şikayət ərizəsi inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş sənədlərlə qarşılıqlı şəkildə araşdırılaraq müəyyən edildi ki, inzibati xəta hadisəsi ** NJ *** dövlət qeydiyyat nişanlı «KAMAZ 5511» markalı yük avtomobili idarə edən X5 tərəfindən törədilmişdir. Şikayət ərizəsində X2 DYP əməkdaşı tərəfindən hər hansı bir xüsusi cihazdan istifadə edilmədiyini, əgər çəkinin müəyyən edilməsi üçün istifadə olunan xüsusi cihazdan istifadə edilsəydi o zaman həmin cihazın yararlı olubolmaması ilə onun istehsal tarixi və digər xüsusi keyfiyyətlərinin inzibati xəta haqqında protokolda qeyd edilməli olmasını bildirmişdir. xx.xx.2023-cü il tarixli 24 nömrəli arayışa əsasən həqiqətən "xxxx" MMM-ə məxsus Türkiyə istehsalı Tunaylar tipli zavod nömrəsi 000811 olan elektron avtomobil tərəzisində 07 avqust 2023-cü il tarixində tərəziyə daxil olub 21:26:07 saatda Kamaz markalı DQN ** NJ *** yük avtomobilinin sürücünün iştirakı ilə müayinə olunub və çəkisi barədə nəticə olaraq tərəzi vərəqi təqdim olunmuşdur. Cavab məktubuna həmçinin ölçmə vasitələrinin yoxlanılması haqqında 01990/3-2022 nömrəli şəhadətnamə də əlavə edilmişdir. İXM-in 353.2-ci maddəsinə əsasən İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə - fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, X3 şikayətdə göstərdiyi xüsusatlar barəsində Binəqədi Rayon Polis İdarəsi X13i Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas olmamaqla yanaşı, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün heç bir hal yoxdur. Ona görə də, məhkəmə X5 tərəfindən verilmiş şikayətin təmin olunmaması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Binəqədi Rayon Polis İdarəsi X13i Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanuniliyini şübhə altına ala biləcək əsaslar müəyyən edilmədiyindən, X3 həmin qərardan verdiyi şikayət təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 tərəfindən Binəqədi Rayon Polis İdarəsi X13i Şöbəsi xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar