Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-3556/2023 08.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X3 iclas katibliyi, Protokolu tərtib etmiş orqan Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs, Müdafiəçi, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə. xx.xx.1970-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Abşeron rayonu, Masazır Ərazi Dairəsi, Masazır kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Binəqədi rayon İcra Şöbəsinin icra məmuru X8 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi : Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin icra məmuru X8 tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Şəxs inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokola baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İnzibati xəta haqqında 08 sentyabr 2023-cü il tarixli, MN ******* saylı protokola əsasən məlum olur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(004)-432/2020 saylı, 31 avqust 2020-ci il tarixli icra sənədinə əsasən iddiaçı X5 ilə cavabdeh Şəxs birgə nikah dövründə əldə etdikləri və Şəxs adına rəsmiləşdirilmiş əmlaklar dövründə əldə etdikləri və Şəxs adına rəsmiləşdirilmiş əmlaklar – «QAZ 3102» markalı, 1992-ci il buraxılışlı, ** HL *** dövlət qeydiyyat nişanlı, «QAZ 24» markalı, 1984-cü il buraxılışlı, ** FV *** dövlət qeydiyyat nişanlı avtomobillər, "xxxx" MMC-dəki 100 % təsisçilik payı-iddiaçı X5 və cavabdeh Şəxs arasında payları bərabər olmaqla bölünməsi, onların hər birinin payı ½ (ikidə bir) hissədə müəyyən edilməsi, «QAZ 3102» markalı, 1992-ci il buraxılışlı, ** HL *** dövlət qeydiyyat nişanlı, «QAZ 24» markalı, 1984-cü il buraxılışlı, ** FV *** dövlət qeydiyyat nişanlı avtomobillərin açıq hərracdan satılması, satışdan əldə olunan pul vəsaitinin ½ (ikidə bir) hissəsinin iddiaçı X2 və ½ (ikidə bir) hissəsinin cavabdeh Şəxs verilməsi qərara alınmışdır. Məhkəmə iclasında çıxış edən Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin icra məmuru X8 borclunun aliment borcunu tam ödəmədiyini və bunun nəticəsində tələbkarın çoxsaylı şikayətlər etdiyini və protokolda göstərilənləri nəzərə alaraq Şəxs inzibati məsuliyyətə cəlb olunması barədə qərarın qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ifadə verən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - (borclu) Şəxs Məhərəm oğlu bildirdi ki, o, icra sənədini icra etməkdən yayınmır.Halhazırda, onun maddi vəziyyəti ağır olduğuna görə icra sənədini icra edə bilmir.Buna görə də, borclu inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili X6 oğlu bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxs o, icra sənədini icra etməkdən yayınmır.Hal-hazırda, onun maddi vəziyyəti ağır olduğuna görə icra sənədini icra edə bilmir.Buna görə də, borclu inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş üzrə tələbkar X7 məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir.Buna görə də, məhkəmə tələbkarın iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə (borclunun) barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, onun müdafiəçisinin, icra məmurunun çıxışlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirliliyi tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tələbinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunun müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi məsuliyyət yaradır və fiziki şəxslər beş yüz manatdan min maanatadək miqdarda cərimə edilir və ya işin hallarına görə pozuntunu törədənin şəxsiyyəti nəzərə alınaraq bir ayadək inzibati həbs tətbiq olunur. İXM-nin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Bundan başqa, İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə tərəfindən Şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs il ərzində ilk dəfə inzibati xəta törətməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, icra sənədi üzürsüz səbəbdən uzun müddət icra olunmamış, icra sənədinin tam icra edilməməsində Şəxs təqsiri sübuta yetirilmişdirdir, belə ki, bu günədək icra sənədi borclu tərəfindən icra olunmamışdır. Buna görə də, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs şəxsiyyətini, maddi imkanın olmasına baxmayaraq məhkəmə qərarının uzun müddət tam icra etmədiyini, nəticədə bunun tələbkarın çoxsaylı əsaslı şikayətlərinə səbəb olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, yuxarıda qeyd olunanlara əsasən borclu Şəxs inzibati qaydada həbs edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 11.1, 31.2, 528.1-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 10 (on) gün müddətində inzibati həbs təyin olunsun. Həbsetmənin əvvəli, Şəxs inzibati qaydada tutulduğu, yəni - xx.xx.2023-cü il tarixdən hesablansın. Şəxs saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinə Bilavasitə tabe olan İnzibati Qaydada həbs edilənlərin saxlama Mərkəzinə yerləşdirilsin. 3(001)-3556/2023 saylı inzibati işi üzrə müdafiəçi X6 məhkəmə baxışı zamanı 5 saat əmək haqqının məbləği 30 (otuz) manat "xxxx"ASC-nin Binəqədi filialına (kod- 200156,VÖEN-9900 003611,m/hAZ37NABZ **********000000 1944.S.W.İ.F. T.B.İ.K:AİİBAZ2X,hesab№AZ48AİİB********************,VÖEN**********) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-3556/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-3556/2023
08.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver