Məhkəmə qərarları › İş №3(001)-3504/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3504/2024

27.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3504/2024 27.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmə iclas katibi Bəbirov Qədir Nadir oğlunun katibliyi, "xxxx" ASC-nin Hüquq departamentinin hüquqi mübahisələrlə iş üzrə şöbəsinin hüquq məsləhətçisi X1 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 262.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə görə "xxxx" ASC tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına "xxxx" ASC tərəfindən Şəxs barəsində İXM-nin 262.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. Məhkəmə iclasında "xxxx" ASC-nin Hüquq departamentinin hüquqi mübahisələrlə iş üzrə şöbəsinin hüquq məsləhətçisi X2 izahat verərək bildirmişdir ki, Binəqədi rayonu, Biləcəri yolu ünvanında yerləşən Şəxs məxsus fərdi evdə diametri 15 mm olan boru vasitəsilə su təchizatı şəbəkəsinə qanunsuz qoşularaq sudan qanunsuz olaraq istifadə etmişdir. Odur ki, su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə şəxs barəsində İXM-nin 262.3-cü maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Ona verilən suallara cavab olaraq Şəxs su xəttinə kürəkəninə məxsus sayğacdan sonra yoxsa sayğaca qədər qoşulması barədə hər hansı sübut təqdim edə bilməyəcəyini, protokolu tərtib edən əməkdaşların və mühəndisin qeyd edilənləri tam araşdırmadığını bildirmişdir. İnzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məlumat verilməsinə baxmayaraq, məhkəmədə iştirakı təmin etməmiş və tərəfindən məhkəməyə işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 115524 nömrəli aktdan görünür ki, araşdırma zamanı Binəqədi rayonu, Biləcəri yolu. korpus 8 ünvanında Şəxs məxsus fərdi yaşayış ünvanında diametri 15mm olan boru vasitəsi ilə sudan müqavilə olmadan qeyri-qanuni istifadə olunduğu aşkar edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətindən məhkəməyə təqdim edilmiş Arayışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri yolu. korpus 8 ünvanında yerləşən fərdi yaşayış evində d-15 mm boru vasitəsilə su təchizatına qanunsuz qoşularaq sudan istifadə olunması nəticəsində “X4”nın 8.7-ci bəndinə əsasən hesablanmış maddi ziyanın məbləği 168 manat təşkil edir. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-nin 262.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında iş materiallarına əlavə edilmiş bir ədəd diskdə olan videogörüntüyə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, həmin videoda xx.xx.2024-cü il tarixdə Binəqədi rayonu, Biləcəri yolu ünvanında yerləşən Şəxs yaşayış suyu qonşuluqda yaşayan qonşunun sayğacından sonra boru vasitəsi ilə istifadə etdiyi müəyyənolunur. Məhkəmə proses iştirakçılarının fikirlərini dinləyib, inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs İXM-in 262.3-cü maddəsi nəzərdə tutulmuş əməli törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən onun barəsində İXM-in 262.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə araşdırması zamanı videogörüntüyə baxış keçirilən zaman Şəxs suyu qonşuluqda yaşayan qonşunun sayğacından sonra boru vasitəsi ilə istifadə etdiyi müəyyən edilmiş, səlahiyyətli orqan isə bunun əksini təsdiq edən sübut məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsinə əsasən su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262-ci maddəsinin qeyd hissəsinə əsasən bu Məcəllənin 262.3-cü maddəsində “az miqdarda” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, əməldə qeyd olunan inzibati xəta əməlinin mövcud olub-olmadığını qiymətləndirmək üçün əvvəlcə talama anlayışını nəzərdən keçirmək lazımdır. Belə ki, talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən barətlər hərəkətlər başa düşülür. Hazırki iş üzrə isə inzibati xəta əməli su resurlasının az miqdarda talanmasına görə inzibati məsuliyyət müəyyən edir. Suyun talanması isə müvafiq şəbəkəyə qanunsuz qoşulmaqla həyata keçirilməlidir. Qanunsuz qoşulma dedikdə isə su resurslarının paylayıcı şəbəkəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada müqavilə bağlamadan, icazə almadan özbaşına qoşulma başa düşülməlidir. Hazırki iş üzrə Şəxs suyu qonşuluqda yaşayan qonşunun sayğacından sonra boru vasitəsi ilə istifadə etdiyi müəyyən edilmiş, səlahiyyətli orqan isə bunun əksini təsdiq edən sübut məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə yaranmış şübhəni inzibati məsuliyyətə cəlb olunan şəxsin xeyrinə həll etməklə qeyd edir ki, hazırki iş üzrə Şəxs su resurslarının paylayıcı şəbəkəsinə qanunsuz qoşulması öz təsdiqini tapmır. Əgər barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qonşuluqda yaşayan qızının sayğacından sonra su xəttinə qoşulmaqla su resurslarından istifadə edirsə, bu zaman istifadə edilmiş suya görə ödəniş hesablanır. Belə olan halda özgə əmlakının hüquqazidd, əvəzsiz götürülməsindən söhbət belə gedə bilməz. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə deyil, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Buna görə də səlahiyyətli orqan tərəfindən məhkəməyə Şəxs su şəbəkəsinə qanunsuz qoşulmaqla su resurslarını talaması barədə mötəbər sübut təqdim edilmədiyindən, hazırki iş üzrə toplanmış sübutlar Şəxs İXM-nin 262.3-cü maddəsi ilə təqsirli bilinməsi üçün yetərli olmadığından, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edildiyindən məhkəmə Şəxs barəsində İXM-nin 262.3-cü maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraaata həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən xitam verilməsi qənaətinə gəlir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Bütün bunlarla yanaşı qanunvericiliyin tələblərini rəhbər tutaraq məhkəmə qeyd edir ki, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Belə ki, İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Habelə, İXM-in 12.1-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-cü maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə, yuxarıda sadalanan halları nəzərə alıb, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, "xxxx" ASC tərəfindən tərtib olunmuş xx.xx.2024cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol üzrə Şəxs İXM-in 262.3-cü maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və İXM-nin 53, 84, 105, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: "xxxx" ASC tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol üzrə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar