Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3530/2025 12.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəsibov Samir Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi Bayramov Tural Ural oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin sahə inspektoru, polis mayoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1965-ci il tarixdə Ağdam rayonunun Salahlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Motodrom yaşayış massivi, döngə 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin sahə inspektoru, polis mayoru X2 tərəfindən Şəxs barəsində İXM-nin 510 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisələrini törətməsinə dair 12 may 2025-ci il tarixli, MN ******* nömrəli “inzibati xəta haqqında” protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Protokol onunla əsaslandırılmışdır ki, Şəxs 12 may 2025-ci il tarixdə, saat 10:30 radələrində Binəqədi rayonu, Avtovağzal Kompleksinin qarşısında küçədə nalayiq ifadələr işlətmiş, ictimai asayişi pozmuş və polisin qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş E.M.Hüseynov bildirdi ki, Şəxs dəfələrlə DİN-in 102 xidmətinə zəng vuraraq nalayiq ifadələr işlədib, Xidmətin iş rejimini pozmağa çalışdığından, 12 may 2025-ci il tarixdə polis əməkdaşları onun yaşadığı ünvana gedərək, profilaktik söhbət aparmağa çalışsalar da, Şəxs yaşadığı evin qarşısında, küçədə yüksək səslə söyüşlər söyüb, yaxınlıqdakı insanların diqqətini öz üzərində çəkməyə çalışmış, polis əməkdaşları onu sakitliyə dəvət etsələr də, o, polisin qanuni tələbinə tabe olmadığından, məcburi qaydada 40-cı PB-yə gətirilmişdir. Sonda E.M.Hüseynov məhkəmədən Şəxs barəsində həbslə bağlı inzibati tənbeh tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü həmin inzibati xətalar üzrə təqsirli bilməyərək, məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan Binəqədi RPİ-nin 40-cı PB-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli raportda göstərilmişdir ki, DİN-in 102 xidmətinin əməkdaşlarını dəfələrlə təhqir etiyi və iş rejimini pozduğu üçün Şəxs əvvəllər dəfələrlə yaşayış yeri üzrə Binəqədi RPİ-nin 40-cı PB-yə dəvət olunsa da gəlməmişdir. Odur ki, xx.xx.2025-ci il tarixdə, saat 10:30 radələrində onu Motodrom yaşayış massivi, Avtovağzal Kompleksinin qarşısında müşahidə etdik, ona yaxınlaşaraq saxladıq və PB-yə dəvət etdik. Lakin o, bizə məhəl qoymayaraq təhqiredici ifadələr işlətdi. Onunla profilaktiki-izahedici söhbətlər aparılmasına baxmayaraq, Şəxs polisin və dövlətin ünvanına təhqiredici sözlər işlətmiş, əl-qol ataraq səs-küy salmış, ictimai asayişi pozmaqla davam edən hərəkətləri ilə polisin qanuni tələblərinə tabe olmamışdır... İş materiallarında olan Binəqədi RPİ-nin PPXB-nin polis nəfərləri tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli raportda göstərilmişdir ki, xx.xx.2025-ci il tarixdə Avtovağzalın qarşısında küçədə 40-cı PB-nin əməkdaşlarının çağırışına əsasən yaxınlaşdıq. Həmin vaxt Kamran adlı şəxs saxlanıldı və ona izah olundu ki, Bölməyə getməlidir. Lakin, həmin şəxs əl-qol atıb səs-küy yaratdı, qaçmağa cəhd etdi və polisin ünvanına nalayiq sözlər deyərək, qanuni tələblərə tabe olmamışdır. Onunla bir neçə dəfə profilaktik söhbətlər aparmağa çalışdıq. Lakin, heç bir əhəmiyyəti olmadı. Odur ki, həmin şəxs ictimai yerdə səs-küy salmaqla, nalayiq ifadələr işlədirdi və bizim qanuni tələblərimizə tabe olmurdu... İş materiallarında olan 12 may 2025-ci il tarixli, MN ******* nömrəli “inzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs 12 may 2025-ci il tarixdə, saat 12:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sübutları araşdıraraq, habelə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, belə qənaətə gəlir ki, Şəxs hərəkətlərində İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların tərkibi mövcuddur və inzibati xəta haqqında protokol əsaslı olaraq tərtib edilmişdir. Belə ki, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərin edilməsi İXM-nin 510-cu; polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq isə İXM-nin 535.1-ci maddəsi ilə məsuliyyətə səbəb olur. Şəxs həmin maddələrdə nəzərdə tutulan inzibati xətaları törətməsi inzibati xəta haqqında protokol və iş materiallarında olan raportlar ilə öz təsdiqini tapır. Digər tərəfdən, məhkəməyə təqdim olunaraq iş materiallarına əlavə edilmiş 2 ədəd diskdə olan səs yazılarından görünür ki, Şəxs DİN-in 102 xidmətinə dəfələrlə zəng edərək polis əməkdaşları olan operatorların ünvanına nalayiq ifadələr işlətməklə, 102 xidmətinin iş rejimini pozmağa cəhd etmişdir. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, habelə inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onun təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs törətmiş olduğu inzibati xətaya görə təyin ediləcək tənbehin növü ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-nin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsi, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları, habelə İXM-nin 34.3-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Şəxs İXM-nin 510 və 535.1-ci maddəsi ilə təqsirli bilinərək, ona daha ciddi xəta hesab edilən 535.1-ci maddəsinin sanksiyası həddində, müəyyən edilən inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməklə, həmin Məcəllənin 535.1-ci maddəsinin sanksiyası həddində 01 (bir) ay müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 12 may 2025-ci il tarixdən, saat 12:00-dan hesablanmaqla, inzibati qaydada tutma müddəti Şəxs inzibati həbs müddətinə daxil edilsin. Qərar dərhal icra edilsin. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Samir Nəsibov
Məhkəmə qərarları › İş №3(001)-3530/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3530/2025
12.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver