Məhkəmə qərarları › İş №3(001)-3532/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3532/2025

12.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3532/2025 12.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon Polis İdarəsinin 40-cı PBnin sahə inspektoru X3, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs https://cms.justice.loc/Cases/Default.aspx?caseId=3405769Şəxs iştirakları ilə, xx xxxxx 1997-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda yaşayan. https://cms.justice.loc/Cases/Default.aspx?caseId=3405769Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: https://cms.justice.loc/Cases/Default.aspx?caseId=3405769Şəxs 12 aprel 2025-ci il tarixdə Xocəsən qəsəbəsində E.Mustafayevə məxsus “VAZ 2107” markalı avtomobildən dəyəri 95 manat olan bir ədəd akkumlyator oğurlamaqla, sonuncuya maddi ziyan vurmaqla xırda talama törətmişdir. Qeyd olunanlara əsasən https://cms.justice.loc/Cases/Default.aspx?caseId=3405769Şəxs barəsində Binəqədi rayon Polis İdarəsinin 40-cı PB-nin sahə inspektoru X6 tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Binəqədi rayon Polis İdarəsinin 40-cı PB-nin sahə inspektoru X6 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, https://cms.justice.loc/Cases/Default.aspx?caseId=3405769Şəxs 12 aprel 2025-ci il tarixdə Xocəsən qəsəbəsində E.Mustafayevə məxsus “VAZ 2107” markalı avtomobildən dəyəri 95 manat olan bir ədəd akkumlyator oğurlamaqla, sonuncuya maddi ziyan vurmaqla xırda talama törətmişdir. Zərərçəkmişin ondan haqlı narazı olmasını nəzərə alıb ciddi növdə tənbeh edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs https://cms.justice.loc/Cases/Default.aspx?caseId=3405769Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə özünü təqsirli bilərək izahatında göstərmişdir ki, pula ehtiyacı olduğu üçün 12 aprel 2025-ci il tarixdə Xocəsən qəsəbəsində E.Mustafayevə məxsus “VAZ 2107” markalı avtomobildən dəyəri 95 manat olan bir ədəd akkumlyator oğurlamışdır. Həmin akkumlyatoru 10 manat satmışdır. O, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmək istəsə də, zərərçəkmiş şəxs qəbul etməmişdir. Əməlindən peşmandır, himayəsində 2 aylıq körpə uşağı var. Məhkəmə iclasında zərərçəkmiş şəxs X2 izahatında göstərmişdir ki, https://cms.justice.loc/Cases/Default.aspx?caseId=3405769Şəxs 12 aprel 2025-ci il tarixdə Xocəsən qəsəbəsində ona məxsus “VAZ 2107” markalı avtomobildən dəyəri 95 manat olan bir ədəd akkumlyator oğurlamışdır. https://cms.justice.loc/Cases/Default.aspx?caseId=3405769Şəxs şikayətçidir, zərərin ödənilməsini qəbul etmir, onun ciddi növdə tənbeh edilməsini xahiş etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş: 26 aprel 2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, X1 müraciəti əsasında toplanmış material əsasında https://cms.justice.loc/Cases/Default.aspx?caseId=3405769Şəxs əməli üzrə cinayət işinin başlanması rədd edilmiş, inzibati xətanı törətmiş şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti ərazinin sahə inspektoruna göndərilmişdir. 11 may 2025-ci iltarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, https://cms.justice.loc/Cases/Default.aspx?caseId=3405769Şəxs həmin tarixdə saat 10:30-da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə tutulmuşdur. Nəbiyev X5 rayon Polis İdarəsinin 40-cı PB-yə verdiyi izahatında bildirmişdir ki, o, 12 aprel 2025-ci il tarixdə Xocəsən qəsəbəsində E.Mustafayevə məxsus “VAZ 2107” markalı avtomobildən dəyəri 95 manat olan bir ədəd akkumlyator oğurlamışdır. Əməlinə görə peşmandır və bir daha belə hala yol verməyəcəkdir. Azərbaycan Respublikası İXM-in 227-ci maddəsinə əsasən Xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs https://cms.justice.loc/Cases/Default.aspx?caseId=3405769Şəxs istinad edilən inzibati xəta əməlinə inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, təqsirin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu əmələ qiymət verilməsi baxımından kifayət edir. Odur ki, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində https://cms.justice.loc/Cases/Default.aspx?caseId=3405769Şəxs təqsirliliyi öz izahatı ilə yanaşı, zərərçəkmiş şəxsin izahatı və inzibati araşdırma materialları, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir və onun barəsində düzgün olaraq həmin maddə ilə protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş https://cms.justice.loc/Cases/Default.aspx?caseId=3405769Şəxs qeyd olunan hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə https://cms.justice.loc/Cases/Default.aspx?caseId=3405769Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edərkən xətanın xarakteri, inzibati xəta törədən səxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə https://cms.justice.loc/Cases/Default.aspx?caseId=3405769Şəxs himayəsində azyaşlı övladı olduğunu bildirsə də, Elektron Məhkəmə İnformasiya sistemindən bu barədə məlumat aşkar edilməmişdir. Belə olan halda da, məhkəmə https://cms.justice.loc/Cases/Default.aspx?caseId=3405769Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə https://cms.justice.loc/Cases/Default.aspx?caseId=3405769Şəxs törətdiyi inzibati xətanın xarakterini, törədilməsi hallarını və vurduğu ziyandan ödəmə etməməsini nəzərə alaraq hesab edir ki, ona yalnız inzibati həbs növündə tənbeh təyin etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə inzibati həbslə əlaqədar olmayan cərimə tənbehinin təyin edilməsi isə məqsədəmüvafiq deyildir. Belə ki, maddi ziyandan ödəmə etməmişdir, zərərçəkmiş şəxslə barışığı yoxdur. Ona görə də, https://cms.justice.loc/Cases/Default.aspx?caseId=3405769Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində göstərilmiş inzibati həbs növündə tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Həmin Məcəllənin 38.3-cü maddəsinə görə cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Azərbaycan Respublikası İXM-in 114.1-ci və 114.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: ..inzibati tənbeh vermə haqqında... Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: https://cms.justice.loc/Cases/Default.aspx?caseId=3405769Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) ay müddətinə inzibati həbs edilsin. İnzibati həbsin əvvəli 11 may 2025-ci il tarixdən saat 10:30-dan hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar