Məhkəmə qərarları › İş №3(001)-3544/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3544/2022

30.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3544/2022 30.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlu sədrliyi X1 iclas katibliyi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2000-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə İXMnin) 327.8-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN-nin Binəqədi Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası DİN-nin Binəqədi Rayon Polis İdarəsindən xx.xx.2022-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Müəyyən olunur ki, Şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun tələblərini pozaraq xx.xx.2022-ci il tarixdə, təxminən saat 09.53 radələrində idarə etdiyi “Mercedes Benz E 220 minik” markalı, **-FA-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi, Qoşa YDM-in yaxınlığında yol nəqliyyat hadisəsi zamanı X2 xəsarət almışdır. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs çıxış edərək, təqsirini etiraf etdiyini, əməlindən səmimi peşman olduğunu nəzərə alaraq onun barəsində yüngül inzibati təbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs və Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin onlar məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir.Buna görə də, İXM-nin 112.1.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxs və Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş materiallarını araşdırıb, sübutları məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs inzibati qaydada təqsirli hesab edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Binəqədi RPİ-nin Təhqiqat Şöbəsinə ezam edilmiş 5-ci PB-nin baş təhqiqatçısı Elçin Rzazadə tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarına əsasən məlum olur ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində İXM-nin 327.8-ci maddəsinə əsasən inzibati tədbir görülməsi üçün Binəqədi RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. Belə ki, həmin qərardan görünür ki, Şəxs məhkəməyədək icraat zamanı izahat verərək göstərmişdir ki, “Mercedes-Benz” markalı **-FA-*** dövlət qeydiyyat nişanlı avtomobili “B,C” kateqoriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə edir, avtomobili idarə etdiyi andan etibarən texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Şəxs xx.xx.2022-ci il tarixdə saat 10:45 radələrində Bakı şəhəri Binəqədi rayonu Azadlıq prospekti ilə şəhər istiqamətində 30 km/saat sürətlə düzünə hərəkətdə olan zaman əyləc pedalını sıxmaq istəyərkən ayağının qaz ilə tormoz pedalı arasında qaldığını, nəticədə idarə etdiyi avtomobilin önündə düzünə hərəkətdə olan “BYD” markalı **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə çırpıldığını, zərbənin gücündən sonuncu avtomobilin qarşısında düzünə hərəkətdə olan “X9” markalı **-ZL-*** dövlət qeydiyyat nişanlı arxa hissəsinə çırpıldığını bildirmişdir. Vət.Şəxs hadisədən sonra avtomobili saxlayıb sükan arxasından düşdüyünü, “BYD” markalı avtomobilin sürücüsünün hadisə zamanı xəsarət aldığını, avtomobili idarə edərkən tək olduğunu, avtomobildə yük olmadığını, hadisə zamanı heç bir bədən xəsarəti almadığını, hadisənin öz ehtiyatsızlığından baş verdiyini, hadisə zamanı hava şəraitinin aydın, günəşli, yol örtüyünün düz, quru, hamar asfalt olduğunu bildirmişdir. Belə ki, həmin qərardan görünür ki, X3 məhkəməyədək icraat zamanı izahat verərək göstərmişdir ki, “BYD” F3 markalı **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobili “B,C” kateqoriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə edir, avtomobili idarə etdiyi andan etibarən texniki cəhətdən saz vəziyyətdə olmuşdur, avtomobil ilə “Uber” şirkətində taksilik fəaliyyəti ilə məşğul olur, xx.xx.2022-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri Binəqədi rayonu Azadlıq prospekti ilə şəhər istiqamətində sol zolaqla düzünə hərəkətdə olarkən arxa oturacaqda əyləşmiş iki nəfər azyaşlı uşaqlar Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsində müştəri kimi avtomobilə əyləşmiş, “Lukoil” YDM-in yaxınlığında şəhər istiqamətində sol zolaqla düzünə hərəkətdə olarkən qarşısında hərəkətdə olan “X9” markalı **-ZL-*** dövlət qeydiyyat nişanlı avtomobilin əyləci sıxmasını gördükdə əyləci sıxmış, bu zaman qəfil arxasından gələn avtomobil idarə etdiyi avtomobilin arxa hissəsindən vurmuş, zərbənin təsirindən idarə etdiyi avtomobil irəliyə doğru hərəkət edərək ön hissəsi qarşısında düzünə hərəkətdə olan “X9’’ markalı 90-ZL- 144 dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə çırpılmışdır. E.Misirov hadisədən dərhal sonra avtomobili saxlayaraq sükan arxasından düşdüyünü, avtomobilində arxa oturacaqda əyləşmiş uşaqlar qorxduğu üçün onları avtomobildən düşərək yolun kənarında əyləşdirdiyini, hadisə barəsində onların valideyninə məlumat verdiyini, özünün sağ ayaq nahiyəsinddə ağrı hiss etdiyi üçün hadisədən sonra ilk öncə hadisə yerinə gəlmiş YPX əməkdaşına ayaq nahiyəsində ağrı olmasını bildirdiyini, bundan sonra hadisə yerinə gəlmiş digər polis əməkdaşına sənədləri təqdim etməklə ilkin sənədləşmə prosesində iştirak etdiklərini bildirmişdir. Elxan Misirov “Mercedes” markalı avtomobilin idarə etdiyi avtomobilin arxa hissəsinə qırpılarkən onun “Xiaomi Redmi 5+” markalı mobil telefonunun ön alın şüşəsinə yapşdırılmış qurğuda olduğu üçün hava şarının açılması nəticəsində mobil telefonun ekranının zədələndiyini, hadisə zamanı sağ ayaq nahiyəsindən xəsarət aldığını, hadisə zamanı hava şəraitinin aydın günəşli, yol örtüyünün düz, quru, hamar asfalt olduğunu bildirmişdir. İş materiallarına əlavə olunmuş həmin qərardan görünür ki, məhkəmə-tibbi ekspertizasının 1640 nömrəli canlı şəxsin məhkəmə-tibbi müayinəsi rəyi ilə müəyyən olunmuşdur ki, E.R.Misirovun bədən səthində aşkar olunmuş xəsarətlər- sağ aşıq-baldır oynağında ağrı və hərəkət məhdudluğu ilə müşayiət olunan sağ ayaq pəncəsinin və sol ayağın bayır topuğunun dərialtı hematoması, sol ayaq pəncəsinin əzilmiş yarası bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdirlər və dərəcəsinə görə sağlamlığı qısa müddətə pozan sağlamlığa “Yüngül” zərər vurmaya aiddirlər.E.R.Misirovun bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə idarə etdiyi minik avtomaşınla digər minik avtomaşınının toqquşması nəticəsində əmələ gələ bilərdilər. Misirovun bədən səthində aşkar olunmuş xəsarətlər bədənin əl çatan nahiyələrində yerləşmələrinə baxmayaraq şəxsin özü tərəfindən yetirilmələri nəticəsində əmələ gələ bilmələri inandırıcı deyildir. İş materiallarında olan zərərçəkmiş şəxs X4 tərəfindən verilmiş ərizəyə əsasən məlum olur ki, ona dəymiş ziyan tam ödənildiyindən, onun barəsində inzibati qaydada icraat aparılan Şəxs heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Protokolu və ona əlavə edilmiş materialları araşdırılaraq hesab edirəm ki,Şəxs İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin İİ hissəsinin İ bəndinə əsasən, yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol hərəkəti qaydalarına əməl etmək yol hərəkəti sahəsində fiziki şəxslərin vəzifələrindən biridir. Həmin Qanunun 51-ci maddəsinin İ bəndinə görə, ötməyə başlamazdan əvvəl sürücü əmin olmalıdır ki, girmək istədiyi hərəkət zolağı ötmə üçün kifayət edəcək məsafədə boşdur və bu manevr ilə o, qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün maneə yaratmayacaqdır. Göründüyü kimi, təqdim olunmuş materialları təhlil edərək belə nəticəyə gəlmək olar ki, Şəxs xx.xx.2022-ci il tarixdə, təxminən saat 09.53 radələrində idarə etdiyi “Mercedes Benz E 220 minik” markalı, **-FA-*** dövlət qeydiyyat nişanlı avtomaşınla inzibati xəta törətmişdir. Şəxs təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsin şikayətçi olmamasını və il ərzində ilk dəfə inzibati xəta törətməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, yüngülləşdirici hallar kimi təqsirini etiraf etməsini, səmimi peşmançılığınını, zərərçəkiş şəxsin şikayətçi olmamasını, il ərzində ilk dəfə inzibati xəta törətməsini, habelə onun cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədə müvafiq hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar